Caba İoseliani (10 iyul 1926, Xaşuri, Qori qəzası – 4 mart 2003, Tbilisi) — XX əsrin Gürcü siyasətçisi, qanuni oğru və Gürcüstan hərbi şurasının keçmiş üzvü.
Caba İoseliani | |
---|---|
gürc. ჯაბრაილ კონსტანტინეს ძე იოსელიანი | |
| |
Gürcüstan Parlamentinin deputatı[d] | |
1992 – 1995 | |
Şəxsi məlumatlar | |
Doğum adı | ჯაბრაილ კონსტანტინეს ძე იოსელიანი |
Doğum tarixi | 10 iyul 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 4 mart 2003 (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, yazıçı |
Elmi fəaliyyəti | |
Elmi adı | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Caba İoseliani Gürcüstanın Xaşuri şəhərində anadan olmuşdur. Təhsilinə Leninqrad universitetinin şərqşünaslıq fakültəsində dəvam etdirdi, ancaq bitirmədi. 1948-ci ildə Leninqrad bank soyğunçuluğunda iştirak etdiyinə görə 17 il həbs cəzası aldı.[1] Nəhayət, Gürcüstana qayıtdı və teatr-incəsənət universitetinə daxil oldu. Universiteti bitirdikdən sonra həmin universitetin kafedrasında işə başlamışdır. O, teatr tamaşaları üçün ssenarilər yazmışdır.
1989-cu ildə İoseliani qeyri-rəsmi silahlı qrup qurmuşdur. "Mxedrioni" adlanan qrupun əsas məqsədi Abxaziya və Samaçablo regionlarında seperatçı əməllərin qarşısının alınması idi. 1991-ci ildə Mxedrioni Zviad Qamsaxurdiya tərəfindən qeyri qanuni elan edildi. İoseliani də qrupun üzvləri ilə bərabər həbs olundu[2].
1991-ci ilin dekabrında İoseliani həbsdən qaçdı. Hərbi çevriliş etmək üçün Gürcüstan Milli Qvardiyasının bəzi üzvlərinə qoşuldu. 1992-ci ilin yanvar ayında İoseliani və tərəfdarları çevrilişə nail oldular. 1992-ci ilin yanvar-mart aylarında İoseliani Gürcüstanı idarə edən hərbi şuranın rəhbərlərindən biri olmuşdur.[3][4] Daha sonra prezident Eduard Şevardnadzenin zamanında, hüquq mühafizə orqanlarının zəifliyi səbəbindən "Mxedrioni" silahlı qüvvələrinin rəhbəri kimi nüfuzlu şəxsə çevrilmişdir.