Betpak-Dala, (qaz. Бетпақдала), eləcə də Şimali Mirzəçöl — Qazaxıstanın Karağandı vilayəti, Cənubi Qazaxıstan vilayəti və Cambul vilayətini əhatə edən səhra. Betpak-Dala Sarısu, Çu çayları və Balxaş gölü əhatəsində yerləşir.
Betpak-Dala | |
---|---|
qaz. Бетпақдала | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 300-500 m |
Sahəsi | 75 000 km² |
Uzunluğu | 500 km |
Eni | 50 km |
Temperatur | |
• Yanvarda orta | –12 -14 °C |
• İyulda orta | 24-26 °C |
• İllik yağıntı | 100-150 mm |
Yerləşməsi | |
45°38′06″ şm. e. 70°22′22″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
Vilayətlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Betpak-Dala türk dilində «batnak» - bataqlıq və ya fars dilində bedbaxt - bədbəxt, kasıb; türk dilində «dala»- tala, düzənlik deməkdir.[1]
Səhra 46°30' paralelində Qazaxıstan xırdatəpəliyi ilə həmsərhəddir. Sahəsi 75 min km²-dir. Səthi düz və dalğalı düzənliklərdən ibarətdir. Ərazinin hündürlüyü 300–500 m arasında dəyişir. Ərazinin meyilliyi cənub-qərb istiqamətindədir. Cənub-qərb hissəsində Jeltau yüksəkliyi(974 m) yerləşir. Betpak-Dala alt palezoyun, mezozoyun eləcə də paleoqenin çökmə, metomorfik süxurlarından təşkil olunub.
İqlimi kəskin kontinentaldır. Yağıntıların illik göstəricisi 100–150 mm-dir. Yay dövründə yağıntıların ancaq 15 % düşür. Yayı quru və isti, qışı mülayim soyuqdur. Yanvar ayının orta temperaturu —12 —14°С, iyulun isə 24 - 26°С-dir[2]