Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şadara
Şadara - taxılın həşəmdən təmizlənməsi üçün istifadə edilən alət. == Quruluşu == Bir üzünə tor çəkilmiş dairəvi taxtadan ibarət idi. == İstifadə == Şadaranın toru nisbətən böyük gözlü olduğundan, taxıl əvvəl şadarada, sonra isə xəlbirdə təmizlənirdi.
Ölümə qadağa
Ölümə qadağa — xüsusi ərazilərdə ölümə qoyulan hüquqi qadağa. Qadağa ölmüş insanın ailəsinə cərimə formasında tətbiq olunur. Tarixdə bu tip qadağaya e.ə. V əsrdə Yunanıstanda rast gəlinir. Müqəddəs Delos adasında dini inanclar zəminində ölümə qadağa qoyulmuşdu. Böyük Britaniyada ehtimal olunur ki, parlamentin Vestminster sarayında ölərək oranı murdarlamaq qəbul edilməzdi. Əgər bu baş verərsə kralın hesabına dəfn edilərək təmizlənmə həyata keçirilir. Müasir dövrdə bir çox yaşayış məntəqələri ölümə qadağa qanunu qəbul etmiş. Buna səbəb ərazidə qəbiristanlıq yerinin dolması olur və aidiyyatı qurumlardan bu yolla yeni ərazinin ayrılmasına nail olmaqdır. Belə qanun İspaniyanın Əndəlus vilayətinə aid olan Lanjaronvə Fransanın cənubunda yerləşən üç yaşayış məntəqəsində — Kyuno, Le-Lavandu və Sarpurans, eləcədə Norveçin Şpitsbergen adalarında yerləşən Lonqyirbyuen şəhərində güvvədədir.
Sadaa
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi (ing. : Comprehensive Nuclear-Test-Ban Treaty – CTBT), bütün nüvə sınaqlarını, istər hərbi, istərsə də, mülki məqsədlər üçün olsun hər bir halda qadağan edən çoxtərəfli müqavilədir. Müqavilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 sentyabr 1996-cı ildə qəbul edilmişdir, ancaq səkkiz dövlət müqaviləni təsdiqləmədiyi üçün qanuni qüvvəyə minməmişdir.
Sadala burnu
Sadala burnu (bolq. нос Садала, ‘Nos Sadala’ \'nos sa-'da-la\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Bransfild boğazından 500 m aralıda, Robert burnundan 2.43 km şimal-şərqdə, Batuliya burnundan 2.97 km cənub-qərbdə, Kitçen burnundan isə 4.8 km cənub-qərbdə yerləşmişdir. Burun E.ə 87-79 illərdə Frakiya hökmdarı olan Sadalanın adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009 və 2010-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Andre Luis Ladaqa
André Luiz Ladaga daha çox Andrezinho kimi tanınır (19 fevral 1975, Rio-de-Janeyro) — yarımmüdafiəçi kimi çıxış edən təqaüdçü futbolçudur . Onun son klubu Karvan olub. Braziliyada anadan olub, 2006–2008-ci illərdə Azərbaycan millisini təmsil edib. == Karyera == 2004-cü ilin yayında Andrezinyo Azərbaycan Premyer Liqasının "Bakı" klubuna keçdi. O, 2007–08 mövsümünün sonunda ayrılana qədər Bakı üçün 80 liqa oyununda iştirak edib və 6 qolun müəllifi olub. 2009-cu ilin yayında Andrezinyo Karvana qoşulub, 2010-cu ilin yanvarında ayrılmadan əvvəl 2 oyunda iştirak edib. == Beynəlxalq karyera == Andrezinyo 2006-cı ildə Azərbaycan vətəndaşlığını alıb və Azərbaycan yığmasında 2006-cı il sentyabrın 2-də Serbiya və Monteneqroya qarşı debüt edib.
Badara
Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir. == Tarixi == Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Parağa
Parağa — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən 48 km şimal-qərbdə, Ordubad-Tivi avtomobil şose yolunun kənarında, Gilançayının sol sahilində, Zəngəzur Silsiləsinin ətəyindədir.Orta məktəbi, kulubu, kitabxanası, rabitə şöbəsi var. == Əhalisi == Əhalisi 344 nəfərdir. Əhalisi bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur.
Şahağac
Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun Şahağac kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi Astara rayonunun Bursut kəndindən bir qrup əhalinin köçüb indiki Şahağac adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. == Tanınmış şəxslər == Məsudi Dövran (1937–) — Azərbaycan Yazıçılar Birliyinin Üzvü, professor, şair, Filologiya elmləri dokturu. Yaqut Babayeva — Azərbaycanlı müğənni. Şirxan Həsənzadə (2002–2023) — Futbolçu. İslam Qədirli (1999–)— Azərbaycanlı aparıcı. === Şəhidləri === Rauf Mirzəyev (1971–1993). Elşən Əjdərov (1973–1994). Davud Əsədov (1966–1994). Eldəniz Həsənov (şəhid) (1978–1998).
Şahdağ
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir. == Adının yaranması == Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi. Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.
Acırlı (Marağa)
Acırlı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Acırlı kəndistanında, Mərkəzi qəsəbəsindən cənub-şərqdədir.
Adağan (Maku)
Adağan (fars. اداغان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,043 nəfər yaşayır (198 ailə).
Ahəq (Marağa)
Ahəq (fars. ‎اهق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Bənab bölgəsinin Bənacu kəndistanında, Bənab qəsəbəsindən 14,5 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,171 nəfər yaşayır (341 ailə).
Alagəyin (Marağa)
Alagəyin — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağc bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 39,5 km cənub-şərqdədir.
Alaçıq (Marağa)
Alacıq (fars. الاچيق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 152 nəfər yaşayır (36 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 28,5 km şimal-qərbdədir.
Almaçovan (Marağa)
Almaçovan (fars. ‎‎‎الماچوان‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,274 nəfər yaşayır (212 ailə).
Alovkəndi (Marağa)
Alovkəndi (fars. ‎‎علوكندي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Xanağa
Xanağa (Ordubad) Xanağa — Quba rayonunda mineral bulaq. Xanağa — Culfa rayonu ərazisində dağ.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2023-cü ilin məlumatına görə, əhalisi 2.270.298 nəfərdir. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni məzrkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Adata
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktor Al-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Alılı (Marağa)
Alılı (fars. اللو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (5 ailə).
Axça (Marağa)
Axça — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 31,5 km cənub-şərqdədir.
Açcaməşhəd (Marağa)
Ağcaməşhəd. (fars. ‎‎‎اغچه مشهد‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 38 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 20 km cənubdadır.
Ağcadüzəc (Marağa)
Ağcadüzəc (fars. اغچه ديزج‎‎) - İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Qavdil kəndistanında, Marağa şəhərindən 31,5 km cənub-qərbdə, Miyandab-Marağa avtomobil yolunun 7,5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 343 nəfər yaşayır (61 ailə).
Ağcakəhəl (Marağa)
Ağcakəhəl (fars. ‎‎‎‎آغچه كهل‎‎) - İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 25,5 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 608 nəfər yaşayır (107 ailə).
Ağcaməşhəd (Marağa)
Ağcaməşhəd. (fars. ‎‎‎اغچه مشهد‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 38 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 20 km cənubdadır.
Ağcaoğlan (Marağa)
Ağcaoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 26 km şimal-şərqdədir.
Adagan
Adaqan
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Sadavat
Sadavat — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Sadhana
Sadhana Şivdasani (2 sentyabr 1941, Kəraçi, Britaniya Hindistanı – 25 dekabr 2015, Mumbay) — Sadhana kimi də tanınan, hind aktrisası. 1960–1981-ci illərdə kino sənayesində fəal iştirak etmişdir. Rac Xoslanın rejissoru olduğu filmlərdə sirli qadınları canlandırdığı üçün xalq arasında "Sirli Qız" kimi tanınan Şivdasani 1960-cı illərin ortalarından 1970-ci illərin əvvəllərinə qədər ölkədə ən çox qazanan aktrisalar arasında olmuşdur. Kəraçidə anadan olan Şivdasani və ailəsi Hindistanın parçalanmasından sonra üsyanlar zamanı 7 yaşında ikən Mumbaya köçmüşdür. O, uşaqlığından aktrisa olmağa can atmışdır və təhsilini Jai Hind Kollecində başa vurmuşdur. Shree 420 (1955) filmində diqqətdən kənarda qaldıqdan sonra Şivdasani rejissor Sashadhar Mukherjee tərəfindən kəşf edilmişdir və onu aktyorluq məktəbinə yazdırmış və sonradan ona "Simlada Sevgi" (1960) romantik komediyasında ilk baş rolunu vermişdir. Simlada Sevgi filminin müvəffəqiyyət qazanmasından sonra Şivdasini bir neçə filmdə, o cümlədən Parax (1960) və Əsli-Nəqli (1962), döyüş filmi Hum Dono (1961) və macəra filmi Ek Musafir Ek Haseena (1962) filmlərində özünü sübut etmişdir.
Samara
Samara (rus. Самара) — Rusiyanın Samara vilayətinin mərkəzi. Şəhər Volqanın sol sahilində yerləşir. Qala kimi 1586-da əsası qoyulmuşdur . 1935-dən 1991-ci ilə qədər şəhər Kuybışev adı daşıyırdı. Şəhərdə Rusiyanın ən uzun çay sahili və Avropada ən böyük dəmir yol vokzal binası yerləşir . Samarada İkinci dünya müharibəsi vaxtı bura paytaxı daşımaqa üçün infrastrukturu hazırlayırdılar . Əhali — 1,17 milyon insan (2011-ci il), Rusiyada əhalının sayına görə altıncı şəhərdir. Böyük iqtisadi mərkəz, nəqliyyat mərkəzi və elmi cəhətdən-maarifləndirici mərkəzdir. Əsas sənaye sahələri: maşınqayırma, neft emal etməsi və yeyinti sənayesi .
Şadgan
Şadgan — İranın Xuzistan ostanının şəhərlərindən və Şadgan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 48,642 nəfər və 8,600 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Sahara
Sahara, Səhra və ya Saxara (ərəb. صحراء‎, fr. Sahara), həmçinin Böyük Səhra — Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağları və Aralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir. Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağları və Aralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Mərakeş və Tunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MAR və Mavritaniyanın çox hissəsini, Mali, Niger, Çad və Sudanın şimal vilayətlərini əhatə 31. == Relyefi == Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır.