Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şxun
Şxun — iki və daha artıq dor ağacı olan yelkənli gəmi. == Ümumi məlumat == Şxun ingilscə “Schonner” sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı. Sonrakı dovrdə şxun daxili yanma muhərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır.
Şüur
Şüur — psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir. == Fəlsəfədə == İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır. Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsə­­­ləsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İn­sanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı tə­si­­rinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiy­yətini ay­dınlaş­dır­maq lazım­dır. Şüur problemi çox mürəkkəb olub, yal­nız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiət­şü­na­s­­lıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiya­nın, psi­xo­­lo­gi­ya­­nın, ki­ber­neti­ka­nın, informatikanın və s.
Milli şüur
Milli şüur – milli varlığı, milli müəyyənliyi səciyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir. == Milli şüurun komponentləri == Millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. Milli şüurun daşıyıcıları təkcə elm adamları deyildir. Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. == Milli vicdan == Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli şüur ekoloji şüurlar birləşir, onun inkişafına təkan verir.
Yalançı şüur
Yalançı şüur — sinfi münasibətlərin obyektiv şəkildə müəyyən edilmiş təsvirini ifadə edən marksist konsepsiya “baş üstə”. Marksın əsərlərində “yalançı şüur” (Engels belə deyir) ifadəsi yoxdur, lakin Marks “dönüşmüş şüur ​​formalarına” və bununla əlaqədar olaraq ideologiya və əmtəə fetişizminin müvafiq anlayışlarına böyük diqqət yetirirdi. Yalançı şüur ​​termini məzlum siniflər tərəfindən ictimai münasibətlərin dərk edilməsində sistematik təhrifi ifadə edir; bu təhrif ictimai istismar, hökmranlıq və tabelik münasibətlərini gizlətmək üçün yaranır, mövcuddur və saxlanılır. == Terminin yaranması == İlk dəfə "yalançı şüur" termini Fridrix Engelsin Frans Mehrinqə yazdığı məktubda keçir. O yazırdı: İdeologiya — mütəfəkkir deyilən şəxsin şüurla olsa da, saxta şüurla həyata keçirdiyi prosesdir. Onu fəaliyyətə sövq edən əsl hərəkətverici qüvvələr ona naməlum olaraq qalır, əks halda bu, ideoloji proses olmazdı. O, özü üçün yalançı və ya zahiri hərəkətverici qüvvələr haqqında fikirlər yaradır. Söhbət düşüncə prosesindən getdiyi üçün onun həm məzmununu, həm də formasını xalis təfəkkürdən - ya özündən, ya da sələflərinin düşüncəsindən alır. O, yalnız əqli materialla məşğul olur; o, əlavə təfərrüatlara varmadan bu materialın təfəkkürlə yarandığına inanır və ümumiyyətlə, təfəkkürdən başqa, daha uzaq və müstəqil mənbəyi öyrənmir. Məsələyə bu cür yanaşma ona öz-özünə aydın görünür, çünki onun üçün hər bir hərəkət son təhlildə təfəkkür üzərində qurulmuş kimi görünür, çünki təfəkkür vasitəsilə həyata keçirilir.
Şaun Ross
Şon Ross (ing. Shaun Ross; 10 may 1991, Bronks, Nyu-York ştatı) — ABŞ model, müğənni və aktyoru. Şon Ross anadangəlmə albinos olan ilk peşəkar kişi modeli kimi moda dünyasında tanınır. Ross müxtəlif moda dizaynerləri, jurnalları və kampaniyaları ilə, o cümlədən Givenchy, Alexander Makkuin, Vogue, GQ, Neylon və başqaları ilə çalışmışdır. 2018-ci ildə o, albinizm haqqında insanları məlumatlandırmaq üçün "In My Skin" geyim dəfiləsi üçün dizayner Nina Athanasiou ilə əməkdaşlıq edir. O, həmçinin bir sıra müğənninin bir neçə videosunda, o cümlədən Beyonsenin "Pretty Hurts", Lana Del Reyin qısametrajlı "Tropico" filmində və Keti Perrinin "E. T" rolikində çəkilmişdir. Ross 2017-ci ilin noyabrında bek vokalda Lizzo ilə birlikdə debüt sinqlı olan "Simmetriya"nı buraxır. Onun 2018-ci ilin avqustunda "Chrysalis" adlı sinqlı işıq üzü görür və Los-Ancelesdə müğənni Conna Li ilə iş birliyinə başlayır. O, ilk musiqi festivalını Life Is Beautiful Musiqi və İncəsənət Festivalında What So Not musiqisi ilə çıxış edir. 2019-cu ildə LA Pride-da çıxış edir.
Kollektiv şüur
Kollektiv şüur və ya kollektiv vicdan — cəmiyyətdə ortaq inancların, ideyaların və əxlaqi münasibətlərin birləşdirici qüvvə kimi fəaliyyət göstərən məcmusu. Ümumiyyətlə, bu, konkret olaraq əxlaqi vicdana deyil, ümumi sosial normalar anlayışına aid edilir. Kollektiv şüur sayıla biləcək şeylərin müasir konsepsiyasına həmrəylik münasibətləri, memlər, qrup təfəkkürü və sürü davranışı kimi ekstremal davranışlar, həmçinin kollektiv rituallar və rəqs yığıncaqları zamanı kollektiv şəkildə paylaşılan təcrübələr daxildir. İnsanlar ayrı-ayrı fərdlər kimi mövcud olmaq əvəzinə resursları və bilikləri bölüşmək üçün dinamik qruplar kimi bir araya gəlirlər. Bu, eyni zamanda bütün cəmiyyətin oxşar dəyərləri bölüşmək üçün necə bir araya gəldiyini təsvir etmək üsulu kimi inkişaf etmişdir. Bu, həmçinin "pətək ağlı", "qrup ağlı", "kütləvi ağıl" və "sosial ağıl" adlandırılmışdır.
Süan
Şanyü Süan 85-ci ildə hakimiyyətə gəldi və taxta çıxan kimi şimala axınları sürətləndirdi. Şimallılar imperatora şikayət etsələr də cənublular məhəl qoymadan syenbilərlə birlikdə hücumları davam etdirirdilər. Hücumlardan bezən şimallı hun tayfaları olan Çubinu, Dusyu kimi 60 qəbilə cənuba kömüşdü. 88-ci ildə Süanın ölümü ilə taxta Tuntuhe keçdi.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. == Tarixi == Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Qoyun Şaun (animasiya filmi)
Qoyun Şaun — kukla multiplikasiya animasiyalı uşaq televiziya seriyasıdır. Sürünün başçısı Şaun adlı qoyundur və macəralar kiçik fermanın ətrafında baş verir. Bu animasiya filmi birinci dəfə 2007-ci ilin martında Böyük Britaniyanın CBBC kanalında yayımlanıb. Dünyada 180 ölkədə nümayiş olunub. O,hal-hazırda 107 dəqiqəlik epizoddan ibarətdir. == Personajlar == Şaun - animasiyanın baş qəhrəmanı və sürünün başçısı. Ağıllı, özünəgüvənən və dəcəlliyə meyillidir. Özünü və sürünü pis vəziyyətlərdən çıxarmaqdan çox bacarıqlıdır. Animasiyada dialoq olmadığından digər qoyunlarla mələmə dolu ilə ünsiyyət qurur və ümumən bir taxtaya diaqramlar, şəkillər çəkməklə sürüyə fikirlərini çatdırır. Bitzer ilə yaxşı dostluğu var, amma bu hərdən ona zarafatlar eləməsinə mane olmur.
Suus
"Suus" (azərb. Özünün, Şəxsi‎) — Kosovo-Alban ifaçı və bəstəkarı Rona Nişliu səsləndirməsində alban dilli folklor ballada. Mahnı musiqi mütəxəssisləri və tənqidçiləri tərəfindən müsbət rəylər alaraq, Avroviziya Mahnı Müsabiqəsinin "Həqiqi qalibləri" siyahısına daxil edilmişdir. == Mahnı == Böyük musiqiçi kütləsi tərəfindən müsbət müzakirələrə hədəf olaraq "Şah əsər" adlandırılan "Suus" hüznlü sülh əsərinin sözləri Rona Nişliu, bəstəsi isə Florent Boşnyakuya məxsusdur. Mahnının mövzusu 1999-cu ildə baş verən dəhşətli Kosova müharibəsi və bu çətin günlərdə ifaçının məruz qaldığı həqiqi acıları əks etdirir. O, sözügedən böhranlı anlarda doğma vətəni Mitrovitsanı tərk etmək məcburiyyətində qalmışdır. Mahnının sözlərində yer alan "Bu dünyada artıq mərhəmət yoxdur, hətta zamanın belə bizə ayıracaq "Zamanı" qalmayıb. Dünənlərin heç bir əhəmiyyəti yoxdur, çünki dünən mövcud ola bilməyənlər onsuzda təlatümlü dənizlərdə məhv oldular. Sabahlar da heç bir ümid gətirməyəcək. Mənə ağlamağı öyrədin!
Şüşün
Şüşün — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şüşün oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yerli məlumata görə, Kür çayının əmələ gətirdiyi lil üzərində bitən və dik qalxan söyüd va qovaq ağacları şüş, belə ağaclıq İsa şüşliik adlanır. Yaşayış məntəqəsi söyüdlük ərazisində Şüşün adlı yerdə salındığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1245 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sun
Monolitik sütun
Monolitik sütun və ya “tək fazalı sütun” (single-phase column) ənənəvi olaraq gövdəsi çox hissəli olaraq deyil, bir hissəli şəkildə istehsal olunan sütun növləri üçün istifadə olunan bir termindir. Monolitik bir sütun (və ya bir hissəli sütun), mil hissəsi şaquli hissələr əvəzinə böyük bir daş parçasından düzəldilmiş böyük bir sütundur. Daha kiçik sütunlar ümumiyyətlə tək daş hissələrindən düzəldilir, lakin daha az monolitik olaraq xarakterizə olunur, çünki bu termin normalda daha az yayılmışdır və bu şəkildə hazırlanmış daha böyük sütunlar üçün istifadə olunur. Monolitik sütunlardan istifadə etmək, karxanalarda və hərəkətdə əhəmiyyətli dərəcədə əlavə çətinliklər yaradır və eyni zamanda bir binada əzəmətin və vacibiyyətin ifadəsi kimi qəbul edilə bilər.
Qırx Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Suqun yarımadası
Suqun yarımadası (rus. Сугун) — Novosibirsk vilayəti, Tandovo gölünün şimalında yerləşən yarımada. Uzunluğu 8 km, eni 0,5 km təşkil edir. Yerli əhəmiyyətli təbiət abidəsidir. == Təbiəti == Təbiət abidəsi ərazisində meşə-çöl zonası üçün qeyri-adi olan təbii bərpa olunan şam və ağcaqayın meşələrinin fraqmentləri vardır. === Qorunan bitki növləri === Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri yayılmışdır: Stípa pennáta, ural biyanı, Paeónia anómala, Lílium mártagon. === Qorunan heyvan növləri === Yarımadada böyük xallı qartal, kərkincək qızılquş, ördəktutan qızılquş, uzunquyruq yapalaqca, Maxaon, və s. kimi canlılar yaşayır.
Suur-Munamyaqi
Suur-Munamyaqi (est. Suur Munamägi) — Estoniyada və bütövlükdə Baltikyanı ölkələrdə ən yüksək zirvədir. Hündürlüyü dəniz səviyyəsindən 318 metrdir. Estoniyanın cənub-şərq hissəsindəki Haanya təpəli yüksəkliyində yerləşir. Haanja kəndi ərazisinə daxildir. == Qüllələrin tarixi == Müxtəlif dövrlərdə dağın üstündə 5 qüllə tikilmişdir. Birincisi 1812-ci ildə inşa edildi və yerli əfsanəyə görə, hündürlüyü "gəmiləri utandırdığı" üçün dağıdılmışdır. İkinci qüllə 1870-ci ildə yerli bir restoran sahibi sayəsində ortaya çıxdı. 8 metr hündürlüyü olan qüllə əsasən meyxanaya görə yerli sakinlər arasında populyarlaşdı. Üçüncü qüllə (hündürlüyü 12 metr) eyni meyxananın binasında inşa edilmişdir.
Suyun aerasiyası
Suyun aerasiyası — həm təbii, həm də süni mühitlərdə suyun oksigenlə doyma səviyyəsinin artırılması və ya saxlanması prosesi. Bu, suyu oksigenlə zənginləşdirmək, içiləcək və texniki məqsədlə işlədiləcək suyu təmizləmə qurğularında zərərli qatışıqlardan (həll olmuş qazlar, dəmir birləşmələri və s.) təmizləmək, həmçinin bioloji təmizləmə qurğularında çirkabdakı üzvi maddələri və digər çirkləri minerallaşdıran mikroorqanizmlərin həyat fəaliyyətini təmin etmək üçün tətbiq olunur.
Suyun forması
Suyun forması (ing. The Shape of Water — azərb. "Suyun şəkli", "Suyun səsi", yaxud "Suyun pıçıltısı"‎) fantastik janrda olan, Giliermo del Torronun lentə aldığı, Eliz və "balıq-adamın" sevgisindən bəhs edən ekran əsəri. "Suyun forması" filmi "Oskar" mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı film" nominasiyasında qalib gəlib. Filmin baş rollarını Maykl Stalbarq, Maykl Şennon və Oktavia Spenser canlandırıb. == Məzmun == Filmdəki hadisələr 1962-ci ildə, SSRİ və ABŞ arasındakı soyuq müharibə dövrünə təsadüf edir. Filmin baş qəhrəmnı Elayza Espozita Baltimorda gizli hərbi laboratoriyada xadimə işləyir. İlk baxışdan adi həyat sürən Elayza uşaqlıqda aldığı zədədən sonra laldır. Onun ünsiyyətdə olduğu iki adamdan biri iş yoldaşı qaradərili Zelda və qoca qonşusu Caylsdır. Bir gün gizli laboratoriyaya tədqiqat üçün qeyri adi obyekt gətirilir.
Suyun təmizlənməsi
Suyun təmizlənməsi — su olduqca qiymətli sərvətdir. Təbii su təchizatı mənbələrindən su kəmərinə verilən suyun keyfiyyətini müəyyən edilmiş norma göstəricilərinə çatdırmaq məqsədi ilə aparılan texnoloji proseslər kompleksi suyun təmizlənməsi adlanır. == Su ehtiyatlarının özünün təmizləməsi == Su ehtiyatlarının özünün təmizlənməsi təbiət hadisələrindən biridir. Özünü təmizləmə bir çox faktorlardan (fiziki, kimyəvi və bioloji) asılıdır. Fiziki faktorlardan günəş enerjisini göstərmək olar. Günəş ultrabənövşəyi şüalarının təsiri nəticəsində zərərli mikroblar, bakteriyalar, virusların hissəciklərini məhv edir. Su ehtiyatlarına daxil olan çikləndirici maddələrin qarışdırılması, əridilməsi suyun özünü təmizləməsinin əsas fiziki faktorlarından biridir. Suyun özünü təmizləməsinin kimyəvi faktorlarına üzvi və qeyri-üzvi maddələrin oksidləşməsini göstərmək olar. Su ehtiyatların özünü təmizləməsində heyvan və bitki aləminin də rolu böyükdür. Suda yaşayan heyvanları su ehtiyatlarının sanitarı adlandırırlar və onlar suları özlərindən keçirərək təmizləyirlər.
Syun-Tszı
Syun-Tszı (çin. 荀子; ən geci e.ə. 298, Çjao – e.ə. 238) — Çin filosofu. == Fəlsəfəsi == Konfutsiliyin digər nümayəndəsi Syun-Tszının (e.ə. 298-238) təlimində isə mərkəzi xətt cəmiyyət və insan problemidir. O, iddia edirdi ki, göy, səma, təbiətin ayrılmaz bir hissəsi olan, materiyadır. Təbiətdə bütün hadisə və proseslər onun öz qanunları əsasında baş verir və dəyişir. Onun nəzərincə, insan taleyi ilahidən deyil, onun özündən asılıdır. Bundan əlavə insan aləmi dərk etmək və ondan öz xeyrinə istifadə etmək qabiliyyətinə malikdir.
Syun çayı
Syun çayı (rus. Сюнь; başq. Сөн; tatar. Сөн) – Rusiya Federasiyasından, Tatarıstan və Başqırdıstandan axan çay. == Haqqında == Ağidel çayının sol qoludur. Uzunluğu 209 kilometr təşkil edir, bunun 74 kilometri Tatarıstan ərazisindədir. Hövzəsinin sahəsi 4.500 km2 təşkil edir. Tatarıstan yerləşən əsas qolları Kalmiya, Sikiya, Terpelya, Bezyada, Başqırdıstanda yerləşən əsas qolu isə Şarandır. Çayın mənsəbində illik çöküntülərin yığılma miqdarı 120 millimetr təşkil edir. Çay 1978-ci ildən bəri Tatarıstanın milli təbiət abidəsi kimi qorunur.
Sülün Osman
Osman Ziya Sülün və ya Sülün Osman (1923, Konstantinopol – iyul 1984, Bəyoğlu) — Türkiyə dələduzu. == Həyatı == Osman Ziya Sülün 1923-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, adını məşhurlaşdıran ilk fırıldaqçılıq işini 1948-ci ildə İstanbulun Fateh rayonunda kirayə köçdüyü evin sahibinə qarşı etmişdir. Sülün 1950–1960-cı illərdəki işləri ilə şöhrət qazanan Sülün Osman tramvay, Qalata qülləsi, şəhər meydanlarındakı saatlar, şəhər xətləri və dəniz paroxodları kimi dövlət mülklərini insanlara sataraq və ya kirayə verərək məşhurlaşmışdır. Bəzi mənbələrə görə o, Qalata körpüsünü satmaq istəyərkən təsadüfən tutulur və polis nəzarətinə alınır. Buna baxmayaraq, onun 23 yanvar 1961-ci il tarixində Zeytunburnu rayonunda qumar oynadığı yerdə kumar polis tərəfindən yaxalandığı da iddia edilir. Sülün Osman 1961-ci ildə həbs olunur. O, 1962-ci ildə "Əmək ilə yaşamaq" mövzusunda bir konfrans keçirmişdir. Osman Ziya Sülün ölümü ilə bağlı dəqiq bir məlumat yoxdur. Polis təxmin edir ki, Osman Ziya Sülün 1984-cü ilin iyul ayında İstanbul şəhərinin Bəyoğlu rayonunda infarktdan vəfat etmişdir.
Çehel Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" == Tarixi == Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
İlanlı sütun
İlanlı sütun (yun. Τρικάρηνος Όφις, türk. Yılanlı Sütun) — atik dövrə aid olan, indiki İstanbulun Sultanəhməd meydanında olan bürünc abidə. Yunan-İran müharibələri zamanı, Plateya döyüşündə (B.e.ə 479-cu ildə) vəfat edən farsların silahlarından hazırlanan qurbanlıq üç ayaqlının qorunan hissəsidir. İlk əvvələr abidə Delfidə yerləşirdi. I Konstantin dönəmində Roma İmperiyasının yeni paytaxtı olan İstanbula gətirilmişdir. Başlanğıcda 8 metrlik bir sütun 3 ilan başına sahib idi. 1700-cü ildə abidə qismən məhv dağıdılır. Üç ilan başından biri İstanbul Arxeologiya Muzeyində saxlanılır. == İnşa tarixi == Plateya döyüşündən sonra fars ordularını darmadağın edən Ellinlər böyük qənimətlər əldə edirlər.
Sun-Tszı
Sun-Tszı (çin. 孙子算经; III əsr) — Çin riyaziyyatçısıdır; "Riyazi traktat" əsərinin müəllifidir; hesablama taxtasında hesab əməllər qaydasını vermiş, bir dərəcəli tənliklərin tam ədədlərdə həll üsulunu şərh etmişdir. == Həyatı == == Ədəbiyyat == Берёзкина Э. И. Математический трактат Сунь-Цзы // «Историко-математические исследования». Вып. 3. — М., 1963. Lam Lay Yong and An Tian Se. "Fleeting Footsteps", p. 4. World Scientific.
Sün Xan
Tin - türk və altay xalq inancında ruh. Tın (Dın, Din, Çin, Çin) olaraq da deyilər. İnsan varlığının mənəvi hissəsi. Mücərrəd varlıq. == Mahiyyəti == Sabit və hərəkətli iki hissəsi vardır. Sabit qisiminə Sür, hərəkətli qisiminə də Süne adı verilər. İnsan doğularkən bir quş şəklində gəlib ağızından girər və ölərkən də yenə quş qılığında çıxıb gedər. İnsan öldüyündə hərəkətli ruhu (Sür) qırx gün əvvəl, sabit ruhu (Süne) isə ölüm anında Uluqayının yarpaqları arasına gedər. Bəzi varlıqların ruhları başqa bir yerde saxlanmışdır. Məsələn "Çoğun Qulaq" (çox qulaqlı) Yelbeğenin ruhu bir pınarda üzən sarı balığın qarınındakı gümüş sandıqda saxlıdır.
Amun
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Dyun
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. == Xarakteristikası == Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Fyun
Fyon (dan. Fyn) — Danimarkanın ərazisinə daxil olan adalar arasında sahəsinə görə Zelandiya və Vensyossel-Tidən (Qrenlandiya və Disko adası istisna olaraq) sonra üçüncüdür. Sahəsi 2984,56 km² təşkil edir. 2009-cu il məlumatına görə adada 453 700 nəfər yaşayır. Sahilləri alçaqdır. Ən hündür nöqtəsi 131 metrdir. Əsas şəhəri Odansedir. Ada Kiçik Kəmər boğazı üzərində yerləşən iki körpü ilə Yutlandiya yarımadasına birləşir. Birinci körpü 1930-cu illərdə avtomobil və dəmiryolu məqsəfinə xidmət edirdi. 1970-ci illərdə ikinci körpü tikilir.
Oyun
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunları Kino "Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film. Musiqi "Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
İyun
"İyun" ilin 6-cı ayıdır. 30 gündən ibarətdir. == Etimologiyası == Romanın panteon ilahəsi sayılan "Yunona"nın adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.
Hüzn
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
RÜUA
Relslər üzərinə uzanmış adam — azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanı. Müəllif bu kitabı yazmaq üçün 2016-cı ildə Bosniya və Herseqovinaya səyahət etmişdir. Ölkənin müxtəlif şəhərlərində, həmçinin, Srebrenitsada olmuş, Srebrenitsa qətliamının qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etmiş, o hadisənin canlı şahidləri ilə görüşüb danışdıqdan sonra bu əsəri qələmə almışdır. Rövşən Abdullaoğlu eyni zamanda 2016-2018-ci illərin ən çox satılan kitabı olan “Bu Şəhərdə Kimsə Yoxdur” və digər bestseller romanların müəllifidir. Ümumilikdə yazarın bu günə kimi 27 kitabı işıq üzü görmüşdür. Bu əsərinə görə müəllif Rövşən Abdullaoğluna 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub. == Beynəlxalq uğurları == Əsər 2020-ci ildə “Readers` Favorite” beynəlxalq ədəbi tənqid qurumu tərəfindən keçirilən kitab yarışmasında “bədii ədəbiyyat/mədəniyyət” janrında qızıl medal mükafatçısı olmuşdur. “Readers’ Favorite” ədəbi qurumu tərəfindən 5 kateqoriya (estetik görünüş, süjet, inkişaf, şəkilləndirmə, oxucu tələbatı) üzrə dəyərləndirilmiş və hər birindən maksimal 5 bal toplayaraq “beş ulduz” nişanı ilə təltif olunmuşdur. “IndieReader” ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək “IR Approved” nişanı ilə təltif edilmiş və 2020-ci il sentyabr ayının “Ən yaxşı rəy almış kitablar” siyahısına daxil edilmişdir. “Kirkus” ədəbi qurumu “Relslər üzərinə uzanmış adam” romanı haqqında yüksək rəy yazaraq 1 iyul 2020 tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc etmişdir.
10 iyun
10 iyun — Qriqorian təqvimində ilin 161-ci günü. (uzun ildə 162-ci) Bu tarixdə ilin sonuna 204 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1934 — İtaliya milli futbol komandası 1934 FİFA Dünya Kubokunu qazanıb. 1967 — Altı günlük müharibə bitmişdir: İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər. 1999 — NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi bitmişdir. 2012 — Taiti milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 2005 — "Neftçi" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
11 iyun
11 iyun — Qriqorian təqvimində ilin 162-ci günü. (uzun ildə 163-cü) Bu tarixdə ilin sonuna 203 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2016 — Yeni Zelandiya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1993 — Azərbaycan və Belarus arasında diplomatik əlaqələr qurulmuşdur. 2022 — Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatını qazanmışdır.
12 iyun
12 iyun — Qriqorian təqvimində ilin 163-cü günü. (uzun ildə 164-cü) Bu tarixdə ilin sonuna 202 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1964 — Aparteid əleyhinə fəal və Afrika milli konqresinin rəhbəri Nelson Mandela CAR-da təxribat törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. 1987 — Soyuq müharibə: Brandenburq qapısında ABŞ prezidenti Ronald Reyqan açıq şəkildə Mixail Qorbaçova Berlin divarını sökməyə çağırıb. 1991 — Boris Yeltsin Rusiyanın prezidenti seçilib. 1998 — Fransa milli futbol komandası 1998 FİFA Dünya Kubokunu qazanıb. 2016 — ABŞ-nin Florida ştatındakı Orlando şəhərində "Pulse" gey gecə klubunda gülləbaran hadisəsi baş vermişdir. === Azərbaycana aid hadisələr === 1992 — Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Ağdam uğrunda döyüşlərdə iştirak edib və Goranboy əməliyyatını keçirərək Şaumyan rayonunu azad etmişdir. 2015 — Bakıda 2015 Avropa Oyunlarının açılış mərasimi keçirilmişdir.
13 iyun
13 iyun — Qriqorian təqvimində ilin 164-cü günü. (uzun ildə 165-ci) Bu tarixdə ilin sonuna 201 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 may tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1976 — İran milli futbol komandası Asiya Kubokunu qazanıb. 1983 — Pioner 10 Neptunun orbitindən kənara çıxandandan sonra, mərkəzi Günəş sistemini tərk edən ilk süni obyekt olub. 2015 — Tbilisi şəhərində daşqın baş vermişdir. === Azərbaycana aid hadisələr === 1931 — Azərbaycan Yazıçılar Birliyi təsis edilib. 1992 — Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin Əsgəran yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulmuşdur.
14 iyun
14 iyun — Qriqorian təqvimində ilin 165-ci günü. (uzun ildə 166-cı) Bu tarixdə ilin sonuna 200 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 iyun tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1158 — Münhen şəhəri Aslan Henri tərəfindən İzar çayının sahilində qurulmuşdur. === 1601–1900 === === 1901–cari === 1940 — İkinci Dünya müharibəsi: Almaniyanın Paris işğalı başlayıb. === Azərbaycana aid hadisələr === 2004 — Azərbaycan polis polkovniki Fətulla Hüseynov Bakıda yaşadığı binanın qarşısında öldürülüb.
15 iyun
15 iyun — Qriqorian təqvimində ilin 166-cı günü. (uzun ildə 167-ci) Bu tarixdə ilin sonuna 199 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 iyun tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 763 — Assuriyalılar günəş tutulmasını qeyd edirlər və bu daha sonradan Mesopotamiya tarixinin xronologiyasını düzəltmək üçün istifadə olunub. === 1601–1900 === 1667 — İnsana ilk qanköçürmə Jan-Baptist Denis tərəfindən həyata keçirilib. 1836 — Arkanzas ABŞ-nin 25-ci ştatı olub. === 1901–cari === 1954 — UEFA təsis olunub. 1977 — 1975-ci ildə diktator Fransisko Frankonun ölümündən sonra İspaniyada ilk demokratik seçkilər keçirilib. === Azərbaycana aid hadisələr === 2021 — Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanmışdır.
16 iyun
16 iyun — Qriqorian təqvimində ilin 167-ci günü. (uzun ildə 168-ci) Bu tarixdə ilin sonuna 198 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 iyun tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1963 — Sovet kosmik proqramı: Vostok 6 missiyası: Kosmonavt Valentina Tereşkova kosmosa çıxan ilk qadın oldu. === Azərbaycana aid hadisələr === 1919 — Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası arasında Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi imzalanmışdır. 1995 — Sara TV təsis edilib. 2003 — Zəngəzur Milli Parkı təsis edilib.