Kodansha Box (講談社BOX?) – Yaponiyanın əsas nəşriyyatlarından biri olan Kodansha-nın nəşriyyat xətti. Hər bir buraxılan kitab gümüş üzlüklə nəşr olunur. Katsuşi Ota tərəfindən təkbaşına redaktə olunan kitablar barədə müəllif deyir: "Yeniyetmə psixologiyasının mövzularına əsaslanan əsərlər kolleksiyası. Ümid edirəm ki, bu, bir gün Yaponiya populyar mədəniyyətinin indeksinin bir növünə çevriləcək".[1][2]
Kodansha Box nəşrə 2006-cı ilin noyabrında "Hər şey qutulaşdırılıb" şüarı ilə başlamışdır.
2008-ci ilin fevralında Kodansha Box "Pandora" adlı ədəbi jurnal nəşr etməyə başlamışdır. Jurnalın şüarına görə sən heç vaxt növbəti buraxılışda nələrin olacağını bilməyəcəksən.[3]