Zuvand itburnusu (lat. Rosa zuvandica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Zuvand itburnusu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Zuvand itburnusu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qafqazda yayılmışdır.
Hündürlüyü 1,5-2 m olan koldur; budaqları yuxarı qalxan və ya bir az əyilmişdir. Tikanları yarpaqların bünövrəsində cüt yerləşmiş, düz və ya bir az əyridir. Orta yarpaqların uzunluğu 5-8 sm, yalançı zoğları ensiz, uzunluğu 8-10 mm, hər tərəfdən çılpaqdır, ancaq alt tərəfdə bol vəzicikli, kənarları cüt dişli və vəzicikli-kirpikciklidir. Əsas oxu gövdə vəzicikləri və seyrək tükcüklərlə örtülmüşdür. Xırda yarpaqları 7 ədəd, enli-ellipsvari, ucu qısa, biz, uzunluğu 1,2-1,8 sm, eni 0,7-1,1 sm-dir, yaşlı zoğlarda tünd, yuxarı tərəfi seyrək, alt tərəfi sıx tükcüklü, hər tərəfdən vəziciklidir, kənarları cüt dişli, dişcikləri vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri xırda, çiçək saplağı hipanti kimi seyrək vəziciklidir, uzunluğu 1-1,2 sm-dir. Kasayarpaqları hər tərəfdən tükcüklü, arxa və kənarlarında vəzicikli, 1-2 ədəd yan, sapvari çıxıntılıdır, ucunda yarpaqvari enəlmişdir. Çiçəklədikdən sonra yuxarıya istiqamətlənərək bitişmir. Ləçəkləri qırmızı, zəif oyuqludur. Sütuncuqların başı oturaq, tükcüklüdür. Meyvələri (hipantiləri) şarşəkilli, üstü uzanmış, seyrək vəziciklidir. R.gorinkensis Bess. növündən kolun hündürlüyü, tünd qırmızı ləçəkləri, xırda yarpaqları və tikanlarının forması, xırda yarpaqlarda tükcüklərin olması ilə, R.obtegens Galushko növündən isə vəzicikli xırda yarpaqları, qısa kasayarpaqları və birtipli tikanları ilə fərqlənir.
Rütubətli, çimli torpaqlarda, dəniz səviyyəsindən 1650 m hündürlükdə, quru yamaclarda, təpələrdə sıx kolluqlar əmələ gətirir.
Talış, Zuvand, Qosmalyan və Tatoni kəndindən 1,5 km şərqə tərəf, Ayvəri və Nisli kəndləri ətrafında yayılmışdır.
Yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.