Aya Koda (幸田文, Koda Aya?, 1 sentyabr 1904, Tokio[d] – 31 oktyabr 1990, İşioka[d], İbaraki prefekturası) – Yaponiya yazıçısı. O, feminist əsərləri ilə tanınmışdır.[1] Yazıçı Rohan Kodanın qızıdır.
Aya Koda | |
---|---|
yap. 幸田文 | |
Doğum tarixi | 1 sentyabr 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 1990 (86 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək tutması[d] |
Uşağı |
|
Fəaliyyəti | romançı, esseist, yazıçı |
Əsərlərinin dili | yapon dili |
Vikianbarda əlaqəli mediafayllar |
Aya Koda 1 sentyabr 1904-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur.[1] Yaponiyanın tanınmış yazıçılarından biri olan Rohan Kodanın ikinci qızı olmuşdur.[2] Aya ədəbi karyerasına 43 yaşında atası haqqında məqalələr yazaraq başlamışdır.[1] 1947-ci ildə yazdığı "Son anlar" onun belə əsərlərindən biri olmuşdur.[2]
Koda 1940 və 1950-ci illərdə avtobioqrafik esselər yazmışdır.[1] 1954-cü ildə yazdığı "Qara kimono" əsərinə görə Yomiuri mükafatına layiq görülmüşdür.[2] Ədəbi uğur qazanmasına baxmayaraq bir neçə ay yazıçılığa fasilə verərək geyşa evində xidmətçi kimi işləmişdir.[1] Kimono geyinmiş qadınların əhatəsində olmaq 1955-ci ildə "Axıntı" (流れる, "Naqareru"?) adlı birinci romanını yazmaq üçün ilham mənbəyi olmuşdur.[1] Qocalan geyşadan bəhs edən bu əsər onun ən tanınmış əsəri olmuş və əsərə görə 1956-cı ildə Yaponiya İncəsənət Akademiyası Mükafatına layiq görülmüşdür.[2]
Koda 1956–57-ci illərdə "Böyük qardaş" əsərini, 1956-cı ildə isə "Didilmiş buludlar" esse kolleksiyasını yazmışdır.[2] Onun ailəsinin paqodalarla sıx əlaqəsi olduğu üçün Koda 1970-ci illərdə Horin məbədinin bərpası üçün pul toplamışdır.[1] Kodanın yaradıcılığı 1994–97-ci illərdə nəşr olunmuş 23 cildlik əsərdə öz əksini tapmışdır.[1]
Koda romanlar və esselər yazmışdır.[1] Ailə münasibətləri, gender rolları və ənənəvi Yaponiya mədəniyyəti onun ən çox müraciət etdiyi mövzular olmuşdur.[1] Kimono əsərlərinin əsas ünsürlərindən biri olmuşdur, buna görə də kimono ilə görünüşü popular olmuşdur.[1]
Google 1 sentyabr 2020-ci ildə Kodanın 116 illiyi münasibətilə dudl yayımlamışdır.[1] "Bungo Stray Dogs" manqasında Aya Koda personajı onun şərəfinə adlandırılmışdır.[3]