Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu səhifənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
ANT Group — Bakıda, Azərbaycanda yerləşən özəl investisiya şirkətidir. ANT İnşaat Azərbaycan bazarında 2002-ci ildən fəaliyyət göstərir. Azərbaycan tikinti bazarının ən böyük şirkətlərindən biridir. Şirkətin əsası Azad İbrahimov tərəfindən qoyulub.
ANT Group | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | MMC |
Sənaye |
Tikinti İstehsalat |
Məhsulları |
Daşınmaz əmlak Tikinti məhsulları |
Təsis tarixi | 2002 |
Rəhbərlik | |
Rəhbərlik | Azad İbrahimov |
ant.az |
ANT Construction kiçik tikintidən tutmuş çoxfunksiyalı komplekslərin inşasında təcrübəyə malikdirlər.Şirkət "Premium", "Business", "Standart" və "Econom" kateqoriyalı binaların tikintisi sahəsində fəaliyyət göstərir. ANT Construction həmçinin bir çox dövlət əhəmiyyətli binaların tikintisi ilədə məşğuldur. Şirkət Azərbaycan Ədliyyə Nazirliyi,Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi,Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və digər bir çox dövlət qurumları ilə bu sahədə sıx əməkdaşlıq edir.
"ANT" şirkətlər qrupunun tərkibinə daxil olan ANT Beton zavodu Azərbaycan beton əmtəə bazarında böyük əhəmiyyətə malikdir. Şirkətin balansında həm də mobil beton zavod fəaliyyət göstərir. ANT Beton Azərbaycanın bir çox tikinti firmaları ilə əməkdaşlıq edir.
ANT Texservis tikinti və kommunal təsərrüfat sferasında fəaliyyət göstərir. ANT Texservisin balansında son məlumatlara əsasən 100 adda müxtəlif texnikalar mövcüddur.
Hal-hazırda şirkət Azərbaycandan kənarda – Rusiya, Liviya, Ukrayna, Səudiyyə Ərəbistan və Moldoviya Respublikasında da öz fəaliyyətini genişləndirir.