YADDAŞ

память
YADDANÇIXMAZ
YADDAŞLI
OBASTAN VİKİ
Yaddaş
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Genişləndirilmiş yaddaş
1. Genişləndirilmiş yaddaş spesifikasiyası IBM PC sistemlərində yaddaşın genişləndirilməsi üsulunun təsviri; bəzən LIM EMS kimi göstərilir, çünki bu üsul Lotus/Intel/Microsoft triumviratı tərəfindən işlənib hazırlanıb. Intel şirkətinin 80x86 prosessorlarının “real rejim” arxitekturası kompüterin erişiləbilən yaddaşının maksimal həcmini 1 Mbaytla məhdudlaşdırır. IBM PC’nin arxitekturası isə bu fəzanı (sahəni) daha da daraldaraq 640 Kbayt edir. EMS spesifikasiyası bu məhdudiyyətlərdən yayınmağa imkan verir: o, bir neçə 16-kilobaytlıq operativ yaddaş banklarından ibarət olan yaddaş lövhələri (kartları) ilə işləyə bilir ki, onları da proqram yolu ilə qoşmaq və ya açmaq mümkündür. Mərkəzi prosessor belə kartlarda yaddaşı adi yolla ünvanlaya bilmir, ancaq hər bir bankı (və ya səhifəni) prosessorun ünvan fəzasında göstərmək olur. Tut: CONVENTIONAL MEMORY, EXTENDED MEMORY. 2. Genişləndirilmiş mesaj xidməti məlumatların ötürülməsi üçün Samsung, Ericsson, Motorola, Siemens, Alcatel və bir neçə başqa şirkət tərəfindən qəbul edilmiş standart. GSM, TDMA və CDMA standartında işləyən mobil telefonlar üçün SMS standartının genişlənməsidir. EMS texnologiyası SMS və MMS arasında aralıq texnologiyadır, hazırda tamamilə MMS ilə əvəz olunub.
Keş yaddaş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Qabarcıqlı yaddaş
==Qabarcıqlı yaddaş== Qabarcıqlı yaddaş– silindrik maqnit domenlərdən (nazik pərdə üzərində yerləşdirilmiş halqaşəkilli sabit maqnitlərdən) təşkil olunmuş yaddaş tipi. Qabarcıqlı yaddaşa nisbətən az rast gəlinir; operativ yaddaşdan (RAM) və daimi yaddaşdan (ROM) bahadır. Qabarcıqlı yaddaşın üstünlüyü onun sabitliyindədir (daimiliyindədir): ona yazılmış hər hansı bir şey hətta kompüter söndürüldükdə də dəyişdirilməyənə qədər saxlanılır. Fləş-yaddaşlar meydana çıxandan sonra qabarcıqlı yaddaşlara olan tələbat praktik olaraq azalıb, çünki fləş-yaddaşlar da daimi saxlama xassəsinə malikdir və həm də onların hazırlanması asan və ucuz başa gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici yaddaş
Xarici yaddaş - məlumatların uzun müddət saxlanması üçün yaddaş qurğularının məcmusudur. Xarici yaddaşın tərkibinə elastik və bərk maqnit disklərində toplayıcılar, optik və maqnit-optik toplayıcılar, maqnit lentində toplayıcılar daxildir. Adətən proqram və verilənlərin arxivləri xarici yaddaşda saxlanılır. Xarici daşıyıcılarda yerləşdirilmiş informasiya kompyuterin işə salınıb salınmamasından asılı deyildir. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Yaddaş (dəqiqləşdirmə)
Yaddaş (psixologiya)
Yaddaş (psixologiya)
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Yaddaş kartrici
Yaddaş kartrici (ing.memory cartridge, ru. картридж памяти)- verilənlər və proqramları yadda saxlamaq üçün ixtiyari erişimli yaddaş (RAM) mikrosxemdən ibarət olan çıxarılıb-taxılan modul. Yaddaş kartriciləri əsasən daşınabilən kompüterlərdə istifadə edilir, çünki onlar daha kiçikdir və disksürənin dəyişdirilməsi kimi daha sadədir (ancaq masaüstü sistemlərə nisbətən daha bahadır). Yaddaş kartricləri enerjini kartricin içərisində olan təkrar yüklənən batareyadan almaqla, adətən, enerji təchizatı kəsildikdə belə tərkibini itirməyən enerjidən asılı olmayan sxemlərdən ibarət olur, ya da yaddaşın tərkibinin saxlanmasını təmin edən ehtiyat elektrik batareyasına malik olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaddaş modeli
Yaddaş modeli (ing. memory model, rus. модель памяти) — proqramda istifadə olunan kodun və verilənlərin ünvanlanması üsulu. Yaddaş modeli proqramda kod və verilənlər üçün ayrılan yaddaşın həcmini göstərir. Aşağıdakı yaddaş modelləri mövcuddur: kiçicik (TINY), kiçik (SMALL), orta (MEDIUM), kompakt (COMPACT), böyük (LARGE), nəhəng (HUGE). Böyük model– Intel 80x86 prosessorları ailəsində qəbul olunmuş yaddaş modeli. Böyük model, ölçüsü 64 Kbayt’dan artıq olan proqram və verilənlərdən istifadə etməyə imkan verir, lakin ümumi həcm 1 Mbayt’ı aşmamalıdır və hər bir verilənlər strukturu 64 kbayt’dan az olmamalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaddaş sızıntısı
Yaddaş sızıntısı (en. memory leak) – böyük həcmli yaddaşın sonradan boşaldılmadan dinamik ayrılması ilə bağlı olan vəziyyət; məsələn, C++ dilində göstəricinin uzaqlaşdırlması zamanı onun adından sonra massivin bütünlüklə uzaqlaşdırılmasını göstərən kvadrat mötərizələr ([]) qoymadıqda belə xəta yaranır. Sızıntı sistem xətalarına səbəb ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əməli yaddaş
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Kollektiv yaddaş
Kollektiv yaddaş — sosial qrupa xas olan, onun kimliyi ilə əhəmiyyətli dərəcədə əlaqəli olan xatirələrin, biliklərin və məlumatlarının ortaq ehtiyatı. Bu ifadə ədəbiyyatlarda XIX əsrin ikinci yarısında meydana çıxmışdı. Filosof və sosioloq Moris Halbvaks "Les cadres sociaux de la mémoire" (1925) kitabında kollektiv yaddaş anlayışını təhlil edərək təkmilləşdirmişdir. Kollektiv yaddaş böyük və kiçik sosial qruplar tərəfindən qurula, paylaşıla və ötürülə bilər. Bu qruplara misal olaraq millətləri, generasiyaları, icmaları və başqalarını göstərmək mümkündür. Kollektiv yaddaş psixologiya, sosiologiya, tarix, fəlsəfə və antropologiya da daxil olmaqla bir sıra fənlər üzrə maraq və tədqiqat mövzusu olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == === Əsas tədqiqatlar === Jan Assmann: Religion and Cultural Memory: Ten Studies, Stanford UP 2005 Jeffrey Andrew Barash, Collective Memory and the Historical Past, Chicago and London, University of Chicago Press, 2016. Maurice Halbwachs: On Collective Memory, Univ of Chicago Press, 1992, ISBN 0-226-11596-8 Pennebaker, James W. Paez, Dario. Rime, Bernard: Collective memory of political events : social psychological perspectives, Mahwah, New Jersey. Lawrence Erlbaum Associates: 1997.
Genişləndirilmiş yaddaş meneceri
Genişləndirilmiş yaddaş meneceri (ing. Expanded Memory Specification və ya qısaca EMS) — spesifikasiyasının proqram hissəsini gerçəkləşdirən qurğu drayveri. Adətən, EMS-sistemlər üçün əlavə aparat təminatı tələb olunsa da, Intel firmasının 80386 və 80486 prosessorları üçün yazılmış menecer-proqramlar bu mikrosxemlərin xüsusi imkanlarının vasitəsilə yardımçı yaddaşın bazasında EMS modelini hazırlaya bilər.
Operativ yaddaş qurğusu
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Yaddaş (film, 1989)
Yaddaş (film, 2010)
Yaddaş — rejissor Vahid Mustafayevin filmi. == Məzmun == Birinci Qarabağ müharibəsinin başlanğıcı… Dörd dost – Əli (İlqar Musayev), Həsən (Pərviz Məmmədrzayev), Hüseyn (Anar Heybətov) və Azər (Şövqi Hüseynov) sonuncunun Arzu (Rada Nəsibova) adlı qızla nişanı üçün Qarabağa yollanırlar. Mərasim günü erməni-rus hərbi birləşmələri məclisin keçirildiyi kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağın edir. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür – Arzu yaralanır, Azər komaya düşür… 19 ildən sonra dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşür… Dramatik triller janrında çəkilən və keçmişdən gələcəyə nüfuz edən YADDAŞ bizi baş qəhrəmanla bərabər həqiqətə – gözlənilməz bir sonluğa aparır. == Film haqqında == Filmin həm də 5 seriyadan ibarət teleserial variantı mövcuddur. Film "Xatirələri yaşadan ən yaxşı film" nominasiyası üzrə qalib olub. Filmin çəkilişləri 2009-cu ilin dekabrında başlamışdı. Film Azərbaycan şəhidlərinə, o cümlədən Çingiz Mustafayevə ithaf olunmuşdur. Kinorejissor Eldar Quliyev filmlə bağlı müsahibəsində qeyd edir: 2017-ci ildə Balans Studiyası tərəfindən Vahid Mustafayevin BakıFilm Kinostudiyası ANS TV ilə birlikdə çəkdiyi Yaddaş Bədii Filmini yenidən yaradıb.
Yaddaş banklarının kommutasiyası
Yaddaş banklarının kommutasiyası — Prosessorun fiziki ünvan fəzasının məhdudiyyətlərini aradan qaldırmaq üçün iki yaddaş bankı arasında keçidlər etməklə operativ yaddaşın (RAM) tutumunun genişləndirilməsi üsulu. Bir bankdan başqa banka belə keçid, adətən, bankın nömrəsinin, yaxud kodunun (onlar bir neçə ola bilər) yaddaşa erişim kontrollerinin portuna yazılması ilə həyata keçirilir. == İş prosesi == Prosessor hər an yalnız bir bankla işləyir və banklar kommutasiyanın yerinə yetirilməsinə qədər başladılan eyni bir yaddaş sahəsindən növbə ilə istifadə edir. Bank aktiv olmayanda həmin yaddaş sahəsindəki verilənlər saxlanılır. Əməliyyat sistemi və ya proqram başqa bir bankı aktivləşdirmədən öncə aparat vasitələrinə kommutasiyanı aparmaq komandası verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Əməli yaddaş qurğusu
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Artırılmış yaddaş
Artırılmış yaddaş – Intel firmasının 80286/386/486 mikroprosessorlarının olduğu kompüterlərdə 1 Mbayt ın üstündə yerləşən operativ yaddaş. Bu yaddaşa ancaq prosessor təhlükəsiz (386/486 prosessorlarında virtual) rejimdə işləyən zaman müraciət mümkün olur. Ardırılmış yaddaş adi MS-DOS proqramları üçün əlçatmazdır, ancaq OS/2 və Windows proqramlarına açıqdır; ancaq prosessoru lazım olan müddətdə qorunmuş rejimə keçirən proqram təminatının köməyilə həmin yaddaşı MS-DOS proqramları üçün də əlçatan etmək olar.
Artırılmış yaddaş spesifikasiyası
Daimi yaddaş qurğusu
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. == Əmrlər == ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
Daş Yaddaş (1986)
== Məzmun == Filmdə Azərbaycanın qədim tikililəri, mədəniyyət abidələri, qalaları və digər daş yadigarları barədə söhbət açılır.
"Yaddaş" Sənədli Filmlər Studiyası
== Tarixi == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sənədli filmlər istehsal edən studiyasıdır. Əvvəllər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının tərkibində kinoxronika bölməsi olub. 1991-ci ildən müstəqil sənədli filmlər studiyaları kimi fəaliyyət göstərdilər. 1993-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində müstəqil studiya kimi fəaliyyət göstərir. Studiyanın ilk rəhbəri Zaur Məhərrəmov olub. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. Yaddaş Studiyası 1997-ci ildən başlayaraq dövlət sifarişi ilə ildə bir sənədli film çəkir. Yaddaş əsasən portret janrına müraciət edir. Filmləri arasında "Şeytanbazar" (Nizami Abbas), "İlyas Əfəndiyev" (Cəmil Fərəcov), "Arif Babayev", "Həsən Seyidbəyli", "Rafiq Babayev" (Cəmil Quliyev), "Səma Şairi" (Şamil Nəcəfzadə) var. Direktor: Cavid İmamverdiyev Prodüser: Xanlar Cəfərov əməkdar mədəniyyət işçisi Rejissor-operator: Nizami Abbas əməkdar incəsənət xadimi Rejissor: Mübariz Nağıyev == Mənbə == Zaur Məhərrəmov.
Ağrılı yaddaş (film, 1995)
Ağrılı yaddaş filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1995-ci ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyası və Müdafiə Nazirliyi sənədli filmlər kino-telestudiyasının istehsalıdır. Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş, Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraitindən bəhs edir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır. == Məzmun == Film erməni təcavüzü nəticəsində öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərimizin çətin həyat şəraitindən bəhs edir. Filmdə Bərdə, İmişli və Tərtərdə çadır düşərgələrində, vaqonlarda məskunlaşmış məcburi köçkünlərin ağır yaşayış şəraiti əks etdirilir. Şahidlər ermənilərin törətdikləri vəhşiliklərdən danışır.
Daş yaddaş (film, 1986)
== Məzmun == Filmdə Azərbaycanın qədim tikililəri, mədəniyyət abidələri, qalaları və digər daş yadigarları barədə söhbət açılır.
Naxışların yaddaşı (film, 1973)
== Məzmun == Elmi-kütləvi film poetik formada qədim Azərbaycan milli sənət yadigarlarından, naxışlara həkk olunmuş milli mənəviyyatdan bəhs edir. Eləcə də görkəmli alim Xudu Məmmədovun qeyri-adi kəşfi sayəsində bu qədim naxışlarla bir çox kristalların daxili şərti quruluşunun yaxın olduğu açılıb göstərilir. Ekranda kvars kristalının quruluşu əsasında 1322-ci ildə tikilmiş Bərdə türbəsini bəzəyən naxışlar müqayisə edilir. Məlum olur ki, həmin naxışlarla kvarsın quruluş sxemi eynidir. Kadrlar bir-birini əvəz etdikcə gözlərimiz qarşısında tarixi nişanələri olan qədim abidələr, qayalar üzərində naxışlar, göllər, çəmənliklər, canlılar gəlib keçir. == Festivallar və mükafatlar == 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Qısametrajlı elmi-kütləvi filmlər bölməsi üzrə filmə II mükafat və diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Xudu Məmmədov, Vidadi Paşayev Operator: Zaur Məhərrəmov Bəstəkar: Vaqif Mustafazadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Videokartlarda istifadə olunan yaddaş tipləri
Yaddaşı proqramlaşdırılabilən idarəetmə
Proqramlaşdırılabilən məntiqi kontroller (ing. programmable logic controller, PLC) - maşın və qurğulıarın idarə olunmasında tətbiq olunan düyümdür. Proseslərin idarə olunmasında istifadə olunan proqramlaşdırıla bilən avadanlıqdır. Bu düyümlər tətbiq sahəsindən asılı olaraq proqramlaşdırılıb tətbiq oluna bilirlər. Adətən elektronik şəkildə hazırlanmış bu düyümlər öz iş prinsipinə görə kompyuterlə oxşardır. Senzorlar və aktorlarla əlaqədə olan YPİ-sistemi proqram əsasında prosesin idarə olunması üçün siqnallar verir. Bu informasiya əsasında tənzimləyicilər maşınların bu və ya digər qurğuya qoşulmasını elə idarə edir ki, o tələb olunan funksiyanı yerinə yetirsin. İstənilən alqoritmi proqram şəklində PLC- yə yazmaq mümkündür. PLC-lər ən çox sənayedə texnoloji proseslərin idarə olunmasında istifadə olunurlar. Sahə cihazlarından gələn siqnallar giriş modulları vasitəsilə rəqəmsal şəkilə gətirildikdən sonra PLC- yə ötürülür.
Yaddaşın dəyişməzliyi
Yaddaşın dəyişməzliyi (kat. La persistència de la memòria) 1931-ci ildə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dali tərəfindən çəkilmiş sürrealist rəsm əsəri. 1932-ci ildə 250 ABŞ Dolları qarşılığında satılan tablo,1934-cü ildən etibarən Nyu-Yorkdaki National Museum of Art'da sərgilənməkdədir. = Haqqında = Sürrealistik əsər əriyən cib saatlarını mövzu almaqdadır.Bu,Dalinin o illərdəki "yumuşaqlıq" və "sərtlik" anlayışına işıq tutmaqdadır. Əsər hər nə qədər Dalinin sənət yaşamındakı Freyudçu mühitin bir nümunəsi olsa da, sənətcinin elmi mərhələyə keçişindən 14 il əvvəl yaradılmışıdır. Dalinin elmi təməlli əsərlər yaratmağa başlaması 1945-ci il Nüvə silahı istifadəsi ilə əlaqədardır. Geniş bir qum çölü təsvir olunan əsərdə ki, əriyən saatlar ideyasını Dali avqust günəşi altında əriyən kamamber pendirindən götürüb. Əsəri zamanın dəyişməzliyi anlayışına protesto kimi də yozmaq mümkündür. Rəsmin mərkəzi hissəsində canavar və insan obrazının sintezini görürük. Tablonun sol hissəsində olan saatın üzərində isə ölümü və qadın cinsiyyət orqanını simvollaşdıran qarışqaları görmək mümkündü.
Yaddaşın idarəolunması bloku
Yaddaşın idarəolunması bloku (ing.memory management unit (MMU), ru. блок управления памятью )-virtual yaddaşın fiziki ünvanlara inikasını (fiziki ünvanlarla göstərilməsini) dəstəkləyən qurğu. Bəzi sistemlərdə (məsələn, 68020 tipli prosessorlara əsaslana sistemlərdə) MMU prosessordan ayrıdır, ancaq müasir kompüterlərdə MMU mərkəzi prosessorun mikrosxeminə yerləşdirilir. Bəzi sistemlərdə MMU mikroprosessor və yaddaşın interfeysini təmin edir, belə MMU tipi, adətən, ünvanın multiplekslənməsini, DRAM tipli yaddaş üçün isə həm də regenerasiyanı yerinə yetirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yuxu yaddaşı (film, 2008)
== Məzmun == Film narkomaniyanın insanı dəyişməsi haqqında dramdır. Narkomaniya gənc Hüseyni çıxılmaz dalana salaraq ona faciəli məhəbbət dramı yaşadır. Bəzən insana elə gəlir ki, bütün hadisələr yuxu yaddaşı kimi sanki baş verməyib. Həyat həqiqətlərinə söykənən iki gəncin ağ ölümün fəlakətinə düçar olmaları filmin əsasını təşkil edir.
Ürək yaddaşı (film, 1981)
== Məzmun == Film Azərbaycanın görkəmli heykəltəraşı İbrahim Zeynalova həsr olunmuşdur. Kinolentdə onun yaradıcılığından, Azərbaycanın müxtəlif şəhərlərində ucaltdığı abidələrdən söhbət açılır. Böyük sənətkarın qranit daşlardan yonduğu əsərləri, bu gün təkcə Azərbaycanın deyil, Sovet İttifaqının bir sıra şəhərlərinin, o cümlədən Moskvanın memarlıq tarixinin ən qiymətli səhifələrini təşkil edir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Elxan Qasımov Ssenari müəllifi: Emil Ağayev, Cəmil Əlibəyov, Rasim Ağayev Operator: Vladimir Konyagin, Köçəri Məmmədov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.

Digər lüğətlərdə