Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Geyşa
Geyşa sözünün hərfi mənası – "incəsənət adamı" deməkdir. Geyşalar – milli güllü kimono geymiş, sifəti xüsusi bir formada makyaj olunmuş qadınlara deyilir. Onların sifəti dümağ rənglənir, dodaqlarına qıpqırmızı pomada çəkilir. == Tarixi == Geyşa mədəniyyətinin mərkəzi ilk olaraq Kioto, Osaka və Tokio şəhərləri olmuşdur. Bu şəhərlərdə ilk dəfə geyşalar XVII əsrdə peyda olmuşlar. İlk öncə geyşa vəzifəsini aktyor, musiqiçi kişilər yerinə yetirirdilər. Bu aktyor-musiqiçi kişilər "Kabuki" teatrının işçiləri idilər. Amma sonralar bu işi ancaq qadınlar yerinə yetirirdilər. İndiyədək də “Kabuki” teatrının aktyorları geyşalarla əlaqəni kəsməmişlər. İlk qadın geyşa Kasen olmuşdur.
Jacea
Jacea Mill. — Centaurea bitki cinsinin sinonimi. Jacea Opiz — Viola bitki cinsinin sinonimi.
Jefea
Jefea (lat. Jefea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Jensia
Jensia (lat. Jensia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Jeyya
Jeyya (fr. Jayat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Monrevel-an-Bres kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01196. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1049 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 639 nəfərin (15-64 yaş arasında) 516 nəfəri İqtisadi cəhətdən fəal, 123 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.8%, 1999-cu ildə 72.3%). 516 fəal sakindən 487 nəfər (263 kişi və 224 qadın), 29 nəfəri (11 kişi və 18 qadın) işlədi. Aktiv olmayan 123 nəfər arasında şagird və ya tələbə, 54 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Mensa
Mensa — "Mensa"nın əsasını 1946-cı ildə Rolland Berrill və Lans Var qoymuşdur. "Mensa" sözünün latın dilində hərfi mənası "masa"dır. Bu təşkilat milliyyətindən, yaşından, siyası baxışlarından, təhsilindən və cəmiyyətdəki statusundan asılı olmayaraq hamının bərabər hüquq və imkanlara malik olduğu cəmiyyətdir. Burada yeganə tələb – yüksək İQ göstəricisidir. İlkin məqsəd bütün irqi və dini mövhumatdan azad qeyri-siyasi bir cəmiyyət yaratmaq idi. Cəmiyyət özünəbənzər istedada malik insanlarla ünsiyyətdə olmaq və müxtəlif ictimai və mədəni həyatda iştirak etmək məqsədilə intellekti ən yüksək olan 2% əhalini burada toplayır. Mensa-nın üç əsas məqsədi var: bəşəriyyətin xeyrinə olacaq yüksək insan intellektinin aşkar olunması və dəstəklənməsi; intellektin təbiətinin, xarakteristika və tətbiqinin araşdırılmasına imkan yaratmaq; öz iştirakçıları üçün stimullaşdırıcı intellektual mühitin yaradılması. Mensa üzvlərinə yüksək İQ göstəricisindən başqa tələb qoyulmur. Göstərici bəzi testlərə görə 132, digərinə görə 148 ola bilər. Bəzi testlər isə ümumiyyətlə İQ göstəricilərindən istifadə etməyə də bilər.
Fragaria vesca subsp. vesca
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
ECPA
ECPA (Electronic Communications Privacy Act) – ABŞ-də müvafiq order olmadan istintaq agentliklərinə elektron poçtu hər hansı formada ələ keçirib oxumağı qadağan edən federal qanun. 1986-cı ildə qəbul olunub. Qanun başqa agentliklərə və həmişəlik arxivlərdə saxlanılan elektron məktublara aid edilmir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: Bakı nəşriyyatı, 2017.
EISA
EISA (Extended Industry Standard Architecture - genişləndirilmiş sənaye standartı arxitekturası) – IBM-uyumlu kompüterlər üçün şin; 1988-ci ildə hesablama texnikası istehsalı sahəsində 9 aparıcı şirkət (“Doqquzlar qrupu”): AST Research, Compaq, Epson, Hewlett-Packard, NEC, Olivetti, Tandy, Wyse və Zenith şirkəti tərəfindən IBM şirkətinin MCA (Micro Channel Architecture) şininə cavab olaraq işlənib hazırlanıb. EISA şini ISA (Industry Standard Architecture) şininin imkanlarını 32 mərtəbəyədək genişləndirir və şinə birdən artıq CPU qoşmağa imkan verir. ISA ilə müqayisədə ünvan fəzası 4 Gb-dək artırılıb. EISA şini ISA şininin üstçoxluğu olduğundan ona, MCA-dan fərqli olaraq, ISA-nın 8- və 16-mərtəbəli versiyaları ilə işləmək üçün nəzərdə tutulmuş əski lövhələr qoşmaq olar. MCA şini EISA şinindən daha mükəmməl olmasına baxmayaraq, bir çox istehsalçılar EISA-nı qəbul etdilər, çünki MCA şini qapalıdır və onun bütün hüquqları IBM şirkətinə məxsus idi. Sonda IBM özü də EISA şinindən istifadə edən bir neçə maşın istehsal etdi. EISA baha olduğundan fərdi kompüterlərdə geniş yayıla bilmədi, ancaq serverlərdə geniş tətbiq olundu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Fəsa
Fəsa (fars. فسا‎)— İranın Fars ostanının şəhərlərindən və Fəsa şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 90,251 nəfər və 22,097 ailədən ibarət idi.
Heca
Heca — tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissələrinə deyilir. Sözlər bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona görə də sözdə neçə sait hərf varsa, bir o qədər də heca olur. Söz ortasında işlənən qoşa samitlərdən biri əvvələ, ikinci samit isə sonrakı hecaya düşür. Samit səs özündən sonra gələn sait səsin yaratdığı hecaya tabe olur.Elə sözlərdə var ki,tək hecalı olur və hecada sadəcə sait olur. Məsələn:a-ləm,ə-lək və s. Üç samitin yanaşı işləndiyi sözlərdə daha çox ilk iki samit əvvəlki saitə, üçüncü samit isə sonrakı saitə tabe olur. Məsələn: gənc-lik, xalq-lar və s. Sözün hecaya bölünməsi həmin sözün yazılışı üzrə aparılır.
Jeks
Jeks (fr. Gex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. == Coğrafiyası == Jeks, dəniz səviyyəsindən 600 m yüksəklikdə, Cenevrədən 16 km şimal-qərbdə, Yura dağlarındakı Jurnan çayı vadisində yerləşir. == İqtisadiyyat və sənaye == XX əsrin əvvəllərinə qədər Jeks, əsasən kənd təsərrüfatı və əl sənayesi ilə məşğul olan bir şəhər idi. Ötən əsrin 50-ci illərinin əvvəllərindən Jeks getdikcə Cenevrə ilə aqlomerasiyada sənaye şəhərinə çevrildi. Jeksin yaxşı yol əlaqələri var. Cenevrədə yerləşən hava limanına da yaxındır.
Jesu
Jiça
Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir. Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur. Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi. == Tarix == 1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur. Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.
Keşa
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.
Acaena tesca
Acaena tesca (lat. Acaena tesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Atriplex recta
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Baccharis densa
Baccharis densa (lat. Baccharis densa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia densa
Dryandra conferta (lat. Dryandra conferta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Butastur teesa
Butastur teesa (lat. Butastur teesa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin butastur cinsinə aid heyvan növü.
Carex secta
Carex secta (lat. Carex secta) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Clematis recta
Düz ağəsmə (lat. Clematis recta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Eugenia tecta
Eugenia tecta (lat. Eugenia tecta) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Fragaria vesca
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Jacea hyrcanica
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. == Sinonimləri == Centaurea hyrcana Grossh. Jacea hyrcanica (Bornm.) Holub == Qısa morfoloji təsviri == Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir.