Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dama dama
Adi lan (lat. Dama dama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
Dabo
Dabo — Afrika ölkələrində daha çox işlədilən soyad. Baqali Dabo — Qəbələ klubunda çıxış edən Fransa futbolçusu. Abdulaye Dabo — Nant klubunda çıxış edən Fransa futbolçusu. Mustafa Dabo — Seneqal futbolçusu. Usman Dabo — Fransa futbolçusu. Muhamadu Dabo — Fransa futbolçusu. Bakiro Dabo — Qvineya-Bisau siyasətçisi.
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dama
Dama — taxta lövhə üzərində aparılan strateji oyun növüdür. O tam informasiyaya əsaslanan oyun qrupuna daxildir. Beləliklə, bir oyun strategiyası işləməklə onu bəxtdən asılı olmayaraq udmaq olar. Bu oyun növü əsasən Rusiya və Niderlandda geniş yayılmışdır. == Ümumi məlumat == Tünd və açıq rəngli xanalara bölünmüş taxta üzərində oyun. Rus, ingilis, alman və italyan Daması (64 xanalı taxtada), beynəlxalq Dama (100 xanalı taxtada) və Kanada Daması (144 xanalı taxtada) mövcuddur. Başlanğıc vəziyyətdə hər oyunçunun 12 (64 xanalı taxtada), 20 (100 xanalı taxtada) və ya 30 (144 xanalı taxtada) Dama daşı olur. Rəqiblərin daşları rənginə görə fərqlənir (adətən ağ və qara). Oyunçunun vəzifəsi rəqib daşını məhv etmək və ya gedişdən məhrum etməkdir. 100 xanalı Dama üzrə dünya birincilikləri 1894-cü ildən keçirilir.
Damba
Damba (nid. dam) — qorunan, yaxud sədd çəkilən ərazinin və ya akvatoriyanın sərhədi boyunca yerləşdirilən hidrotexniki qurğu; quruluşuna görə torpaq bəndə oxşayır. Basqılı və basqısız Damba növlərinə ayrılır. Basqılı Damba çay və dəniz sahillərini (ovalıqları) daşqınlardan, küləyin və qabarmaların təsirindən qorumaq (bənd-Damba); şlüzlərə, kanallara və s. çıxan port akvatoriyalarını dalğalardan, buz axınlarından, dalğalarla gətirilən torpaqlardan mühafizə etmək (qoruyucu Damba); hidrotexniki istinad tikililərini sahillə əlaqələndirmək (birləşdirici Damba); hidrotexniki qurğu tikilən yeri hasarlamaq (sədd Dambası); süni hovuzlar (basqılı hovuzlar və SES-lərin sutkalıq tənzimlənmə hovuzları, İES-lərin soyuducu hovuzları və s.) və kanal məcraları (yolu) yaratmaq üçün qurulur. Basqısız Damba məcraları tənzimləmək və düzəltmək (tənzimləyici Damba); səth axınlarını azaltmaq və leysan axınları nəticəsində yuyulub aparılan çaylaq qruntunu saxlamaq (torpaqqoruyan Damba); gəmiçilik şəraitini, eləcə də suburaxan və sutoplayan hidrotexniki qurğuların işini yaxşılaşdırmaq (şırnaqyönəldən Damba); çaylaq və su anbarı körfəzlərindən yol salmaq (nəql. Dambası) məqsədilə tikilir. Damba adətən, yerli materiallardan (qrunt, daş qırıntıları), həmçinin beton bloklardan və dəmir-beton yortaclardan qurulur. Dambaların intensiv tikintisinə 1282 ildə Hollandiyadakı daşqınlardan sonra başlanmışdır. Ən iri Damba (uz.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Data
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. == Terminologiya == “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Draba
Yastıqotu (lat. Draba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Jaba
Silvinu Juan de Karvalyu (port. Silvino João de Carvalho; 20 may 1981, Araripina, Braziliya; daha çox Jaba (port. Jabá) adı ilə məşhurdu) — braziliyalı futbolçu, hücumçu. == Həyatı == Jaba 20 may 1980-ci ildə Braziliyada anadan olmuşdur. Jaba hücumçudur. Həm sağ, həm də sol cinahlarda oynaya bilir, sürətlidir, yüksək məhsuldarlıq nümayiş etdirir. Son 4 mövsümü Türkiyənin Ankaragücü klubunda forma geyən Jaba Superliqada 50-dən artıq qola imza atıb. == Karyerası == Jaba 20 may 1981-ci ildə Braziliyada dünyaya gəlib. 2001-2003-cü ildə vətənində çıxış edən hücumçu 2003/06-ci illərdə "Ankaraspor"da forma geyinib. Bu müddətdə 83 oyuna çıxıb 27 qol vuru.
Laba
Laba — Rusiya Federasiyasında, Krasnodar diyarında çaydır.Kuban çayının sol qoludur. Böyük Laba və Kiçik Laba çaylarının birləşməsindən yaranır. Qafqaz dağlarının şimal yamaclarından başlanır, Azov dənizinə tökülür. Uzunluğu 214 km, hövzəsinin sahəsi 12,5 min km2-dir.
Saba
Saba (ada) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən ən kiçiyi[ Saba (ad) — qadın adı. Saba rayonu — Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Xaba
Xaba (həmçinin Hor-Xaba kimi oxunur; e. ə. XXVII əsr – e. ə. XXVII əsr) — Qədim Krallığın 3-cü sülaləsi dövründə fəaliyyət göstərən Qədim Misir fironu idi. Xabanın hökm sürdüyü dəqiq vaxt məlum deyil, lakin eramızdan əvvəl 2670-ci ilə aid ola bilər. Kral Habanı Qədim Misir fiquru kimi qiymətləndirmək çətindir. Onun adı arxeoloji cəhətdən daş qablar və palçıq möhürü izləri ilə əlaqələndirilir. Habanın hökmranlığı etibarlı şəkildə Üçüncü Sülalə ilə bağlıdır. Ramessid padşahlarının siyahılarındakı uyğunsuzluqlar və müasir bayram yazılarının olmaması səbəbindən onun sülalədəki dəqiq xronoloji mövqeyi mübahisəli olaraq qalır.
Dama dama mesopotamica
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
Abdulaye Dabo
Abdulaye Dabo (fr. Abdoulaye Dabo; 4 mart 2001, Nant) — Liqa 1 təmsilçilərindən olan Nant klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusu. == Klub karyerası == === "Nant" === 4 oktyabr 2017-ci ildə Dabo 16 yaşı olarkən Nant klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır, bununla da o, klubla müqavilə imzalayan ən cavan futbolçu oldu. Dabo peşəkar karyerasında debütünü 11 avqust 2018-ci ildə Monako klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Emiliano Sala ilə əvəz olunmuşdur. Liqa 1 görüşündə Nant rəqibinə 1-3 hesabı ilə məğlub olmuşdur. İki Liqa 1 oyunlarından sonra Dabo Fransanın 4-cü səviyyəli liqasında ehtiyat komandada çıxış etməyə başladı. === "Yuventus U-23" === 13 yanvar 2021-ci ildə Dabo Seriya C-də çıxış edən Yuventusun ehtiyat komandasına qoşuldu, transfer etmə imkanı verən 6 aylıq müqavilə imzalandı. == Milli karyerası == Dabo Fransada anadan olmuşdur. Valideynləri isə Qvineya vətəndaşlarıdır.
Alpha Data
Avşar Baba
Avşar Baba — Əhməd Yəsəvinin xəlifələrindən.
Baba Fərid
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎; pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر; Şərqi pəncab dilində: ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. == Həyatı == Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Baqali Dabo
Baqali Dabo (27 iyul 1988, Klişi-la-Qarenn[d]) — Kipr klubu olan Apollon klubunda hücumçu kimi çıxış edən Fransalı peşəkar futbolçudur. == Klub karyerası == Dabo öz peşəkar karyerasında debütünü 2014-cü ildə İstres klubu ilə Liqa 2-də Anje klubuna qarşı 4–2 hesablı məğlubiyyət yaşandığı oyunda etmişdir. 29 iyun 2016-cı ildə Dabo Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə 2 illik müqavilə imzalamışdır. 17 iyun 2018-ci ildə Dabo Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi klubu ilə iki illik müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 19 avqust 2018-ci il məlumatlarına əsasən.
Betpak-Dala
Betpak-Dala, (qaz. Бетпақдала), eləcə də Şimali Mirzəçöl — Qazaxıstanın Karağandı vilayəti, Cənubi Qazaxıstan vilayəti və Cambul vilayətini əhatə edən səhra. Betpak-Dala Sarısu, Çu çayları və Balxaş gölü əhatəsində yerləşir. == Adının mənası == Betpak-Dala türk dilində «batnak» - bataqlıq və ya fars dilində bedbaxt - bədbəxt, kasıb; türk dilində «dala»- tala, düzənlik deməkdir. == Ümumi məlumat == Səhra 46°30' paralelində Qazaxıstan xırdatəpəliyi ilə həmsərhəddir. Sahəsi 75 min km²-dir. Səthi düz və dalğalı düzənliklərdən ibarətdir. Ərazinin hündürlüyü 300–500 m arasında dəyişir. Ərazinin meyilliyi cənub-qərb istiqamətindədir. Cənub-qərb hissəsində Jeltau yüksəkliyi(974 m) yerləşir.
Bəy Baba
Bəy Baba — Azərbaycan şairlərindən biri. Fatma xanım Kəminənin atası, Qarabağda Tahirzadə familiyası ilə məşhur olan və hərdənbir şeir söyləyən Bəy Babanın təxəllüsü "Fəna"dır.
Caba Moseşvili
Caba İoseliani
Caba İoseliani (10 iyul 1926, Xaşuri – 4 mart 2003, Tbilisi) — XX əsrin Gürcü siyasətçisi, qanuni oğru və Gürcüstan hərbi şurasının keçmiş üzvü. == Həyatı == Caba İoseliani Gürcüstanın Xaşuri şəhərində anadan olmuşdur. Təhsilinə Leninqrad universitetinin şərqşünaslıq fakültəsində dəvam etdirdi, ancaq bitirmədi. 1948-ci ildə Leninqrad bank soyğunçuluğunda iştirak etdiyinə görə 17 il həbs cəzası aldı. Nəhayət, Gürcüstana qayıtdı və teatr-incəsənət universitetinə daxil oldu. Universiteti bitirdikdən sonra həmin universitetin kafedrasında işə başlamışdır. O, teatr tamaşaları üçün ssenarilər yazmışdır. 1989-cu ildə İoseliani qeyri-rəsmi silahlı qrup qurmuşdur. "Mxedrioni" adlanan qrupun əsas məqsədi Abxaziya və Samaçablo regionlarında seperatçı əməllərin qarşısının alınması idi. 1991-ci ildə Mxedrioni Zviad Qamsaxurdiya tərəfindən qeyri qanuni elan edildi.