Zurnabad qalası

Zurnabad qalasıGöygöl rayonu Zurnabad ərazisində yerləşir. Zurnabad qalasında aparılmış arxeoloji tədqiqat işləri zamanı onun XIII-XIV əsrlərə aid olduğu təsdiqlənib. Qala öz tikinti xüsusiyyətlərinə görə demək olar ki, Bakıdakı Mərdəkan, Nardaran, Ramana qalalarına oxşardır. Beş bürcü olan qalanın eni, uzunu, hündürlüyü bir-birlərinə tən şəkildə hörülüb. Qalanın həm eni, həm də hündürlüyü 9 metrdir. Zurnabad isə feodal qəsri olub. Bu qala adi bir feodalın ailə üzvlərinin, onun əmlakının qorunmasına xidmət edib və müdafiə xarakterli olmayıb.[1]

Zurnabad qalası
Ölkə  Azərbaycan
Şəhər Göygöl
Yerləşir Göygöl rayonu, Zurnabad
Tikilmə tarixi XIII-XIV
İstinad nöm.4290
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Zurnabad qalası (Azərbaycan)
Zurnabad qalası
  1. "Arxivlənmiş surət". 2020-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.