Astara Tarix — Diyarşünaslıq muzeyi — H.Əliyevin təşəbbüsü və rəhbərliyi muzey işinə dair qərar və rayonlarda Tarix – Diyarşünaslıq Muzeylərinin yaradlıması qərarında Astara Tarix — Diyarşünaslıq muzeyi öz əksini taparaq yaradılmışdır.
Astara Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1980 |
Mövzu | Tarix |
Yerləşir | Astara, R. Axundov küçəsi 2 |
Kolleksiyası | 7839 eksponat |
Telefon | (+994 25) 225 14 86 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzey 4 yanvar 1980-ci tarixli qərarla yaradılmışdır. 1984-cü ildə bina inşa edilərək istifadəyə verilmişdir.Muzeyin ümumi sahəsi 600 kv metr ekspozisiyanin sahəsi 200 kv metr təşkil edir. Muzey 3 şöbə və 6 bölmədən ibarətdir. Muzeyi Əmək veteranı Əsədulla İmaməliyev tərəfindən müxtəlif dövrləri əhatə edən və bölgəmizin etnoqrafiyasına aid müxtəlif əşyaları toplayaraq bir araya gətirmiş, muzey kimi ilk fəaliyyətini rayonun müxtəlif inzibati binalarında və sonradan rayonun mərkəzi mədəniyyət evində muzey təşkil edilmişdir.[1]
Muzeyin ekspozisiyasında 2038 ədəd tarixi eksponat nümayiş olunur. Muzeydə ümumi eksponatların sayı 7839 ədəd təşkil edir.[2]
Muzeydə toplanmış tarixi eksponatları əsasən Əmək veteranı Ə. İmaməliyev toplayıcılıq yolu ilə və rayon ziyalılarının, müxtəlif peşə sahiblərinin tərəfindən muzeyə hədiyə edilmişdir.Muzeydə olan eksponatlar əsas 8 adda kolleksiyalara ayrılmışdır.[3]