Kodayu (opera)
Kodayu — Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun yapon dilində yazdığı opera. Bu, yapon musiqi tarixində ilk yapondilli opera idi. Librettonun müəllifi xanım Eyko Aokidir.
== Tarixçə ==
1991-ci ildə Fərhəng Hüseynov bəstəkar kimi Yaponiyada keçirilən "İpək yolu" yarışmasına qatılır və birinci yeri qazanır. Bundan sonra XVIII əsr Yapon dənizçi qəhrəman Kodayu haqqında opera yazmaq təklifini alır. Təklif librettonun müəllifi Eyko Aokidən gəlir. Operanın premyerası 1993-cü ilin sentyabrın 7-sində Tokyoda Bunkamure Orçard zalında konsert şəklində böyük uğurla keçir. Osaka və Suzuki şəhərlərində də Asaxi televiziya kanalının 35 illiyi münasibətilə eyni tərzdə baş tutur.
== Operanın özəllikləri ==
Bir sıra kənara çıxmalara baxmayaraq, "Kodayu"-da dünya opera janrının bütün xüsusiyyətləri var: ariya, ariozo, ansambl (duet, terset və s.), xor, orkestr nömrələri (vals, polka, marş), reçitativ. Səhnə və dekorasiya isə yoxdur.