Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsparta
İsparta — Türkiyənin İsparta ilinin inzibati mərkəzi. Əhalisi 51 min nəfərdir. Xalçaçılığın ən iri mərkəzlərindəndir.
İsparta ili
İsparta ili — Türkiyədə ili. İnzibati mərkəzi Isparta şəhəridir.
Cakarta
Cakarta — İndoneziyanın paytaxtı. Rəsmən "Xüsusi paytaxt dairəsi Cakarta" (ind. Daerah Khusus Ibukota Jakarta) adlanır. 1942-ci ilə qədər Cakarta şəhəri Bataviya adlanıb. == Ümumi məlumat == XVI əsrdə Uzaq Şərq ölkələrinin sərvətləri arxasınca qaçan avropalılar bölgəni kəşf etməklə Cakartanın da taleyini dəyişdilər. Həmin dövrə qədər sadə liman şəhəri olan Cakartaya gələn portuqaliyalı dənizçilər yerli xalqla razılığa gələrək, başda ədviyyat olmaqla, ticarət malları üzərində imtiyaz əldə etdilər. Hər iki tərəfin də taleyini dəyişən bu anlaşma xatirə daşı ilə əbədiləşdirildi. Vaxt ötdükcə yerin altına girən bu daş 1918-ci ildə yenidən işıq üzü görərək, şəhər tarixinin önəmli rəmzlərindən birinə çevrildi. Portuqaliyalılardan sonra İndoneziyanın milli qəhrəmanı Fatahillah tərəfindən ələ keçirilən bölgə "Böyük zəfər" mənasını verən "Jayakarta" adlanmağa başladı. Daha sonra ingilis və hollandların hakimiyyət uğrunda mübarizə səhnəsinə çevrilən Cakarta İkinci Dünya müharibəsindən sonra müstəqilliyini elan edən İndoneziyanın paytaxtına çevrilərək sabitliyə qovuşdu.
Ismaria
Brickellia (lat. Brickellia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Barroetea A.Gray Bulbostylis DC. Clavigera DC. Coleosanthus Cass. Ismaria Raf. Kuhnia L. Phanerostylis (A.Gray) R.M.King & H.Rob.
Sparta
Sparta (Qədim Elence; Attika ləhcəsi: Σπάρτη Spártē, qədim Dor ləhcəsi: Σπάρτα Spártā) — klassik antik dövrdə ən çox „Λακεδαίμων" Lakedaimon olaraq adlandırılan şəhər. E.ə. II minilliyin sonunda Dori istilasından sonra Peloponnes (Mora) yarımadasında dorilər tərəfindən qurulan şəhər və şəhər dövləti. Yunanıstanda qədim dövlət. == Tarixi == Spartanın tarixi şəhər-dövlətlərin siyasi təkamülündə istisnalıq təşkil edir. Spartalıların digər yunanlarla eyni kökdən gəlməsinə baxmayaraq, dövlət demokratik idarəçilik istiqamətində heç bir inkişafa nail olmamışdı. Bunun əvəzində, Sparta müasir elit diktatorluğa bənzər formada inkişaf etmişdi. Dövlət 6 əsrdən sonra mədəni cəhətdən də inkişafı dayandırmışdı. Ölkənin ətraf aləmdən təcrid olunması qismən bunun səbəblərindən biri idi. Şimal-qərbdən və Qərbdən dağlarla əhatələndiyinə və limanların azlığına görə Spartalıların ətraf dünyada yaşanan inkişafdan faydalanmaq şansı az idi.
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. == Tarixi == Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Cakarta şəhəri
Cakarta — İndoneziyanın paytaxtı. Rəsmən "Xüsusi paytaxt dairəsi Cakarta" (ind. Daerah Khusus Ibukota Jakarta) adlanır. 1942-ci ilə qədər Cakarta şəhəri Bataviya adlanıb. == Ümumi məlumat == XVI əsrdə Uzaq Şərq ölkələrinin sərvətləri arxasınca qaçan avropalılar bölgəni kəşf etməklə Cakartanın da taleyini dəyişdilər. Həmin dövrə qədər sadə liman şəhəri olan Cakartaya gələn portuqaliyalı dənizçilər yerli xalqla razılığa gələrək, başda ədviyyat olmaqla, ticarət malları üzərində imtiyaz əldə etdilər. Hər iki tərəfin də taleyini dəyişən bu anlaşma xatirə daşı ilə əbədiləşdirildi. Vaxt ötdükcə yerin altına girən bu daş 1918-ci ildə yenidən işıq üzü görərək, şəhər tarixinin önəmli rəmzlərindən birinə çevrildi. Portuqaliyalılardan sonra İndoneziyanın milli qəhrəmanı Fatahillah tərəfindən ələ keçirilən bölgə "Böyük zəfər" mənasını verən "Jayakarta" adlanmağa başladı. Daha sonra ingilis və hollandların hakimiyyət uğrunda mübarizə səhnəsinə çevrilən Cakarta İkinci Dünya müharibəsindən sonra müstəqilliyini elan edən İndoneziyanın paytaxtına çevrilərək sabitliyə qovuşdu.
Sparta təlimi
Aqoqe (yun. ἀγωγή — Spartada oğlanların təlim-tərbiyə sistemi. == Tarixi == Sparta tərbiyə sistemi- Lakonika əkinçilik ölkəsi idi. Əsas yeri qul əməyi tuturdu. Qullar amansızcasına istismar edildiklərindən, bəzən üsyan edir, öz sahibkarlarına divan tuturdular. Qədim yunan mütəfəkkiri Aristotelə görə, Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi güdülürdü. Burada vəzifə möhkəm və davamlı hərbiçilər, gələcək quldarlar yetişdirmək idi. Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. 7 yaşa qədər spartalılar ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar. Sonra elə bir vaxt gəldi ki, dövlət böyüməkdə olan nəslin tərbiyə və təlimini öz üzərinə götürdü.
Canuario Karta
Canuario Karta (it. Gianuario Carta; 1 yanvar 1931, Bitti, Sardiniya – 14 fevral 2017, Kalyari) — İtaliyalı siyasətçi, Xristian Demokratik Partiyasının rəhbərlərindən biri. == Həyatı == 1931-ci ildə Bittidə anadan olmuşdur. 1968–1983-cü illərdə İtaliya Deputatlar Palatasının üzvü olmuşdur. 1983–1992-ci illərdə İtaliya Senatlar Palatasının üzvü olmuşdur. 1983–1986-cı illərdə İtaliyada Tacir donanmasının başçısı olmuşdur.
Maqna Karta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Qazı-Karta
Qazı (qaz. қазы, qırğ. казы, başq. ҡаҙы, tatar. казылык, özb. qazi, krımtat. къазылыкъ) — bir sıra türk xalqları arasında sucuq və beşbarmaq hazırlanmasında istifadə edilən at ətli kolbasa,delikatesdir. Həm də qazı sözü bu kolbasanın hazırlanmasında istifadə olunan qabırğa yağı mənasını ifadə edir. == Tarixi == At əti çox kaloridir və köçərilərin həyatının sərt iqlim şəraitinə uyğunlaşmasında və uzun ömürlü olmalarına kömək edir. Qeyd etmək lazımdır ki, bütün atlar ət üçün kəsilmir və at əvvəlcədən kökəldilir.
Sparta Praqa FK
Sparta (Praqa) — Çexiyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 16 dəfə Avropa kuboklarında iştirak edib.
İskra
"İskra" (qəzet) — Bakıda bolşevik mətbuat orqanı kimi fəaliyyət göstərmiş qəzet. == Haqqında == 1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda da yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. İskra bolşevik mətbuatının prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. İlk nömrələrindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətinin qazandı. 1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq 'İskra' ilə müntəzəm yazışmalar aparırdılar. V. İ. Leninin, "İskra" redaksiyasının, RSDFP Tiflis Komitəsinin yaxından köməyi ilə, Lado Ketsxovelinin təşkilatçılıq bacarığı sayəsində 1901-ci ilin yayında Bakıda "Nina" adı ilə məşhur olan gizli mətbuat yaradıldı. Bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə Nina mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Məsələn, 1901-ci ilin sentyabrından "Nina" mətbəəsində leninçi "İskra" ideyalarını həyata keçirən "Brdzola" ("Mübarizə") qəzeti nəşr edilməyə başlanmışdır. Bu qəzet sosial-demokrat qəzeti idi.
Nao Şikata
Nao Şikata (d. 5 noyabr 1979) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
İşbara Yabqu
İşbara Yabqu (阿史那烏濕波; v. 705) — Toxaristanın ikinci yabqusu. == Hakimiyyəti == Atası Tarduş şadı öldürərək hakimiyyətə gəlmişdi. Hakimiyyətə gəlişi 645-ci ildə Kuhistanda sikkə buraxılmasıyla başlamışdı. Pul zərb etdirən ilk Göytürk hökmdarıdır. 653-cü ildə Çin imperatoru tərəfindən təsdiq olunmuşdur. Ərəb sərkərdəsi Abdullah ibn Amirin hücumlarına tab gətirə bilməmiş, hakimiyyəti Bədəxşanla sərhədlənmişdi. Bununla belə Əlinin xəlifəliyi dövründə Nişapur və Sistanı ələ keçirən yabqu III Yezdəgirdin oğlu III Firuzu Sasani şahı kimi hakimiyyətə gətirdi.
İşbara xaqan
İşbara xaqan (581-587) — Aşina sülaləsindən Göytürk xaqanı. == İlkin həyatı == Atası Qara İssıq xaqan idi. İşbara xaqan əvvəlcə Amrak xaqanı müdafiə etsə də, daha sonra özü də xaqanlığa iddia etməyə başladı. Həmçinin Taspar xaqanın həyat yoldaşı şahzadə Kiancin ilə evləndi. İmperatriça Çjou sülaləsindən idi deyə dövləti məhv edən Suy sülaləsində nifrət edirdi. İşbara xaqan onun təhriki ilə Çinə yağmalar həyata keçirirdi. == Suy sülaləsi ilə münasibətlər == 583-cü ildə vətəndaş müharibəsindən istifadə edən imperator Ven qardaşı Yanq Şuanqı İşbaraya qarşı göndərdi. Apa xaqana qarşı mübarizə edə bilməcəyini görən xaqan 584-cü ildə Suy sülaləsinə boyun əymişdi. Bundan istifadə edən İşbara Göytürk imperiyasının şərqini öz əlində saxlamışdı. Çen sülaləsindən gələn qaçqınları qəbul etmişdi.
Lao issara
Lao issara (laos ລາວອິດສະລະ, hərf. Azad Laos) — 12 oktyabr 1945-ci ildə şahzadə Petsarat Ratanavon tərəfindən yaradılmış antifransa milliyətçi hərəkat. Bu qısaömürlü hərəkat İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra ortaya çıxmış, Fransa qüvvələrinin qayıtmasına qədər Laos hökumətinə çevrilmişdir. Bu, fransızların Laos üzərində nəzarəti bərpa etməsinə mane olmaq məqsədini daşıyırdı. Qrup 1949-cu ildə ləğv edilmişdir.
Ahmet Mete Işıkara
Əhməd Mete Işıqara (türk. Ahmet Mete Işıkara; 22 mart 1941, Mersin – 21 yanvar 2013, İstanbul) — Türkiyə alimi, geofizikçi və pedaqoq. == Həyatı == 22 mart 1941-ci ildə Mersində doğulub. 21 yanvar 2013-cü il tarixində İstanbulda vəfat etmişdir.
İskra (qəzet)
"İskra" (qəzet) — Bakıda bolşevik mətbuat orqanı kimi fəaliyyət göstərmiş qəzet. == Haqqında == 1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda da yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. İskra bolşevik mətbuatının prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. İlk nömrələrindən başlayaraq bu qəzet neft şəhəri fəhlələrinin dərin rəğbətinin qazandı. 1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq 'İskra' ilə müntəzəm yazışmalar aparırdılar. V. İ. Leninin, "İskra" redaksiyasının, RSDFP Tiflis Komitəsinin yaxından köməyi ilə, Lado Ketsxovelinin təşkilatçılıq bacarığı sayəsində 1901-ci ilin yayında Bakıda "Nina" adı ilə məşhur olan gizli mətbuat yaradıldı. Bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə Nina mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Məsələn, 1901-ci ilin sentyabrından "Nina" mətbəəsində leninçi "İskra" ideyalarını həyata keçirən "Brdzola" ("Mübarizə") qəzeti nəşr edilməyə başlanmışdır. Bu qəzet sosial-demokrat qəzeti idi.
İşbara Teriş xaqan
İşbara Teriş Tunqa xaqan (əsl adı Aşina Tunqa 阿史那同俄, taxt adı İşbara Teriş xaqan 沙钵罗咥利失可汗) — Göytürk xaqanı. == Hakimiyyəti == Qardaşı Nişa Tulu xaqandan sonra taxta gəlmişdi. Hakimiyyətə gəldikdən sonra ilk işi Tan sülaləsi ilə dost əlaqələri qurmaq oldu. Nuşibilər Tulular arasındakı mübarizədən bezən xaqan 635-ci ildə onların hərəsini 5 aymaka böldü. Lakin bu yenilik güclənməkdən çox zəifləməyə apardı. Tun Tudunun başçılıq etdiyi həmin tayfalar üsyan etdi və xaqanı devirdilər. Qardaşı Böri şadla Qaraşəhərə qaçan xaqan tezliklə nuşibilərin başçısı Assık Kül-Erkin tərəfindən hakimiyyətə qaytarıldı. == İkinci hakimiyyəti == Assık Kül-Erkinin vasitəçiliyi ilə İli çayı sülhünü imzalayan tayfalar faktiki olaraq xaqanlığı iki yerə böldülər. Qərbdə Tuluların dəstəklədiyi əslən Şərqi Göytürk xaqanlığından olan İllig xaqanın oğlu Yükük şad hakimiyyətə gəldi, İşbara isə İli çayından şərqdə hakimiyyətdə qalmağa davam etdi. == Ölümü == 659-cu ildə Tan sülaləsinin Yeddisunu işğalı nəticəsində İşbara xaqan öldürüldü.
Bilgə İşbara Tamqan Tarxan
Bilgə İşbara Tamqan Tarxan — Göytürk şahzadəsi, şad. == Hakimiyyəti == Atasının ölümündən sonra əmisioğlu Bilgə xaqan tərəfindən şad kimi təsdiq olunmuşdu. Atasının öldürülməsinə baxmayaraq xaqana sadiq olmuş, Tan sülaləsinə axınlarda iştirak etmişdir. 719-cu ilin iyulunda vəfat etmişdir.
Xallıq İşbara Yabqu xaqan
Xallıq İşbara Yabqu xaqan (əsl adı Aşina Helu 阿史那賀魯, taxt adı İşbara xaqan 沙缽略可汗) — Nuşibilər tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Son müstəqil xaqandır. == İlk illəri == Atası Qafqaz tudunu Böri şad idi. Yabqu titulunu 633-cü ildə Nişa Tulu xaqandan almışdı. Nuşibilərin dəstəyi ilə İrbis Şekuy xaqana qarşı 646-cı ildə üsyana cəhd etmiş, lakin məğlub olub Çinə qaçmışdı. 651-ci ildən öncə isə Tan sülaləsində bir sərkərdə idi. == Xaqanlığa gəlişi == 651-ci ildə Çinə üsyan edərək xaqan olmuşdu. Xaqanlığa gəldikdən sonra İşbara Teriş xaqanın ayırdığı Nuşibi aymaklarına teginlər təyin etmişdi: Asiqi Küyü Tegin Qeşu Küye Tegin Basayqan Dunşibo Tegin Asiqi Nişu Tegin Qeşu Çoban Tegin Tulu aymaklarına isə çorlar təyin etmişdi: Çumuqun Çor Xuluvu Kyüe Çor Neşetidun Çor Tuçişi Xeloşi Çor Şunişi Çoban Çor. == Sonrakı illəri == Xaqanlığı əvvəl Tan sülaləsi ilə dost şəraitdə idarə edən xaqan getdikcə işğalçı siyasətə keçdi. 651-ci ilin payızı Çinin qərbinə — indiki Sincan və Qansuya hücuma keçdi.
İrbis İşbara Yabqu xaqan
İrbis İşbara Yabqu xaqan (əsl adı Aşina Baobu 阿史那薄布) — Göytürk xaqanı. == Hakimiyyəti == İl Külüg şadın oğlu idi. Nuşibilərin dəstəyi ilə hakimiyyətə gəlmiş, cəmi 1 il taxtda qalmasına baxmayaq Kuça, Çaç və Səmərqənd kimi əsas şəhərləri əlində saxlamışdı. 641-ci ildə öldürülmüşdür.
Əş-şaab yurid iskat'en-nizam
Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər"‎) — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi.