İşbara Teriş xaqan

İşbara Teriş Tunqa xaqan (əsl adı Aşina Tunqa 阿史那同俄, taxt adı İşbara Teriş xaqan 沙钵罗咥利失可汗) — Göytürk xaqanı.

Bars İşbara Teriş Tunqa xaqan
沙缽羅咥利失可汗
634 – 639
ƏvvəlkiNişa Tulu xaqan
SonrakıYükük şad
Qərb Göytürklərinin şərq xaqanı
638 – 659
Sonrakıİl Külüg şad
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Yeddisu
Atası Bağa Şad
Dini Tenqriçilik

Qardaşı Nişa Tulu xaqandan sonra taxta gəlmişdi. Hakimiyyətə gəldikdən sonra ilk işi Tan sülaləsi ilə dost əlaqələri qurmaq oldu. Nuşibilər Tulular arasındakı mübarizədən bezən xaqan 635-ci ildə onların hərəsini 5 aymaka böldü. Lakin bu yenilik güclənməkdən çox zəifləməyə apardı. Tun Tudunun başçılıq etdiyi həmin tayfalar üsyan etdi və xaqanı devirdilər. Qardaşı Böri şadla Qaraşəhərə qaçan xaqan tezliklə nuşibilərin başçısı Assık Kül-Erkin tərəfindən hakimiyyətə qaytarıldı.

İkinci hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Assık Kül-Erkinin vasitəçiliyi ilə İli çayı sülhünü imzalayan tayfalar faktiki olaraq xaqanlığı iki yerə böldülər.[1] Qərbdə Tuluların dəstəklədiyi əslən Şərqi Göytürk xaqanlığından olan İllig xaqanın oğlu Yükük şad hakimiyyətə gəldi, İşbara isə İli çayından şərqdə hakimiyyətdə qalmağa davam etdi.

659-cu ildə Tan sülaləsinin Yeddisunu işğalı nəticəsində İşbara xaqan öldürüldü.

  1. "Early Türks: Essays on history and ideology", Almaty, Daik-Press, 2002, p. 207, 209, 239, ISBN 9985-4-4152-9