İşbara Yabqu (阿史那烏濕波; v. 705) — Toxaristanın ikinci yabqusu.[1]
İşbara Yabqu | |
---|---|
阿史那烏濕波 | |
Toxaristanın II yabqusu | |
645 – 705 | |
Əvvəlki | Tarduş şad |
Sonrakı | Pantu Nili yabqu |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Dəfn yeri | Künduz |
Atası | Tarduş şad |
Dini | Tenqriçilik |
Atası Tarduş şadı öldürərək hakimiyyətə gəlmişdi. Hakimiyyətə gəlişi 645-ci ildə Kuhistanda sikkə buraxılmasıyla başlamışdı. Pul zərb etdirən ilk Göytürk hökmdarıdır.[2] 653-cü ildə Çin imperatoru tərəfindən təsdiq olunmuşdur. Ərəb sərkərdəsi Abdullah ibn Amirin hücumlarına tab gətirə bilməmiş, hakimiyyəti Bədəxşanla sərhədlənmişdi. Bununla belə Əlinin xəlifəliyi dövründə Nişapur və Sistanı ələ keçirən yabqu III Yezdəgirdin oğlu III Firuzu Sasani şahı kimi hakimiyyətə gətirdi.