Paltonun astarı deyirik. Astar xalis türk sözüdür və alt, alçaq, aşağı sözləri ilə eyni kökə malikdir. Mənbələrdə alt sözünün ast variantı da var. –ar şəkilçisi, ehtimal ki, yer sözünün zəminində əmələ gəlib. Astar kəlməsi əvvəlcə astyer (alt yer, alt tərəf) şəklində olub, sonra fonetik dəyişmələrə uğrayıb. Yer sözünün şəkilçiləşməsinə aid faktlar çoxdur: məsələn, bura buyer, ora o yer sözlərindən törəyib. Mənbələrdə “внизу” mənasını verən asra sözü mövcuddur. Müasir elmi ədəbiyyatda bəzi alimlər astar sözünü fars mənşəli hesab edirlər. Doğrudur, bu kəlmə fars dilində var, amma onlara bizdən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)