Zoosadizm — həzz almaq vasitəsi heyvanlara qarşı amansız rəftar olan sadizm növü.[1] Termini Almaniya yazıçısı, rejissoru və mədəniyyətşünası Ernest Borneman təqdim etmişdir.
1971-ci ildə amerikalı sosial psixoloqlar "tipik" heyvan istismarçısını zorakılığa məruz qalmış, IQ-su 91 olan 9,5 yaşlı oğlan kimi təyin etmişdilər. Uşaq psixiatrı E. Vizard bunu belə şərh etmişdir: "Balaca dağsiçanları və ya adi siçanları ayaqlarının altında tapdalamışdılar, heyvanları diri-diri yandırmışdılar. Bu, heç bir bəraət qazana bilməyən mənasız qəddarlıqdır".[2]
E. Vizardın dediyinə görə, "... heyvanlara qarşı amansızlıq, onlara qarşı cinsi maraqla müşayiət olunması gələcək cinsi cinayətkarın şəxsiyyətinin formalaşma ehtimalının yüksək olmasının göstəricisidir".[2]
Birləşmiş Ştatlarda 2010-cu ildən bəri “ciddi bədən xəsarəti alan məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar" haqqında “ədəbsiz” şəkillərin yaradılması və ya yayılması federal cinayət hesab olunur.[3]