Badara — Azərbaycan Respublikasının Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.[2]
Badara | |
---|---|
39°55′27″ şm. e. 46°39′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 471 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı.[3]Azərbaycanda dağlıq yerlərə xas olan kicik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" deməkdir.[4]
Keçmişdə Xaçın nahiyəsində kənd olub.[5] Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir.[6][7] 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır.[8] Gürcüstanda Başeti adı ilə eynidir.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi.[9] İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Xocalı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |