Abuli qalası

Abuli qalası (gürc. აბულის ციხე) — Cənubi Gürcüstandakı Samtsxe-Cavaxeti bölgəsinə aid olan Axalkalaki bələdiyyəsinin ərazisində yerləşən tarixi qala. Abidə Tunc dövrünə aid olan meqalitik tikilidir. Qalanın inşası zamanı qədim dövrlərdə tez-tez istifadə edilən "quru hörgü" texnikasından istifadə edilmişdir. Abidə Patara dağının cənubunda, Paravani gölünün isə cənub-şərqində yerləşir. Yerləşdiyi ərazi dəniz səviyyəsindən 2670 metr hündürlükdədir.[1] Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələrinin siyahısına daxil edilmişdir.[2]

Abuli qalası
აბულის ციხ
Abuli qalası (2010)
Abuli qalası (2010)
Map
Alternativ adları Korogli
Ümumi məlumatlar
Növü qala
Ölkə Gürcüstan
Təməlatma Tunc dövrü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qala haqqında[redaktə | mənbəni redaktə et]

Qala həmçinin "Korogli" (Azərbaycantürk dilindəki adlandırılması ilə "Koroğlu") adı ilə də tanınır. Abidə başqa bir siklopik tikili olan və Paravani gölünün yaxınlığında yerləşən Şaaori qalası ilə bir çox ortaq memarlıq xüsusiyyətlərinə malikdir.[1]

Abuli qalası tikinti məhlulundan istifadə olunmadan 3-5 metrlik vulkanik bazalt blokların köməyi ilə ərsəyə gətirilmiş böyük və mürəkkəb tikilidr. Qalanın daxili hissəsində 60 × 40 kvadrat metrlik sahəyə malik "içqala" yerləşir. Cənubda və şərqdə yerləşən qapılardan istifadə etməklə mərkəzi hissəyə daxil olmaq mümkündür. Abidənin şərq hissəsində müxtəlif ölçülü və formalı binalar yerləşir. Bu binalar əsasən sığınacaq xaratkeri daşıyırdılar.[1][3]

Abuli və Şaaori qalalarında heçbir arxeloji qazıntı aparılmamışdır.[4] Bu səbəbdən qalaların tikilməsi dövrü və hansı mədəni izləri daşımları ilə bağlı məlumatların əldə edilməsi çətinləşir. Ümumi olaraq bölgədə siklop tipli qalaların olması OrtaSon Tunc dövlərində Cənubi Qafqazda baş verən sosial dəyişikliklərin, təbəqələşmənin və zadəgan ailələrin meydana gəlməsinin sübutudur. Bu qalalar tipik olaraq dağların dik yamaclarında tikilmişdir. Yaşayış ərazilərinin coğrafi paylanması və maddi mədəniyyət nümunələri bu bölgəyə hökm etmiş şəxslərin əkin sahələri və ərazidəki resursları daimi nəzərətda saxlamasını göstərir. Eyni zamanda bu qalaların buradakı zadəganların mülklərinin müdafiəsi və digər başqa səbəblərdən tikilməsi də mümkündür.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Berdzenishvili, D. (2002). "ჯავახეთის ძველი სიმაგრეები [Old fortresses of Javakheti]". ჯავახეთი. ისტორია და თანამედროვეობა [Javakheti. History and the Present] (Gürcüce). Akhaltsikhe. ss. 181-203.
  2. "List of Immovable Cultural Monuments" (PDF) (gürcü). National Agency for Cultural Heritage Preservation of Georgia. 12 May 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 July 2019.
  3. Narimanishvili, Goderdzi; Khimshiashvili, Kakha. The Bronze Age Settlements from Trialeti // Skinner, Peter; Tumanishvili, Dimiti; Shanshiashvili, Anna (redaktorlar). Vakhtang Beridze 1st International Symposium of Georgian Culture — Georgian art in the context of European and Asian cultures; June 21-29, 2008, Georgia (PDF). Tbilisi. 2009. səh. 31. ISBN 978-9941-0-2005-6. 2018-08-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  4. Shanshashvili, Nino; Narimanishvili, Goderdzi. Environment and Dwelling in the Early and Middle Bronze Ages South Caucasus // Narimanishvili, Goderdzi (redaktor). International Conference: Problems of Early Metal age Archaeology of Caucasus and Anatolia. November 19-23, 2014 November 19-23, 2014, Georgia (PDF). Tbilisi. 2014. səh. 247. ISBN 978-9941-0-7134-8. 2017-12-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-29.
  5. Sagona, Antonio. The Archaeology of the Caucasus: From Earliest Settlements to the Iron Age. Cambridge University Press. 2017. 378–379, 385–386. ISBN 9781139061254.