Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gazania
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Qaraisa
Qaraisa - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. == Əhalisi == Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ilin sonlarında İlməzli sovetliyinə tabe edilmişdir.
Qazaxca
Qazaxca ya da Qazax Türkcəsi (qaz. Қазақша, қазақ тілі / Qazaqşa, qazaq tili, قازاقشا، قازاق تىلى ) — türk dilləri ailəsinin qıpçaq qoluna aid dil, Qazaxıstan Respublikasının rəsmi dili və qazax xalqının doğma dili. Quruluş və tələffüz baxımından qaraqalpaq, noqay, və qırğız dillərini qazaxcaya ən yaxın olan türk dilləri olaraq hesab etmək olar. == Yayılma arealı == Əsasən Qazaxıstan ərazisində, Monqolustanın qərbindəki Bayan-Ölgii aymağında (qazaxca "Bayölke", yəni "Bayölkə / Bəyölkə; varlı, bərəkətli diyar" deməkdir) və az sayda digər aymaqlarda, qismən olaraq Rusiyanın qazaxlar yaşayan bəzi sərhədyanı bölgələrində (Həştərxan vilayəti, Orenburq vilayəti, Altay Respublikasının cənubundakı Koş-Aqaç / Koş-Aqaş (yəni "Qoşaağac") rayonunda), Çinin qərbindəki Şincan Uyğur Muxtar əyalətinin şimalındakı Yili / İli Qazax Muxtar dairəsində (xüsusilə onun Taçenq / Tarbağatay və Altay dairələrində), Hami / Qumul dairəsinin Balıkun / Barköl Qazax Muxtar rayonu, Çanqji (uyğurca "Sanci", lakin böyük ehtimalla təmiz çincə toponimdir) Hui Muxtar dairəsinin Mulei / Mori Qazax Muxtar dairəsində, və həmçinin Qansu əyalətinin Ciutsuan şəhəri / Sucau bölgəsinə bağlı Akesai / Aqsay (yəni "Ağçay") Qazax Muxtar dairəsində geniş yayılmışdır.
Bacasia
Barnadeziya (lat. Barnadesia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Bacasia Ruiz & Pav. Diacantha Less. Penthea Spach Rhodactinea Gardner Xenophontia Vell.
Qazaka
Qazaka — Azərbaycanın ən qədim şəhərlərindən biri, Atropatena hökmdarlarının yay iqamətgahı, Atropatena dövlətinin paytaxtı, Azərbaycanda, eləcə də bütün Şərq zərdüştiliyin əsas ibadətgahlarından, böyük mədəniyyət mərkəzlərindən biri, zəngin şəhər olmuşdur. == Etimologiyası == Şəhərin adı qədim yunan dilli mənbələrdə Qazaka kimi qeyd edilir. Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. "Şiz" və ya "şiçikan" sözünə pəhləvi dilli mənbələrdə tez-tez rast gəlmək olur. Pəhləvi dilində bu söz xəzinə və yaxud ləl-cəvahirat saxlanan yer anlamında işlədilirdi. Erməni dilli mənbələrdə "Qandzak" və ya "Kandzak" formasında verilmiş bu ad ərəblərdə "Cənzə", farslarda isə Gəncə formasında işlədilmişdir. Məhz buna dayanan İran alimləri şəhərin adını fars dilləri vasitəsiylə izah etməyə çalışırlar. Qiyasəddin Qeybullayevin saklar haqqındakı araşdırmaları zamanı bəlli olmuşdur ki, həm Qazaka (Gəncək), həm də Şimali Azərbaycandakı Gəncə şəhəri sakların məskunlaşdığı ərazidə yaranıb formalaşmış, hətta Şimali Azərbaycandakı Gəncə şəhəri uzun müddət Sak çarlığının siyasi mərkəzi – paytaxtı olmuşdur. Həmçinin Orta Asiyada da sakların məskunlaşdığı yerdə Gəncə sözü ilə bağlı bir neçə toponim, oronim və etnonim olmuş, onlardan bəziləri günümüzə qədər çatmışdır. Q.Qeybullayev Şimali Azərbaycandakı Gəncə və Cənubi Azərbaycandakı Gəncək şəhərlərinin adının sakların ən böyük tayfalarından biri olan gəncəklərinadı ilə bağlı olduğunu isbat etmişdir.
Qazağı
Qazağı - ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır.Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur.
Nauli Canaşia
Nauli Canaşia (gürc. ნაული ჯანაშია; d. 1 mart 1947, – ö. 17 mart 2015, Tbilisi, Gürcüstan) — Gürcüstan parlamentinin müxalifət fraksiyasını təmsilçisi, "Vahid Milli Hərəkat" partiyasının üzvü. == Həyatı == 1 mart 1947-ci ildə anadan olmuşdur. == Fəaliyyəti == 2012-ci ilin oktyabrında Gürcüstan parlamentinə keçirilən seçkilərdə Sameqrelo-Zemo Svaneti bölgəsinin Martvili rayonundan mojaritar qaydada deputat seçilmişdir. Parlamentdə fraksiya katibi, həmçinin beynəlxalq işlər və aqrar məsələləri üzrə komitələrin, Moldova, Belarus və Qazaxıstan dostluq qruplarının üzvü olmuşdur. 17 mart 2015-ci ildə Tbilisidə vəfat etmişdir.
Qamaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Qarasim Tağızadə
Tağızadə Qarasim Əbdülhəsən oğlu və ya Qara Tağızadə (1946, Jdanov – 4 mart 2018, Bakı) — diktor, Azərbaycan Respublikasının xalq artisti == Həyatı == Qarasim Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra radioda diktorlar şöbəsinə rəhbərlik edib. 1991-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. 2003-cü ildən prezident təqaüdçüsü olmuşdur. Qarasim Tağızadə 2018-ci il mart ayında vəfat etmişdir. == Mükafatları == 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.
Qazaxca Vikipediya
Qazaxca Vikipediya (qaz. Қазақша Уикипедия) — Vikipediyanın qazax dilində olan bölməsidir. 23 aprel 2024 — Qazax dilində olan Vikipediyada 236.533 məqalə var. 2002-cü ilin İyundan kk.wikipedia.org ünvanında Qazax dilində Vikipediya fəaliyyətə başlamışdır. Bu bölməsinin xüsusiyyəti odur ki, orada latın, kiril və ərəb qrafikalı əlifbalardan istifadə edilir. == Tarix == 2007 - 1000 məqalə mart 2008 - 2000 məqalə mart 2009 - 3000 məqalə yanvar 2010 - 6000 məqalə 17 yanvar 2010 - 7000 məqalə 10 mart 2011 -8000 məqalə 5 aprel 2011 - 9000 məqalə 8 aprel 2011 - 16000 məqalə 16 aprel 2011 - 20000 məqalə 15 iyun 2011 - 25000 məqalə 18 iyun 2011 - 30000 məqalə 22 iyun 2011 - 35000 məqalə 29 iyun 2011 - 40000 məqalə 3 iyul 2011 - 45000 məqalə 9 iyul 2011 - 50000 məqalə 12 iyul 2011 - bölmə Vikipediyaların siyahısıda ən böyük 50 Vikipeiyaların siyahıya girib. 13 iyul 2011 - 55000 məqalə 20 iyul 2011 - 60000 məqalə 26 iyul 2011 - 65000 məqalə 14 avqust 2011 - 70000 məqalə 23 avqust 2011 - 75000 məqalə 11 oktyabr 2011 - 80000 məqalə 15 oktyabr 2011 - 85000 məqalə 22 oktyabr 2011 - 90000 məqalə 26 oktyabr 2011 - 100000 məqalə 6 avqust 2012 - 150000 məqalə 29 noyabr 2012 - 200000 məqalə. 200 mininci məqalə Nurbek Matzhani tərəfindən yaradılan Жасанды интеллект (qaz. Süni intellekt) məqaləsidir. == Loqo == perrow="5" == Xarici keçidlər == Qazax Vikipediya Как же развивать Казахскую Википедию?
Simon Canaşia
Simon Canaşia (gürc. სიმონ ჯანაშია; 26 iyul 1900 – 5 noyabr 1947, Tbilisi) — gürcü tarixçisi və ictimai xadimi. Tarix professoru və Gürcüstan Milli Elmlər Akademiyasının qurucularından biri idi. Canaşia, 1900-cü ildə, Gürcüstanın cənub-qərbindəki Quriya əyalətindəki Makvanetidə anadan olmuşdur. Atası Nikoloz Canaşia (1872–1918), Abxaziyada anadan olmuş, pedaqoq, etnoqraf idi. 1922-ci ildə Simon Canaşia Tbilisi Dövlət Universitetini bitirdi. 1924–1977-ci illərdə orada müəllim (1924–1930), dosent (1930–1935) və professor (1935–1947) vəzifələrində çalışmışdır. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) yaradıcılarından biri, 1941–1977-ci illərdə akademiyanın vitse-prezidenti və GMEA Tarix İnstitutunun direktoru olmuşdur. 1943-cü ildə Canaşia Sovet İttifaqı Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) üzvü seçildi. 1940-cı illərdə Gürcüstanın şərqindəki Msxeta və Armazidə arxeoloji qazıntılar təşkil etdi.
Aşağı Qazanış
Aşağı Qazanış (qum. Тёбен Къазаныш, Тюпдеги Къазаныш, Уллу Къазаныш, rus. Нижнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Yuxarı Qazanış kəndinin yaxınlığında yerləşir. == Tarixi == Keçmiş adı Böyük Qazanış olmuşdur (qum. Уллу Къазаныш, rus. Большое Казанище).
Yuxarı Qazanış
Yuxarı Qazanış (qum. Оьр Къазаныш, Оьрдеги Къазаныш, Гиччи Къазаныш, rus. Верхнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Aşağı Qazanış kəndinin yaxınlığında yerləşir. == Tarixi == Keçmiş adı Kiçik Qazanış olmuşdur (qum. Гиччи Къазаныш, rus. Малое Казанище).
Abbasabad qalası
Abbasabad qalası — Naxçıvan şəhərinin 6 kilometr cənub-şərqində, Araz çayı sahilində yerləşən hərbi istehkam tipli qala. == Tarixi == Qala fransız hərbi mütəxəssislərinin layihəsi əsasında 1809-1810-cu illərdə tikilmişdir. Beşbucaq şəklində olan qalanın bürcləri vardı. Qala divarlarının hündürlüyü 4 metr 30 santimetr, qalınlığı 60 santimetr idi. Şəhər qalası hər tərəfdən 10 metr enində arxla əhatə olunmuşdu. Abbasabad qalası hərbi zərurətdən yaranmış bir obyekt idi.Rusiya-İran müharibəsinin gedişində (1804-1813) dəfələrlə ağır məğlubiyyətə uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində özünün hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. İran komandanlığı bu məqsədlə qalaları təmir etdirir və özünün dayaq nöqtəsi ola biləcək yeni qalalar tikdirirdi. Belə qalalardan biri şahzadə Abbas Mirzənin arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş və İran taxt-tacının vəliəhdinin şərəfinə adlandırılmış Abbasabad qalası idi. Abbasabad qalası Abbas Mirzə tərəfindən Avropa memarlığı üslubunda tikdirilmişdir. Abbasabad qalası Araz çayı üzərində olan keçidin qorunmasını təmin etməklə yanaşı, həm də Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə bu yolu bağlaya da bilirdi.
Abuli qalası
Abuli qalası (gürc. აბულის ციხე) — Cənubi Gürcüstandakı Samtsxe-Cavaxeti bölgəsinə aid olan Axalkalaki bələdiyyəsinin ərazisində yerləşən tarixi qala. Abidə Tunc dövrünə aid olan meqalitik tikilidir. Qalanın inşası zamanı qədim dövrlərdə tez-tez istifadə edilən "quru hörgü" texnikasından istifadə edilmişdir. Abidə Patara dağının cənubunda, Paravani gölünün isə cənub-şərqində yerləşir. Yerləşdiyi ərazi dəniz səviyyəsindən 2670 metr hündürlükdədir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələrinin siyahısına daxil edilmişdir. == Qala haqqında == Qala həmçinin "Korogli" (Azərbaycan və türk dilindəki adlandırılması ilə "Koroğlu") adı ilə də tanınır. Abidə başqa bir siklopik tikili olan və Paravani gölünün yaxınlığında yerləşən Şaaori qalası ilə bir çox ortaq memarlıq xüsusiyyətlərinə malikdir. Abuli qalası tikinti məhlulundan istifadə olunmadan 3-5 metrlik vulkanik bazalt blokların köməyi ilə ərsəyə gətirilmiş böyük və mürəkkəb tikilidr.
Advrek qalası
Advrek qalası (ing. Ardvreck Caslte) — Şotland qalası olub, Haylend əyalətində, Sazerlend şəhəri yaxınlığında Lok Assint gölünün şimal sahilində yerləşir. 1737-ci ildə baş verən yanğından sonra qala günümüzdə də xarabalıq halında yerləşir. Qala il boyu, gün ərzində həmişə ziyarətçi qəbul edir. == Tarixi == Adverk qalası 1590-cı illərdə Maklend klanı tərəfindən tikilmişdir. 1646-cı ildə o uğursuz şəkildə Maklend klanının qədim düşməni Makkenzi klanı tərəfindən mühasirəyə alınmışdır. 1650-ci ildə İngiltərə vətəndaş müharibəsi zamanı royalist Markiz Montroz Neyl Maklaud tərəfindən həbs edilərək Adverk qalasında yerləşən tağlı zirzəmilərdən birində dustaq saxlanmşdır. Daha sonra o, Edinburq qalasına köçürülmüş və burada 21 may 1650-ci ildə edam edilmişdir. Vətəndaş müharibəsi zamanı II Karlın düşmənlərinə qoşulduğu üçün monarxiyanın bərpasından sonra Neyl Maklaud böyük zərər gördü. 1672-ci il iyul ayında Maklaud qiyamçı olduğu üçün həbs edilmiş, bu da öz növbəsində Makkenzi klanının (ing.
Ahalsıx qalası
Akhaltsikhe qalası (gürc. ახალციხის ციხე) — Gürcüstanın Axaltsixe bölgəsində yerləşən orta əsrlərə aid qaladır. Doqquzuncu əsrdə tikilmiş bu qala Osmanlı İmperiyasının buranı zəbt etməsinə qədər yerli insanlar tərəfindən Lomisa qalası kimi adlanırdı. == Tarix == Kartlis tsxovrebaya görə şəhərin əsası 9-cu əsrdə Tao kralının oğlu sayılan Quaram Mampal tərəfindən qoyulmuşdur. 13-cü əsrdən 14-cü əsrin sonuna kimi şəhər Mesxeti prinsliyinin paytaxtı idi. 1393-cü ildə şəhər Əmir Teymurun hücumlarına məruz qalmışdır. Türk-Moğol işğallarına baxmayaraq qala müqavimət göstərməyə davam etmişdir. 1550-ci ildə İstanbul sülh müqaviləsinə görə Mesxeti prinsliyi bütünlüklə Osmanlı İmperiyasının ərazisinə qatılmışdır. Türklər qalanı ən çox müdafiə məqsədilə istifadə etmişdir. 1752-ci ildə Rabatidə ilk məscid tikilmişdir.
Akan qalası
Akan qalası – Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. == Təsviri == Saxlanmış divar qalıqlarından görünür ki, böyük ərazini əhatə edən Akan qalası ərazinin müdafiə sistemində mühüm rol oynamışdır. Qala, Həsənriz kəndindən şimal-şərqdə, böyük dağın ətəyində, Akan çayının sahilində, iki tərəfdən dərin yamaclarla əhatə olunmuş əlçatmaz ərazidə yerləşir. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. Qalanın şimal-şərq hissəsində yerlşən gizli yeraltı yol, çayın kənarında kərpicdən tikilmiş dörd zallı hamam binasına aparır. Hamamın divarlarında üfüqi yerləşdirilmiş keramik borulaq qalmışdır. Onlardan biri 11, digəri 7 sm diametrə, ümumilikdə 36 sm uzunluğa malikdir. Ehtimal ki, borular istixanadan su verilməsi üçün istifadə olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989 Бархударян, С. Свод армянских надписей, вып.
Alamo qalası
Alamo qalası (ing. Alamo Mission in San Antonio) — Amerika Birləşmiş Ştatlarının Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən qala kompleksi. Qala 2015-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Alamo qalası Texas İstiqlal müharibəsi zamanı 1836-cı ilin 23 fevral — 6 mart tarixləri aralığında baş vermiş eyni adlı müharibə ilə məşhurdur. 13 gün davam edən Alamo müharibəsi nəticəsində Texas Respublikasının tərəfdarları olan texaslılar Meksika ordu tərəfindən məğlub edilmişdir.
Alanya qalası
Alanya qalası — Antalyanın ilçəsi Alanyanın simvollarından biri olan qala. Dəniz səviyyəsindən 250 metrə qədər yüksələn yarımada üzərində yerləşir. Qala divarlarının uzunluğu 6.5 km-ə qədərdir. Kandeleri adı ilə də tanınan Alanya yarımadasındakı yaşayış, Helenistik dövrə qədər birlikdə günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqi əsəridir. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən tikdirilmişdir. Qalanın 83 qülləsi və 140 bürcü var. Orta əsrlərdə qala divarların içində yerləşmiş şəhərin su ehtiyacı təmin etmək üçün 1200-ə yaxın sarnıç tikilmişdir. sarnıçların bir hissəsi günümüzdə də istifadə edilir. Qala divarları planlı bir şəkildə Ehmedek, İçqal, Adam atacağı, Cilvarda burnu üstü, Ərəb övliyası bürcü və Əsəd bürcünü enərək Topxanə və Tərsanəni keçib Qızılqüllədə tamamlanacaq şəkildə inşa edilmişdir. Alanya qalası Anadolunu bəzəyən yüzlərlə qaladan bu günə qədər qalan, ən yaxşı qorunmuş orta əsr qalalarından biridir.
Alara qalası
Alara qalası — Alanyanın 37 kilometr qərbində, dənizdən 7 kilometr içəridə Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən 1232-ci ildə tikilmişdir. İpək yolu üzərində inşa edilən qalanın funksiyası, Alara çayı kənarındakı Alarahanda fasilə verən karvanların təhlükəsizliyini təmin etmək olubdur. Qala 200 metrdən 500 metrə qədər çıxan sıldırım bir təpə üzərində qurulmuşdur. Görkəmli bir görünüşü vardır. Xarici və daxili qala kimi iki hissədən ibarərətdir. 120 pilləli qaranlıq bir koridordan qalanın içinə gedilir. Ziyarətə açılmadığı üçün yabanı otların və xarabalıqların əhatəsində baxımsız vəziyyətdədir. Həmçinin tunelin ortasına doğru dərin bir çuxur var. Bunun ucu su almaq üçün keçdikləri mağaradır. Qalanın içində qayalar yonularaq tunellər tikilib.
Aleksandropol qəzası
== Kəndləri ==
Alitus qəzası
Alitus qəzası — Litvanın 10 qəzasından biri. == Ərazisi == Alitus qəzasının ərazisi 5 425 km2-dır.
Almeriya qalası
Almeriya qalası (isp. Alcazaba de Almeria) - 955-ci ildə Əndəlusun ilk xəlifəsi III Abd ər-Rəhman tərəfindən Almeriya şəhərində müdafiə qalası kimi əsası qoyulmuşdur.. Tikilinin ərazisi 35 000 m²-dir.. 1931-ci ildən İspaniyanın milli abidəsidir. İspaniyanın cənubunda yerləşən və tarixi liman şəhəri olan Almeriya ticarət cəhətdən vacib strateji obyekt hesab edilirdi. Müxtəlif vaxtlarda şəhəri romalılar, finikiyalılar, karfagenlilər idarə etmişdir. Lakin müsəlmanlar şəhərin qurulmasına çox böyük töhfə vermişdilər.. 955-ci ildə Alksaba de Almeriya qalasının tikintisinə başlanılmışdır. İlk əvvəl müşahidə qüllələri və qala divarları ucaldılmış, sonradan isə qala Xəlifəliyin iqamətgahına çevrilmişdi. Bu qala özünün daha çox çiçəklənməsini XI əsrdə yaşamış xəlifə Əl-Cayranın hakimiyyəti dövründə tapmış və bütün Əndəlüsün ticarət mərkəzi olmuşdur.
Ankara qalası
Ankara qalası, Ankara şəhərində yerləşən tarixi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Nə zaman inşa edildiyi tam olaraq bilinmir. Romalıların və Bizanslıların hakimiyyətində olan qala, 1073-ci ildə Səlcuqların əlinə keçmişdir. 1101-ci ildə Xaçlıların əlinə keçirilən qala 1227-ci ildə təkrar Səlcuqluların ərazisinə qatılmışdır. Səlcuqlular dövründə təmir və əlavələr edilən qala Osmanlı dövründə 1832-ci ildə Kavalalı Mehmet Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən təmir edilmişdir. Qalanın quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqları qalanın tikintisində ətrafda olan materiallardan faydalanıldığını göstərir. Qalada roma dövrünə aid qalıqlar diqqəti çəksə də böyük ölçüdə Bizans dövründə inşa edilmişdir. İmperator II Consantantinus Xarici qalanı tikdirmişdir. İmperator Isaurili III Leonise qala divarlarını genişləndirərkən daxili qala divarlarını yüksəltmişdir.