Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akt
Akt (lat. actus - təsir — fəaliyyət; lat. actum est — həyata keçirildi, baş verdi) — müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir. Akt: əməl, iş, hərəkət, hadisə; rəsmi sənəd, qeyd, protokol; hüquqi qüvvəyə malik olan, şahidlərin iştirakı ilə yazılmış, yaxud yoxlama nəticəsində müəyyən edilən bir faktın, bir hadisənin təsdiqi üçün tərtib edilmiş rəsmi sənəd, yazı, protokol və s. Məsələn, akt tərtib etmək, akta qol çəkmək, notarial aktı; müəyyən faktın qeydə alındığı protokol; müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin, vətəndaşların hərəkətləri, adətən bu cür hərəkətlər əsasında hüquqi normalara riayət edilməsi və pozulması barədə mühakimə yürüdürlər; fərman, qanun, dövlət və ya ictimai əhəmiyyəti olan qərar, hökm; tədris müəssisələrində: təntənəli yığıncaq. == Həmçinin bax == İnzibati akt Normativ hüquqi akt == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Akt və fakt (film, 1978)
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu. ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
Normativ akt
Normativ akt– 1) Tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyası ilə,qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsləkər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş rəsmi sənəddir. Normativ hüquqi aktlar qeyri-müəyyən subyekt dairəsi üçün v Və dəfələrlə tətbiq olunması üçün nəzərdə tutulub. 2)hüquqi akt – hüquq mənbələri növlərindən biri. Normativ akt hüquq normalarının müəyyənləşdirilməsi, dəyişdirilməsi, ləğv edilməsi məqsədi ilə dövlət orqanı tərəfindən verilir. Hüquqi aktlar kateqoriyasına normativ hüquqi aktlarla yanaşı normativ xarakterli hüquqi aktlar və qeyri-normativ hüquqi aktlar da daxildir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı İnformasiya Texnologiyaları, 2009, 201 s.
İnzibati akt
İnzibati akt — İnzibati orqan tərəfindən, inzibati fəaliyyət ilə əlaqədar alınan, tək tərəfli hüquqi əqd. İnzibati akt qarşı tərəfin iradəsindən asılı olmadan hüquqi nəticə yaradır. O, hüquqa uyğun və etibarlı sayılır, əks nəticə ancaq məhkəmə tərəfindən müəyyən edilə bilər.
Aralıq inzibati akt
Aralıq inzibati akt — inzibati aktların qəbulundan əvvəl anılan aktlar. İnzibati aktlar konkret hüquqi nəticə yaradan hüquqi əqdləri ifadə edir. Lakin inzibati orqanların bütün qərarları hüquqi nəticə yaratmır. Bunların bəziləri idari daxili aktlar olduğu halda, digərləri inzibati aktların qəbulundan əvvəl, onunla əlaqədar olaraq anılan aktlardır. Məhz bunlara aralıq inzibati akt deyilir.. Məsələn, rayon icra hakimiyyətinin memarlıq şöbəsi rəisinin, icra başçısına göndərdiyi təqdimat aralıq inzibati aktdır. Aralıq inzibati aktın digər tərifi: konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt.
Barmaqlama (seksual akt)
Barmaqlama ― adətən vulva (klitoris daxil olmaqla) və ya vaginanı cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan və ya əllərdən istifadə prosesi/ Barmaqlama insan anusunu cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan istifadəni də əhatə edə bilər. Barmaqlama təkbaşına (masturbasiya), cinsi partnyor tərəfindən və ya onunla müştərək formada edilə bilər. Cinsi partnyor tərəfindən vulva və ya vagina üzərində həyata keçirildikdə, bu, qarşılıqlı masturbasiya formasıdır.
Normativ hüquqi akt
Normativ hüquqi akt — səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 21 dekabr 2010-cu il tarixində qəbul edilən Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu 1.0.1-ci maddəsində Normativ hüquqi akt anlayışı aşağıdakı şəkildə göstərilir: Normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.
AKM
AKM (rus. Автомат Калашникова Модернизированный) — 1959-cu ildə sovet ordusunda AK-47-nin yerini tutan və AK ailəsinin inkişaf etdirilmiş variantı sayılan avtomat silah.
AKP
Azərbaycan Kəndli Partiyası — Azərbaycanda 1993-cü ildə əsası Feyruz Mustafayev tərəfindən qoyulmuş və 2020-ci ildə Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya. Azərbaycan Kommunist Partiyası (1920) — Azərbaycanda 1920-ci ildə əsası qoyulmuş, 1920-1991-ci illərdə Azərbaycanda iqtidar partiyası olmuş və Sovet İttifaqı Kommunist Partiyasına bağlı siyasi partiya. Azərbaycan Kommunist Partiyası (1993) — Azərbaycanda 1993-cü ildə əsası qoyulmuş solçu, kommunist siyasi partiya.(2021-ci ilədək AzKP) Albaniya Kommunist Partiyası — Albaniyanın kommunist dövründə (1945–1991) hakim və yeganə qanuni partiyası. Sonradan "Albaniya Əmək Partiyası" adlandırılmışdır. Almaniya Kommunist Partiyası — XX əsrin birinci yarısında Almaniyada mövcud olmuş siyasi partiyalardan biri. Avstraliya Kommunist Partiyası (1920) — Avstraliyada siyasi partiya. Avstraliya Kommunist Partiyası (1971) — Avstraliyada siyasi partiya. Avstriya Kommunist Partiyası — Avstriyada kommunist siyasi partiya. Ədalət və İnkişaf Partiyası — Rəcəb Tayyib Ərdoğanın lideri olduğu, 2001-ci ildən Türkiyədə iqtidar partiyası olan siyasi partiya.
AKŞ
Amerika Konfederativ Ştatları (həmçinin Konfederativ Ştatlar, Konfederasiya, AKŞ, ing. Confederate States of America, The Confederacy, CSA) — de-fakto müstəqil, tanınmamış dövlət. 1861–1865-ci illərdə ABŞ-nin quldarlıq tərəfdarı olan 11 cənub ştatının ABŞ-nin tərkibindən çıxdıqlarını elan edərək (sesessiya) yeni dövlətdə birləşmələri nəticəsində yaranmışdır. Həmin illəri əhatə edən vətəndaş müharibəsi nəticəsində məğlub olan Konfederativ Ştatların ərazisi ABŞ tərəfindən ələ keçirilərək 10 ildən artıq davam edən Cənubun rekonstruksiyası prosesindən sonra təkrarən ABŞ-nin tərkibinə qatılmışdır. == Tarixi == === Yaranması === Amerika Konfederativ Ştatları 1860-cı il prezident seçkilərində quldarlığın qatı əleyhdarı Avraam Linkolnun ABŞ prezidenti seçilməsinin təsdiqlənməsindən dərhal sonra, yəni 4 fevral 1861-ci ildə 6 cənub ştatı (Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya və Luiziana) tərəfindən elan olunmuşdur. Bu 6 ştat və martın 2-də onlara qoşulan Texas ABŞ-nin tərkibindən çıxdıqlarını və 1787-ci il Konstitusiyası ilə federal hökumətə həvalə edilən hüquqların ştatların öhdəsinə geri qaytarıldığını elan etdilər. Bu hüquqlara ştatların ərazisindəki hərbi obyektlər, limanlar və gömrüklər üzərində nəzarət, vergi və rüsumların yığılması daxil idi. AKŞ-nin yaranmasından bir ay sonra, martın 4-də ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln səlahiyyətlərinin icrasına başladı. Öz inauqurasiya çıxışında o, sesessiyanı hüquqi cəhətdən əsassız adlandırdı və cənub ştatlarına qarşı hərbi əməliyyatlara başlanmayacağını, lakin federal mülkiyyətin qorunması və vergi yığımı üzərindəki nəzarətin qorunması üçün güc tətbiq edilə biləcəyini bildirdi. 12 aprel 1861-ci ildə Cənubi Karolina ştatının qoşunları general Pyer Boreqarın rəhbərliyi altında ştatın ərazisindəki Çarlston limanında yerləşən Samter hərbi istehkamını bombalayaraq, buradakı qarnizonu təslim olmağa məcbur etdi.
ANT
Ant
APT
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində (məsələn: Ubuntu, Kubuntu, Edubuntu və sair) proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. UNIX-tipli əməliyyat sistemləri üçün komplir olunmuş paketlərlə bərabər, mənbə kodları ilə də kökləmək olur. Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir. apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir). GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır. == İmkanlar == Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir.
Aki
Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir. Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir. Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu. Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir. Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.
Akr
Akr (ing. acre) — sahə ölçüsü. İngilis ölçü sisteminin qəbul etmiş Birləşmiş Krallıq, ABŞ, Kanada, Avstraliya və s. ölkələrdə işlədilir. Əvvəllər akr bir gündə bir cüt öküzlə şumlanan sahə götürülürdü. 1 akr 4,040.86 m2-a bərabərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Акр // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Aktu
Alt
Alt (/viˈoʊlə/, vee-OH-lə, həmçinin brit. /vaɪˈoʊlə/, vy-OH-lə, , ing. və it. viola, fr. alto, alm. Bratsche‎) — skripkadan bir az böyük simli musiqi aləti. Skripkadan böyük olduğu üçün daha aşağı registrdə səslənir. Alt yayla çalınan mövcud simli alətlər arasında ən qədimi sayılır. XV–XVI əsrlərdə yarandığı ehtimal edilir. == İstinadlar == == Ədəbiyyat == ВТ-ЭСБЕ. Альт, музыкальный инструмент.
Fakt
Fakt (lat. factum — "baş vermiş", "olmuş") — reallığın təsdiq forması. Fakt anlayışı müxtəlif elmlərdə insan fəliyyətinə uyğun olaraq müxtəlif formalarda qəbul edilir. Cəmiyyətdə "fakt" dedikdə "həqiqət"in bir hissəsi başa düşülür. Faktların qəbuluna bəzən konkret şərait və psixologiya təsir edir. İnsanlar bir qayda olaraq gördüklərini fakt kimi qəbul edirlər. Elmi fakt – nəticə çıxarmaq və təsdiq etmək üçün əsas olan hadisə. Elmi biliyin əsasını təşkil edən element. Ancaq bununla belə insanın qəbul etdiyi "modelə" sığışmayan reallıqlar situasiyadan asılı olaraq istər-istəməz fakt kimi diqqəti cəlb edə bilər. == İstinadlar == == Həmçinin bax == Reallıq == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Pakt
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
İKT
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) — vahid kommunikasiya və telekommunikasiya (telefon xətləri və simsiz siqnallar) və kompüterlərin inteqrasiyasının rolunu vurğulayan informasiya texnologiyaları (İT), eləcə də istifadəçilərə əldə etmək, saxlamaq, ötürmək, anlamaq və manipulyasiya etmək imkanı verən zəruri korporativ proqram təminatı, aralıq proqram, yaddaş və audiovizual üçün genişləndirilmiş termin. İKT audiovizualların və telefon şəbəkələrinin vahid kabel və ya keçid sistemi vasitəsilə kompüter şəbəkələri ilə konvergensiyasına istinad etmək üçün də istifadə olunur. Telefon şəbəkələrini kabelləşdirmə, siqnal paylama və idarəetmənin tək vahid sistemindən istifadə edərək kompüter şəbəkəsi sistemi ilə birləşdirmək üçün böyük iqtisadi stimullar mövcuddur. İKT radio, televiziya, mobil telefonlar, kompüter və şəbəkə avadanlığı, peyk sistemləri və s., eləcə də onlarla birlikdə videokonfrans və distant təhsil kimi müxtəlif xidmətlər və cihazları əhatə edən hər hansı kommunikasiya cihazını əhatə edən ümumi termindir. İKT həm də analoq texnologiyanı və kommunikasiyanı ötürən istənilən rejimi əhatə edir. İKT geniş mövzudur və onun konsepsiyaları daim inkişaf edir. O, məlumatları rəqəmsal formada elektron şəkildə saxlayan, əldə edən, manipulyasiya edən, ötürən və ya qəbul edən istənilən məhsulu əhatə edir. "İnformasiya Əsri üçün Bacarıqlar Çərçivəsi" XXI əsrdə İKT mütəxəssisləri üçün səriştələrin təsviri və idarə edilməsi üçün bir çox modellərdən biridir. == Etimologiyası == "İnformasiya və kommunikasiya texnologiyaları" ifadəsi 1980-ci illərdən akademik tədqiqatçılar tərəfindən istifadə olunur. "İKT" abbreviaturası 1997-ci ildə Dennis Stivenson tərəfindən Böyük Britaniya hökumətinə təqdim edilən hesabatda, daha sonra 2000-ci ildə İngiltərə, Uels və Şimali İrlandiya üçün yenidən işlənmiş Milli Kurikulumda istifadə edildikdən sonra populyarlaşıb.
Yalan illüziyası: İkinci akt
Yalan illüziyası: İkinci akt — 2016 Amerikan sehrli oğurluq triller filmi. Rejissoru Con Çu, ssenaristi Ed Solomon olmuşdur. Rollarda Mark Ruffalo, Cessi Ayzenberq, Vudi Harrelson, Deyv Franko, Deniel Redklif, Lizzi Keplan, Cey Çu, Sana Lazan, Maykl Çeyn və Morqan Friman olmuşdur.
AKP (dəqiqləşdirmə)
Azərbaycan Kəndli Partiyası — Azərbaycanda 1993-cü ildə əsası Feyruz Mustafayev tərəfindən qoyulmuş və 2020-ci ildə Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya. Azərbaycan Kommunist Partiyası (1920) — Azərbaycanda 1920-ci ildə əsası qoyulmuş, 1920-1991-ci illərdə Azərbaycanda iqtidar partiyası olmuş və Sovet İttifaqı Kommunist Partiyasına bağlı siyasi partiya. Azərbaycan Kommunist Partiyası (1993) — Azərbaycanda 1993-cü ildə əsası qoyulmuş solçu, kommunist siyasi partiya.(2021-ci ilədək AzKP) Albaniya Kommunist Partiyası — Albaniyanın kommunist dövründə (1945–1991) hakim və yeganə qanuni partiyası. Sonradan "Albaniya Əmək Partiyası" adlandırılmışdır. Almaniya Kommunist Partiyası — XX əsrin birinci yarısında Almaniyada mövcud olmuş siyasi partiyalardan biri. Avstraliya Kommunist Partiyası (1920) — Avstraliyada siyasi partiya. Avstraliya Kommunist Partiyası (1971) — Avstraliyada siyasi partiya. Avstriya Kommunist Partiyası — Avstriyada kommunist siyasi partiya. Ədalət və İnkişaf Partiyası — Rəcəb Tayyib Ərdoğanın lideri olduğu, 2001-ci ildən Türkiyədə iqtidar partiyası olan siyasi partiya.
AKS-74U
AKS-74U - AK avtomatlar ailəsinin üzvü. AK-74 ün qısaldılmış variantı. Aviatexnika, zirehli texnika ekipajı artilleriyaçılar və desantçılar üçün nəzərdə tutulub == Variantlar == AKS-74UN2 (“gecə üçün”) - qaranlıqda görmək üçün nəzərdə tutulmuş nişangah ilə variant. AKS-74UB (“səssiz”) - Xüsusi qüvvələr üçün nəzərdə tutulmuş variant == Xüsusiyyətləri == Tarixi - Avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır. 1946-cı ildə ö öz konstruksiyasını nümayiş etdirir. Bu avtomat sınaqlardan keçərək yaxşı nəticələr göstərir. 1947-ci ildə orduda tətbiqi təklif olunur. Orduda sınaqdan keçdikdən sonra Kalaşnikov avtomatı 1948-ci ildə silahlı qüvvələrə götürülür. AKS-U 1970-ci illərin axırı, 1980-ci illərin əvvəllərində istehsal edilərək, modelləşdirilib silahlı qüvvələrin ixtiyarına verilmişdir.
ANT-35
ANT-35 — 1930-cu illərin ortalarında Tupolev Dizayn Bürosunda yüksək sürətli sərnişin təyyarəsi. Dizayn edərkən aviasiya elminin son nailiyyətlərindən istifadə edilmişdir. O dövr üçün ən inkişaf etmiş naviqasiya və rabitə avadanlığı ilə təchiz olunmuşdur. Bu, öz sinfində dünyanın ən sürətli təyyarələrindən biri idi. 1944-cü ilə qədər işlədilib. Cəmi 11 təyyarə istehsal edildi. == Tarixi == Tupolev Dizayn Bürosunda, 10 sərnişin üçün əkiz mühərrikli bir sərnişin təyyarəsinin planlaşdırılmamış inkişafı hazırlanmışdır. 1934-cü ilin mayında Aviasiya Aviasiya Elmi-Texniki Cəmiyyəti Aviavnito və qəzet Za rulyom yüksək sürətli nəqliyyat təyyarəsi üçün bir yarışma elan etdi. Texniki tələblərə əsasən, uçuş sürəti 400–450 km / saat, aralığı 1250–1500 km, tavanı 7500 m olan, 5-12 sərnişini baqajla daşıya bilən bir təyyarənin yaradılması planlaşdırılırdı. Müsabiqədə onlarla layihə iştirak etdi, lakin onlardan heç biri həyata keçirilmədi.
ANT Group
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
Аdi yumаqоtu
Аdi аtşаbаlıdı
АМГ-10 aviasiya yağı
Barnaul-Т
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Аş-Şаmiyyə
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. == Xarici keçidlər == Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».