Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsir
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Altın Asır
Altın Asır futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Aşir Atlı
Aşir Atlı (türk. Aşir Atlı) (1881 – 23 oktyabr 1957, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Həyatı == 1864-cü ildə Böyük çərkəz sürgünü zamanı daha əvvəl Balkanlara, sonra isə Anadoluya köçən adıgeylər ailəsinə məxsus olan Mehmet bəyin oğlu idi. 1903-cü ildə hərbi məktəbi, 1906-cı ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Birinci Dünya müharibəsində İraq cəbhəsində müxtəlif komandirliklərdə rəhbərlik etmişdi. == Hərbi fəaliyyəti == 27 iyun 1918-ci ildə 2-ci tümən, 23 dekabr 1919-cu ildə 16-cı tümən və 1921-ci ilin avqustunda 16-cı bölmə komandirliyinə təyin edildi. 23-cü bölməyə komandirlik etdiri müddətdə İzmir Şərq Cəbhəsi Milli Qüvvələrinə komandirlik etdi. Bu cəbhədə birlikdə döyüşdüyü Kuva-yi Seyyarenin Marmara və Anadoludakı üsyanları yatırmağa göndərilməsi səbəbilə Kuva-yi Seyyarenin komandiri Çərkəz Ethəmin ilə onun arasında bəzi anlaşılmazlıqlar oldu. Yunanıstanın hücumundan və irəliləməsindən sonra və çərkəz mənşəli olduğundan Bursalıların yıxılmasından general-mayor Bəkir Sami bəy ilə birlikdə Bursanın yunanların əlinə keçməsində cavabdeh oldu. Lakin onun xidmətlərini bilən və təqdir edən Mustafa Kamal Paşanın məsələyə müdaxilə etməsi və Türkiyə Böyük Millət Məclisində onları müdafiə etməsi səbəbilə arxa cəbhədə Antalya Valiliği və Region Komandirliyinə təyin edildi.
İbn Əsir
Əbülhəsən Əli bin Muhamməd bin Muhamməd bin Abdurkərim əş-Şəbəbəni əl-Cəzri Əbu əl-Fəth İzzəddin və ya İzzəddin İbn əl-Əsir (12 may 1160, Cəzirət Ömər – 1233, Bağdad) — Kürd və Ərəb əsilli İslam tarixçisi. == Həyatı == Əbülhəsən Əli bin Məhəmməd 1160-cı ildə İraqda Cəzirət Ömərdə anadan olmuş, gəncliyi Mavsid şəhərində keçmişdir. Suriya və Fələstində təhsil almışdır. Həyatı Səlib müharibəsi illərinə təsadüf etmiş və bir çox döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddinin Əyyubinin yaxın adamı kimi bir sıra diplomatik missiyaları yerinə yetirmişdir. Bu səfərlər zamanı da gələcək əsərləri üçün külli miqdarda məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsidə qayıdıb, əsərlərini yazmağa başlamış və bütün ərəb aləmində şöhrət qazanmışdır. İbn əl-Əsirin "Kitab əl-lübab" əsəri 1835-ci ildə Gettingendə «Specimen al-Lobabi, sive Genealogiarum» adı altında nəşr olunmuşdur. Ən böyük və ən qiymətli əsəri "Əl kamil fi-t tarix" (Mükəmməl tarix) qədim dövrlərdən 1231-ci ilə qədərki hadisələri əhatə edir. Bu əsərin ən qiymətli hissələri Azərbaycanla bağlı səhifələrdir.
Əsir (şəhər)
Əsir — İranın Fars ostanının Möhr şəhristanının Əsir bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,181 nəfər və 465 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Əsir mübadiləsi
Əsir mübadiləsi — əsirləri – hərbi əsirlər, casuslar, girovlar və s. azad etmək üçün qarşıdurmada olan tərəflər arasında sövdələşmə. Bəzən cəsədlər mübadilənin bir hissəsi olurlar. == Cenevrə Konvensiyaları == Cenevrə Konvensiyalarına əsasən, xəstəlik və ya əlillik səbəbindən müharibə səylərinə töhfə verə bilməyən məhbuslar öz ölkələrinə geri qaytarılmaq hüququna malikdirlər. Bu, belə təsirə məruz qalan əsirlərindən sayından asılı olmayaraq qüvvədədir. Əsir götürən dövlət həqiqi tələbi rədd edə bilməz. 1929-cu il Cenevrə Konvensiyasına əsasən, bu, 68–74-cü maddələr və əlavə mətn ilə əhatə olunur. Ən böyük mübadilə proqramlarından biri Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən İkinci Dünya müharibəsi zamanı bu şərtlər altında həyata keçirilirmişdir. 1949-cu il Üçüncü Cenevrə Konvensiyasına əsasən, bu, 109–117-ci maddələrlə əhatə olunur.
Kinq (şir)
Kinq (azərb. Kral‎; d. 1967, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 25 iyul 1973, Moskva, Rusiya SFSR, SSRİ) – Azərbaycan SSR-də Bərbərovlar ailəsi tərəfindən saxlanılan erkək şir. Kinq müxtəlif filmlərdə də çəkilmişdir: "İtalyanların Rusiyada ağlasığmaz macəraları", "Qız, oğlan və şir", "Şir evdən getdi". Sakit təbiəti və itaətkarlığı ilə seçilən Kinq 1974-cü ildə Moskvada yaratdığı panika zamanı öldürülmüşdü. == İlk illəri == Bakıdakı mənzillərində vəhşi heyvanlar, şir və puma saxlayan Bərbərovlar ailəsi bu qeyri-adi hobbilərinə görə o zamanlar bütün SSRİ-də məşhur idi. Bərbərovlar ailəsində ilk şir təsadüf nəticəsində peyda olmuşdu. Nina Bərbərova qızı Yeva ilə Bakı zooparkında gəzərkən təsadüfən xəstə və anası tərəfindən atılmış şir balasını görür. Qızı Yevanın istəyi ilə Nona Bərbərova ailənin başçısı, ixtisasca memar olan Lev Lvoviç Bərbərovdan həmin şir balasını evə götürməyi xahiş edir.
Qızıl Şir
Qızıl Şir (it. Leone d'Oro) — Venesiya Film Festivalında 1949-cu ildən etibarən ən yaxşı filmlərə verilən mükafat. Hazırda film sənayesində təqdim edilən ən nüfuzlu mükafatlardan biridir.
Sir (Urmiya)
Sir (fars. سير‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (32 ailə).
Sir Chloe
Sir Chloe — Vermontdan olan amerikan indi-rok qrupu. Üzvləri Dana Fut, Teddi O'Miara, Palmer Fut və Ostin Holmsdur. Qrupun, "Michelle" mahnısı TikTok sosial şəbəkəsində viral olduqdan sonra geniş populyarlıq qazandı.
Sir Halevin
"Flamand əfsanələri" toplusuna daxil olan dörd əfsanədən biridir. "Sir Halevin" novellasının mövzusunu Şarl de Koster bir flamand xalq balladasından götürmüşdür. Qadın qatili Halevin haqqında xalq nəğmələri hələ qədim dövrlərdən başlayaraq xalq arasında çox geniş yayılmışdı və bu mövzu bu gün də Belçikada populyardır. Bu mövzuya əsasən müasir dramaturqlar müraciət edirlər. Bu novella topluya daxil olan ən iri həcmli əsərdir. Novellanın baş qəhrəmanı qəddar bir feodaldır. O, tabeliyində olan kəndliləri qarət edir, onların qızlarını məhv edir, azad şəhərlilərin hüquqlarını tapdalayır. Mehtelt adlı bir gözəl qız onu qətlə yetirir və ölkəni bəladan qurtarır.
Sir nahiyəsi
Sir — Qafqaz Albaniyası ərazisində qədim şəhər və nahiyə. == Tarixi == Qədim-qayım Qarabağın tarixi mahallarından biri də Sirdir. Tarix boyu Ermənistanın sərhədləri içərisinə daxil olmamış bu ərazini erməni saxtakarları özününküləşdirirlər. Dərsliklərinə, "Tarix" kitablarına salıblar. Gəlin tarixə nəzər salaq. Qədim Alban (Aran) tarixçisi M. Kalankatuklu yazır ki, Sir Albaniyanın ərazisindədir. Hətta buranı şəhər kimi təqdim edir. O yazır: "Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlamətdar hadisə və möcüzələr baş vermişdi. M. Kalankatuklu kitabının 17 fəslində Sirdən vilayət kimi bəhs edir: "Elə həmin ildə beyləqanlılar (pavlikilər-Ə. Ç.) gəldilər və Sünik, Tsri (Sir-Ə. Ç.) və Amaras vilayətlərini talan etdilər". Sir şəhərini və vilayətini erməni müəllifləri Tsri kimi qeyd edirlər.
Vir (rayon)
Vir (fr. Vire) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kalvados. Suprefektura — Vir-Normandi. Rayon əhalisi 2014-cı ildə 73 617 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 61 nəf / km². Rayon sahəsi — 1212 km².
Vir clarissimus
Vir clarissimus — (azərb. ən şərəfli kişi, ər‎ və ya azərb. klarissim‎) — sonrakı dövr Roma İmperiyasında və ilkin Bizans İmperiyasında ən yüksək senatr titulu (IV - VI əsrlər).
Vir illustris
Vir illustris (azərb. şöhrətli kişi, ər‎ və ya azərb. illusriy‎) — sonrakı dövr Roma İmperiyasında və ilkin Bizans İmperiyasında ən yüksək senatr titulu.
Vir perfectissimus
Vir perfectissimus (azərb. ən mükəmməl ər‎) — son Roma imperiyası dövrünə aid titul.
Vir spectabilis
Vir spectabilis (azərb. ləyaqətli kişi, ər‎, azərb. layiqli ər‎ və ya rus. spektabil) — sonrakı dövr Roma İmperiyasında və ilkin Bizans İmperiyasında ən yüksək senatr titulu (IV - VI əsrlər).
Şir (astrologiya)
Şir (♌︎) (yun. Λέων) — Zodiakın beşinci bürcü. Şir bürcünə aiddir və Xərçəngdən sonra və Qızdan əvvəl gəlir. Ənənəvi Qərb bürcü, Şiri 23 iyul — 22 avqust arasındakı dövrlə əlaqələndirir. Fəza koordinat sisteminin 120 ilə 150 dərəcəsini əhatə edir. Şir atəşlə əlaqələndirilir və modalı sabitdir. Tropik bürc altında Günəş bu bölgəni hər il orta hesabla 23 iyul — 22 avqust tarixləri arasında keçir. Sidereal bürc altında isə təxminən 16 avqust — 15 sentyabr arasında keçir. Şir bürcü mifoloji Nemey şiri ilə əlaqələndirilir. Şirin əks işarəsi Dolçadır.
Şir (bürc)
Şir (lat. Leo) — zodiakal bürc.
Şir (dəqiqləşdirmə)
Şir — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Şir (bürc) (lat. Leo) — zodiakal bürc. Şir (astrologiya) — Zodiakın beşinci bürcü.
Şir Ürəklilər
Şir Ürəklilər (ing. Sherdils) — Pakistan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1972-ci 17 avqust tarixində qurulmuşdur. 2010-cu ilə qədər Cessna T-37 Tweet təyyarələri istifadə olunub. Hal-hazırda Hongdu JL-8 təyyarələri istifadə olunur.
Altın Asır FK
Altın Asır futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Feterston əsir düşərgəsi
Feterston əsir düşərgəsi (ing. Featherston prisoner of war camp) – İkinci dünya müharibəsi zamanı əsir düşən yapon əsgərlər üçün Yeni Zelandiyanın Feterston qəsəbəsində yaradılmış əsir düşərgəsi. Burada 800-dən yapon əsir saxlanılmışdır. Onların çoxu Cənubi Sakit okeanda əsir düşən yapon əsgərlər idi. Əsir düşərgəsi 1943-cü ildə baş vermiş Feterston insidentinə görə tanınır. Yaponlarla mühafizəçilər arasında baş verən qarşıdurma zamanı mühafizəçilər əsirlərə atəş açmış, nəticədə, 48 yapon ölmüşdür. == Tarixi == Feterston əsir düşərgəsi 1942-ci ilin sentyabrında ABŞ ordusunun tələbi ilə Feterston qəsəbəsində yaradılmış və yapon əsirlər üçün nəzərdə tutulmuşdur. 1942–43-cü illərdə Yeni Zelandiya hökuməti Quadalkanaldan 868 yapon əsir qəbul etmişdir. Onlar Feterston əsir düşərgəsinə gətirilmiş və burada alaqlama, əkinçilik, mebel hazırlama kimi işlərdə işlədilmişdirlər. Bir çoxu öz taleləri ilə barışsa da, bəzi əsirlər intihar etməyə cəhd etmişdirlər.
Solovki Əsir Düşərgəsi
Solovki əsir düşərgəsi - Düşərgə 1923 cü ildə təşkil olunmuşdur. Azərbaycanın bir çox görkəmli şəxsiyyəti bura sürgün olunmuş və burda ölmüşdür. Buraya siyasi cəhətdən etibarsız, məsələn, Opal Aversky Palitsın və ya Dekabristlərə rəğbət bəsləyən Pavel Hannibal və başqaları da sürgün edilmişdi. 1718-ci ildə açılan Solovetski monastır həbsxanası təxminən 200 il mövcud oldu və 1903-cü ildə bağlandı..
Əmir Xosrov xan Qasımlı-Avşar
Əmir Xosrov xan Qasımlı-Avşar (1919-1999) — İran diplomatı, Xarici işlər vəziri. == Həyatı == Əmir Xosrov xan Ələkbər xan oğlu 1919-cu ildə Tehran şəhərində doğulmuşdu. Anası Mirzə Rza Mustovfinin qızı idi. O, Tehran şəhərində orta təhsilini tamamlayandan sonra Avropaya yollandı. Cenevrə Universitetində sosial elmlər fakültəsində ali təhsil aldı. 1942-ci ildə İrana döndü. İran Xarici İşlər nazirliyində çalışmağa başladı. Əmir Xosrov xan Qasımlı-Avşar İranın AFR-də və Fransada səfirləri olmuşdu. Əmir Xosrov xan Qasımlı-Avşar 27 avqust 1978-ci ildən 1979-cu ilədək İranın Xarici İşlər vəziri olmuşdu. == Ailəsi == == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Məşhur avşarlar, Bakı, "Mütərcim", 2014, 324 səh.