Zornia partita

Avstriya ilanbaşı (lat. Dracocephalum austriacum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü.

Avstriya ilanbaşı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Gövdəsi bir və ya bir neçə, hündürlüyü 20–50 sm, tüklü, aşağı hissəsi bənövşəyi rənglidir. Qısa saplaqlı yarpaqları 3–7 xəttvari küt hissəyə bölünmüşdür, qısa yan budaqlarının yarpaqları ucları biz olan 3 hissəyə bölünmüşdür və ya bütövdür. Köbələri azçiçəklidir, bəziləri gövdənin təpəsində başcıqlı çiçəkqrupu şəklində yığılmışdır. Kasacığı 10–13 mm, uzuntüklü, bənövşəyidir. Tacı 3–4 sm, tünd bənövşəyi, xaricdən seyrək tüklüdür. Toxumcaları 3 mm uzunluqda, qabırğacıqları qanadabənzər şəkildə enlənmişdir.

BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə, dağ çəmənlərində bitir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Ruyschiana austriaca (L.) House

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Dracontocephalum laciniatum (Mill.) St.-Lag.
  • Ruyschiana laciniata Mill.
  • Zornia partita Moench
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 595.