Cakarta şəhəri

Cakartaİndoneziyanın paytaxtı. Rəsmən "Xüsusi paytaxt dairəsi Cakarta" (ind. Daerah Khusus Ibukota Jakarta) adlanır. 1942-ci ilə qədər Cakarta şəhəri Bataviya adlanıb.

Paytaxt
Cakarta
Jakarta
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
6°12′ c. e. 106°49′ ş. u.HGYO
Ölkə  İndoneziya
Bölgə Xüsusi paytaxt dairəsi
Qubernator Anies Basvedan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1527-ci il 22 iyun
İlk məlumat 397-ci il
Əvvəlki adı Bataviya
Sahəsi 7659 km²
Mərkəzin hündürlüyü 8 m
Saat qurşağı UTC+7
Əhalisi
Əhalisi 10 374 235 nəfər (2017)
Sıxlığı 15 663 nəf./km²
Milli tərkibi

Yavalılar (35,16 %),betavilər (27,65 %),Sundalılar (15,27 %),tionqhoalar (5,53 %),bataklar (3,61 %),minanqlar (3,18 %),melayular (1,62 %);

buqis, aceh və maduralar (birlikdə 7,98 %).
Rəsmi dili İndoneziya dili
Rəqəmsal identifikatorlar
Telefon kodu (+62) 21
Poçt indeksi 1xxx0
Nəqliyyat kodu B
Digər
jakarta.go.id
Cakarta xəritədə
Cakarta
Cakarta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cakarta

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

XVI əsrdə Uzaq Şərq ölkələrinin sərvətləri arxasınca qaçan avropalılar bölgəni kəşf etməklə Cakartanın da taleyini dəyişdilər. Həmin dövrə qədər sadə liman şəhəri olan Cakartaya gələn portuqaliyalı dənizçilər yerli xalqla razılığa gələrək, başda ədviyyat olmaqla, ticarət malları üzərində imtiyaz əldə etdilər. Hər iki tərəfin də taleyini dəyişən bu anlaşma xatirə daşı ilə əbədiləşdirildi. Vaxt ötdükcə yerin altına girən bu daş 1918-ci ildə yenidən işıq üzü görərək, şəhər tarixinin önəmli rəmzlərindən birinə çevrildi.

Portuqaliyalılardan sonra İndoneziyanın milli qəhrəmanı Fatahillah tərəfindən ələ keçirilən bölgə "Böyük zəfər" mənasını verən "Jayakarta" adlanmağa başladı. Daha sonra ingilis və hollandların hakimiyyət uğrunda mübarizə səhnəsinə çevrilən Cakarta İkinci Dünya müharibəsindən sonra müstəqilliyini elan edən İndoneziyanın paytaxtına çevrilərək sabitliyə qovuşdu. Müasir Cakarta Asiyadakı ticarət yollarının kəsişməsində yerləşən təbii limanı ilə "kəşflər erası" deyilən müstəmləkəçilik dövrünün ekzotik atmosferini yeniliklərlə birləşdirən kosmopolit şəhərdir.

Müxtəlifliyin birliyi

[redaktə | mənbəni redaktə et]

Günümüzdə tarixi çəkişmələrdən kənarda qalmaqla tərəqqiyə nail olan İndoneziya Asiyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrindən biridir. İndoneziya təxminən 200 milyon əhalisi və 17 mindən çox adanı əhatə edən ərazisi ilə potensialını ortaya qoymaq üçün fürsət axtaran ölkədir. Bu sürətli inkişaf prosesi Cakartanın ümumi görünüşündə və sosial vəziyyətində hərtərəfli əksini tapıb. Paytaxt Cakartanın sahib olduğu rəngarəngliklər bir-birilə ziddiyyət təşkil etmir, əksinə, tamamlayır. 200-dən çox dildə danışılan və 300-ə yaxın etnik qrupun yaşadığı metropolun üfüqünü görünməz edən göydələnlər çox şeydən xəbər verir.

Cakarta deyəndə, təkcə biznes dünyasının mərkəzinə çevrilən bölgələrdə ofislərinə can atan rəsmi geyimli əcnəbi idarəçilər yada düşmür. Necə gəldi tikilən evlərdə yaşamaq uğrunda mübarizə aparan insanlar paytaxtın başqa bir, yəni acı mənzərəsini formalaşdırır. İndoneziyalılar bu vəziyyəti xarakterizə etmək üçün milli şüara çevirdikləri "Müxtəlifliyin birliyi" ("Bhinneka Tunggal Ika") ifadəsindən istifadə edirlər.

Cakarta sürətli inkişafın bəhrələrinə aldanmadan mədəniyyətini mühafizə etməyi bacaran şəhərdir. Xüsusilə, bölgənin yerli xalqı olan betavilər bu məsələyə həssaslıqla yanaşırlar. Situ Babakan və Kondet bölgəsində yaşayan bu insanlar ənənəvi betavi evlərində yaşamaqdan, rəngarəng libaslar və qəribə baş geyimləri geyinərək, "Topenq" rəqsini ifa etməkdən, "tanjidor" adı verilən orkestrin tilsimli nəğmələrini dinləməkdən hələ də böyük zövq alırlar.

Mədəni irsin digər dəyərli nümunəsi isə kölgə mənasını verən Vayanq kuklalarıdır. Bu kuklalar türklərin qaragöz və hacivat oyunlarına bənzəyir. Pərdənin arxasına verilən işıq fonunda hərəkət etdirilən kuklalar kölgə teatr tamaşasının aktyorlarına çevrilir.

Balıq cənnəti

[redaktə | mənbəni redaktə et]

Cakartanın kosmopolit və çoxmədəniyyətli xüsusiyyəti şəhərdə müxtəlif ərzaq məhsullarına tələbat yaradıb. Xüsusilə, biznes dairələrinin maraqlarının artması ilə birlikdə, Cakarta dünyanın fərqli mətbəxlərindən ləziz seçim imkanı verən restoran və kafelərə malikdir. Burada ənənəvi Asiya mətbəxinə uyğun olaraq, əsasən dəniz məhsullarına üstünlük verilir və ədviyyatdan bol istifadə edilir. Digər tərəfdən, Fransa, Amerika və İtaliya mətbəxinin həvəskarları da şəhərdə istədiklərini tapa bilərlər. "Rijstaffel" yeməyinin dadına baxmadan Cakartanı tərk etmək məsləhət görülmür. Hollandiyanın idarəçilik dövründən miras qalan bu yemək plovu xatırladır və yanında bəzən 30-u keçən müxtəlif qarnirlərlə təqdim edilir.

Cakartada şəhərin tarixini və təbii özəlliklərini əks etdirən bir sıra əsərlər və məkanları görmək mümkündür. Bunların ən başlıcası Milli Abidədir. Ölkənin müstəqilliyini elan etdiyi dövrdə tikilən bu 137 metrlik nəhəng daşın təpəsində 35 kiloqramlıq qızılla örtülən bir atəş fiquru gözə çarpır. İçərisində muzey olan qülləyə isə xüsusi liftlə qalxıb, ən yüksək nöqtədən şəhərin ümumi panoramına tamaşa edən və Cakartanın əhatə etdiyi ərazi barədə ümumi məlumat toplaya bilərsiniz.

Adrenalin və ekstrim axtaranlar isə səhər erkən qalxa bilsələr yollarını mütləq tarixi bölgə sayılan Sunda Kelapadan tərəf salsınlar. Səhərin erkən saatlarında balıqçıların təzə məhsullarını həyəcanla açıq şəraitdə satdıqları bu liman ölkənin önəmli su qaynaqlarından olan Silivunq çayının dənizə töküldüyü yerdə yerləşir. Şəhərin hər küncündə yerləşən dükanlarda, demək olar ki, ağla gələn istənilən dəniz məhsulunu tapmaq olar. Bura XVI əsrdən bəri qabaqcıl Asiya limanlarına üzən gəmilərin tez-tez lövbər saldıqları yerdir. Bir sözlə, şəhərin dinamikası keçmiş tarixi ilə həmahənglik təşkil edir. Cakarta- Milli Abidə

Tarix və əyləncə

[redaktə | mənbəni redaktə et]

Bölgənin sənət və tarixi əsərlərinə şahidlik etmək üçün ziyarət ediləsi ünvanlardan biri də muzeylərdir. Cakartada müxtəlif dövrlərin əsərlərini özündə birləşdirən muzeylər var. Milli Muzey mütləq ziyarət ediləsi muzeylərin siyahısında birinci yerdə gəlir. Muzeydə eramızdan əvvələ aid əşyalardan tutmuş, etnoqrafik əsərlərə qədər 100 mindən çox tarixi əsər nümayiş etdirilir. Səhər saat 8.30-da qapılarını ziyarətçilərin üzünə açan muzey bazar ertəsi və İndoneziyanın rəsmi tətil günlərində bağlı olur.

Şəhərin qədim ərazisi sayılan Kotadakı Fatahillah meydanında aralarında Cakarta Tarix Muzeyinin də olduğu irili-xırdalı bir çox muzeylər fəaliyyət göstərir. Cakarta Tarix Muzeyi bölgənin ən qədim tarixini özündə əks etdirən eksponatlarla zəngindir. Getdiyiniz zaman peşman olmayacağınız muzeylər siyahısına Dəniz Muzeyi, İncəsənət Muzeyi, Keramika Muzeyi, Antik Kitabələr Muzeyi və Kölgə Kuklaları Muzeyi də daxildir.

Mədəni fəaliyyətdən əlavə, əyləncəyə də vaxt ayırmaq istəsəniz, Cakartada müxtəlif əyləncə mərkəzləri tapa bilərsiniz. Bu sıraya içərisində nəhəng akvariumu olan və sualtı dünyanın gözəlliyini ehtiva edən Dəniz Dünyasını, dünyanın dörd bir tərəfindən gələn turistlərin xoş anlar yaşaması üçün hazırlanan lunaparkı (Fantasy World), yelkənli gəmi daxil olmaqla, su idmanı növlərində bir çox atraksionun qurulduğu "Jaya Ancol Marina"sını, cənnət-məkan sayılan "Palav Seribu"nu, təbiətin gözəlliklərini göz önünə gətirən Ragunan Zooparkını aid etmək olar.

Cakartanın inkişafı

[redaktə | mənbəni redaktə et]

Asiya pələngləri kimi xarakterizə edilən və yüksək inkişaf potensialına sahib ölkələrdən biri olan İndoneziya son illər ərzində imkanlarını praktikada həyata keçirə bilmək baxımından önəmli addımlar atır. Təbii ehtiyatlar və xüsusilə də mədən sənayesi sahəsi ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. Neft, təbii qaz, kömür, qızıl kimi təbii sərvətlər baxımından zəngin olan İndoneziya müxtəlif istehsal sahələrini də inkişaf etdirmək üçün cəhd göstərir. İndoneziya və xüsusilə paytaxt Cakarta, başda avtomobil sənayesi olmaqla, elektron cihazlar, eləcə də mətbəə sahəsində önəmli bir mərkəzə çevrilmək yolunda inamla irəliləyir. Paytaxtın liman şəhəri olması onun yük daşımalarında əhəmiyyətini artırır. Bundan başqa, İndoneziyanın əsas turist mərkəzləri sayılan Sumatra və Baliyə gedən yollar Cakartadan keçir. Hər an sürprizlərə açıq olan bu kosmopolit şəhər zəngin potensialı ilə daim turistləri təsirləndirməyi bacarır.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]