Akan qalası – Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır.
Akan qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Həsənriz kəndi |
Aidiyyatı |
Qafqaz Albaniyası Xaçın knyazlığı |
Vəziyyəti | xarabalıqları qalıb |
|
Saxlanmış divar qalıqlarından görünür ki, böyük ərazini əhatə edən Akan qalası ərazinin müdafiə sistemində mühüm rol oynamışdır.[1] Qala, Həsənriz kəndindən şimal-şərqdə, böyük dağın ətəyində, Akan çayının sahilində, iki tərəfdən dərin yamaclarla əhatə olunmuş əlçatmaz ərazidə yerləşir. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır.[1]
Qalanın şimal-şərq hissəsində yerlşən gizli yeraltı yol, çayın kənarında kərpicdən tikilmiş dörd zallı hamam binasına aparır.[1][2] Hamamın divarlarında üfüqi yerləşdirilmiş keramik borulaq qalmışdır. Onlardan biri 11, digəri 7 sm diametrə, ümumilikdə 36 sm uzunluğa malikdir. Ehtimal ki, borular istixanadan su verilməsi üçün istifadə olunmuşdur.[1]