Sadhana Şivdasani (2 sentyabr 1941, Kəraçi, Britaniya Hindistanı – 25 dekabr 2015[1], Mumbay) — Sadhana kimi də tanınan, hind aktrisası.
Sadhana Şivdasani | |
---|---|
ing. Sadhana | |
Doğum tarixi | 2 sentyabr 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 25 dekabr 2015[1] (74 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, kinorejissor |
Fəaliyyət illəri | 1955–1977 |
IMDb | ID0623321 |
Vikianbarda əlaqəli mediafayllar |
1960–1981-ci illərdə kino sənayesində fəal iştirak etmişdir. Rac Xoslanın rejissoru olduğu filmlərdə sirli qadınları canlandırdığı üçün xalq arasında "Sirli Qız" kimi tanınan Şivdasani 1960-cı illərin ortalarından 1970-ci illərin əvvəllərinə qədər ölkədə ən çox qazanan aktrisalar arasında olmuşdur.
Kəraçidə anadan olan Şivdasani və ailəsi Hindistanın parçalanmasından sonra üsyanlar zamanı 7 yaşında ikən Mumbaya köçmüşdür. O, uşaqlığından aktrisa olmağa can atmışdır və təhsilini Jai Hind Kollecində başa vurmuşdur. Shree 420 (1955) filmində diqqətdən kənarda qaldıqdan sonra Şivdasani rejissor Sashadhar Mukherjee tərəfindən kəşf edilmişdir və onu aktyorluq məktəbinə yazdırmış və sonradan ona "Simlada Sevgi" (1960) romantik komediyasında ilk baş rolunu vermişdir. Simlada Sevgi filminin müvəffəqiyyət qazanmasından sonra Şivdasini bir neçə filmdə, o cümlədən Parax (1960) və Əsli-Nəqli (1962), döyüş filmi Hum Dono (1961) və macəra filmi Ek Musafir Ek Haseena (1962) filmlərində özünü sübut etmişdir.