Zorapterlər (lat. Zoraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.
Zorapterlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Koqorta: Dəstə: Zorapterlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bu dəstənin nümayəndələri kiçik həşəratlar olub, elmə son vaxtlar (1913) italiyalı entomoloq Filippo Silvestri tərəfindən məlum edilmişdir. Başda təsbeh şəkilli bığcıqları vardır. Ağız orqanları gəmiricidir. Göz və gözcük bəzilərində inkişaf etmiş, bəzilərində isə inkişaf etməmişdir. Serqisi qısa və bir buğumludur. Zorapterlər üçün dimorfizim xarakterik olub, həm qanadlı, həm də qanadsız formaları vardır. Qanadsız formaların əksəriyyəti 3 mm uzunluqdadır, göz və gözcüklərdən məhrumdur. Qanadlı formalarda ön qanadlar arxa qanadlara nisbətən uzundur. Onlar ağac qabıqlarının altında, bitki qalıqları arasında və s. yerlərdə yaşayır, gizli həyat tərzi keçirirlər. Ancaq tropik və subtropik zonada yayılmışlar. Göbələk sporları və gənələrlə qidalanırlar.