Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bevon
Bevon (fr. Bevons, oks. Bevonç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-syur-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 111 nəfərin (15-64 yaş arasında) 83 nəfəri iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.8%, 1999-cu ildə - 67.4%). Fəal olan 83 nəfərdən 76 nəfər (43 kişi və 33 qadın) işləyir, 7 nəfər işsizdir (4 kişi və 3 qadın).
Depok
Depok (sunda yazısı. ᮓᮦᮕᮧᮊ᮪) — İndoneziyanın Böyük Cakarta metropol bölgəsində yerləşən Qərbi Yava əyalətindəki şəhər. 200,29 km² sahəsi var. 2021-cü il siyahıyaalmasına görə əhalisi 2.462.215 nəfər, sıxlığı 8.746 nəfər / km² idi. 27 aprel 1999-cu ildə Depok ayrı bir şəhər olaraq elan edildi. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Depok haqqında səyahət məlumatları var. (indon.) depok.go.id — Depok rəsmi saytı Jakarta Globe News article by Tasa Nugraza Barley dd. August 26, 2010.
Devon
Devon qədim adı Devonşir (Devnant Britaniyaca, Dyfnaint Vallca, Devnans Kornvallca, Devnant Bretonca) — İngiltərə qraflığı, şimalda Bristol kanalından cənubda olan İngilis kanalına çatır.Cənubqərb İngiltərənin bir hissəsidir və Cornvall ilə qərbdən, Somerset ilə şimalşərqdən və Dorset ilə şərqdən həmsərhəddir. Qraflığın mərkəzi Eqzeter şəhəridir.
Deyok
Deyok və ya Dayaukku (yunan: Δηιόκης; e. ə. 700-cü illər – e.ə. 675) – Herodota görə Midiya dövlətinin əsasını qoymuş şəxs və həmin dövlətin ilk hökmdarı. Deyok e.ə. VIII əsrdə Mannanın Midiya vilayətinin hakimi olmuş, həmin vilayəti müstəqil elan edərək Midiya dövlətinin əsasını qoymuşdur. == Herodotun qeydlərində == Herodot qeyd edir ki, Deyok hələ dövlətin əsası qoyulmamışdan əvvəl "böyük bacarığa və gücə malik olmuş" Fraortanın oğludur. Ona tabe olan insanlar, eləcə də qonşu kəndlərin əhalisi mübahisələr zamanı, onu həll etməsi üçün Deyoka müraciət edirdilər. Beləliklə onu öz hökmdarları seçərək dedilər ki, "bizim üçün elə qaydalar müəyyənləşdir ki, biz normal qaydaları olan dövlətdə yaşayaq və belə qarışıq bir vəziyyətdə öz evlərimizi tamamilə itirməyək." Onlar Deyokun rəhbərliyi altında özlərinə yaşayış evləri inşa etdilər və beləliklə sonralar böyük Midiya dövlətinin paytaxtı olmuş möhtəşəm Ekbatan şəhərinin əsası qoyuldu. O, tabelik haqqında ciddi müqavilə hazırladı və hər kəs həmin müqavilənin şərtlərinə tabe oldu.
Pevek
Pevek (çuk. Пээкин, Пээк) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi ərazisində yerləşən şəhər. Pevek şəhər dairəsinin mərkəzidir. Rusiyanın ən şimal şəhəridir. == Toponim == Şəhərin adı çukça dilində işlənən çuk. пээкиней sözündən götürülmüş və mənası kök, şişmiş dağ deməkdir. Şəhər Peekiney adlı təpöənin ətəklərində yerləşir. Şəhər öz adını çukça ətirli dağ mənasını verən «paqıt-kenay» sözündən götürmüşdür. Rəvayətə görə müasir şəhərin yaxınlığındakı, dağın ətəyində çukçalarla yukaqirlər arasında döyüş baş vermişdir. Döyüşdə ölənlərin cəsədlərinin qoxusu bu yerlərdə uzun müddət qalmışdır.
Qəvoy
Qəvoy — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Revak
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Zavod
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Zehək
Zehək- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Zehək şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,180 nəfər və 2,297 ailədən ibarət idi.
Zevin
Zevin — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Levon
Levon — erməni adı. Levon Ter-Petrosyan — Ermənistan birinci prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). I Levon — Kilikiya Erməni Çarlığının ilk kralı. II Levon — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon Çorbacıyan — erməni əsilli ABŞ sosioloqu. Levon Mirzoyan — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929). Levon Aronyan — şahmat üzrə erməni əsilli ABŞ qrossmeysteri. Levon Çukasyan — Ermənistan sənətşünası. Levon Larents — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru. Levon Minasyan — Fransız əsilli erməni musiqiçisi, bəstəkar və duduk ifaçısı.
Evoj
Evoj (fr. Évosges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01155. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 85 yaş arasında (15-64 yaş arasında) 71 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 83,5%, 1999-cu ildə 70,7%). 71 aktiv sakindən 63 nəfər (32 kişi və 31 qadın), 8 nəfər işsiz (4 kişi və 4 qadın) işlədi. Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 7 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Zevs
Zevs (yun. Ζεύς belə ki; Δίας, Dias, klassik ifadədə: dzeu̯s) — Yunan mifologiyasında tanrı Kronos və Reyanın oğlu, baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın, insanların tanrısı, 3 böyük tanrıdan biri. Əlində şimşək olan saqqallı kişi kimi təsvir olunur. İldırım, öküz, qartal onun atributları hesab olunur. Roma mifologiyasında Yupiter kimi tanınır. == Zevs == Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.
Antonov (zavod)
Antonov zavodu — Kiyevdə yerləşən Ukrayna aviasiya sənayesi dövlət müəssisəsi. Hal-hazırda Antonov ASTC im-ə bağlıdır. O. K. Antonov adına ASTC Dövlət Müəssisəsinin filialı adlandırılır. == Tarix == === 1920—1991 === 12 saylı Dövlət Aviasiya Zavodu (QAZ-12) 1920-ci il sentyabrın 9-da Hərbi Sənaye Şurasının 15178 saylı qərarı ilə kiçik təmir sexləri əsasında qurulmuşdur. Zavodun ilk direktoru və əslində onun təşkilatçısı professor V.Bobrov olmuşdur. İlk illərdə zavodun əsas fəaliyyəti istismarda olan xarici istehsallı təyyarələrin təmiri və onlar üçün ehtiyat hissələrinin istehsalı olur. 1923-cü ildə zavodda K. Kalinin rəhbərlik etdiyi konstruktor bürosu qurulur. 1925-ci ildə zavod 4 yerlik sərnişin təyyarəsi K-1 olan orijinal dizaynlı ilk təyyarənin istehsalını mənimsəyir. Bundan əlavə, zavod planerlər və hidroplanerlər istehsal edir, 1931-ci ildə avtojirlərin istehsalına da yiyələnir. 1932-1934-cü illərdə zavod yüksək sürətli altı oturacaqlı XAI-1 sərnişin təyyarəsini inkişaf etdirir (istehsal 1934-cü ildə mənimsənilir).
Bapbi (qevoq)
Bapisa və ya Bapbi — Butanın Tximpxu dzonqxaqında keçmiş qevoq. == Coğrafiya == Qevoqun ərazisi 27 km2 idi. Daxilində olan kəndlər dəniz səviyyəsindən 1500–3000 metr yüksəklidə yerləşirdi. Subtropik iqlimə malik idi, yaz ayları isti və nəmli olurdu. İyun, iyul və avqust aylarında ağır yağışlı mussonlar baş verirdi. Qışda iqlim normal səviyyədə olurdu. Tximpxu, Puanakxa və Vanqdi-Pxodranq şəhərlərini birləşdirən yol Bapisa qevoqundan keçirdi. Bapisa qevoqunun qərbində Teopisa qevoqu yerləşirdi. Qevoq Tximpxudan 55 kilometr uzaqlıqda yerləşirdi və ən əlverişli yola malik olan qevoq idi. == İqtisadiyyat == Düyü qevoqun əsas qida mənbəyidir.
Bapisa (qevoq)
Bapisa və ya Bapbi — Butanın Tximpxu dzonqxaqında keçmiş qevoq. == Coğrafiya == Qevoqun ərazisi 27 km2 idi. Daxilində olan kəndlər dəniz səviyyəsindən 1500–3000 metr yüksəklidə yerləşirdi. Subtropik iqlimə malik idi, yaz ayları isti və nəmli olurdu. İyun, iyul və avqust aylarında ağır yağışlı mussonlar baş verirdi. Qışda iqlim normal səviyyədə olurdu. Tximpxu, Puanakxa və Vanqdi-Pxodranq şəhərlərini birləşdirən yol Bapisa qevoqundan keçirdi. Bapisa qevoqunun qərbində Teopisa qevoqu yerləşirdi. Qevoq Tximpxudan 55 kilometr uzaqlıqda yerləşirdi və ən əlverişli yola malik olan qevoq idi. == İqtisadiyyat == Düyü qevoqun əsas qida mənbəyidir.
Bardo (qevoq)
Bardo (dz. བར་ད།, ing. Bardho) — Butanın Jemqanq dzonqxaqında qevoq. == Coğrafiya == Qevoqun ərazisi Jemqanq dzonqxaqının şərqi və bir qədər mərkəzi hissəsində yerləşir. Qevoq 210 km2-lik bir ərazini əhatə edir. Bu qevoq, Çamqxar çayının (ing. Chamkhar Chu) vadisində, çayın şərq sahillərində yerləşir. Qevoqun ərazisinə daxil olan yaşayış məntəqələri arasında dəniz səviyyəsindən ən yuxarıda olanın hündürlüyü 1770 metr, ən şağıda olanın hündürlüyü isə 1050 metrdir. Bardo qevoqu 5 çivoqa – Bardo, Xomşar, Pxulabi, Lanqdorbi və Diqala çivoqlarına bölünür. Qevoqun ərazisində 15 kənd mövcuddur.
Betti DeVos
Yelizavet "Betti" DeVos" (8 yanvar 1958[…]) — Holland əsilli ABŞ siyasətçisi, Miçiqan ştatından iş adamı, filantrop, təhsil fəalı. Bir neçə il Respublikaçılar Partiyası Miçiqan ştatı təşkilatının sədri olub. 23 noyabr 2016-cı il tarixində ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp onu təhsil naziri təyin edəcəyini elan edib.
Devol müqaviləsi
Devol müqaviləsi — Birinci səlib yürüşündən sonra Antioxiya knyazı I Boemund ilə Bizans imperatoru I Alexios arasında 1108-ci ildə imzalanan müqavilədir. Müqavilə günümüzdə "Devol" olaraq bilinən Bizans qalası olan Diabolisdə imzalandığından bu adla tanınır və Antioxiya knyazlığını Bizans İmperiyasının vassal dövlətinə çevirmək məqsədi daşıyırdı. Birinci səlib yürüşünə çıxan Xaçlı ordusu, müsəlman dövlətlərinin üstünə yerimədən əvvəl Konstantinopola toplaşaraq fəth edəcəkləri hər ərazini Bizans İmperiyasına verməyə söz verdilər. Ancaq I Alexiosun keçmiş düşməni Robert Qviskarın oğlu Boemund, Antioxiya knyazlığının özünün olduğunu bildirdi. Alexios Antioxiya knyazlığını tanımadığı üçün Boemund dəstək almaq üçün Avropaya getdi. Alexiosa qarşı müharibə elan etsə də, çox keçmədən təslim olmalı və müqavilə imzalamalı oldu. Boemund, müqavilənin şərtlərinə əsasən imperatora bağlı olmağı, lazım olduqda ordularını Bizans İmperiyasının xidmətinə təqdim etməyi və həmçinin Antioxiyaya bir Yunan patriarxını təyin etməyə razı oldu. Bunun müqabilində isə ona sebastos və duks adı verildi və onun varislərinə Edessa qraflığına getmək hüququ təmin olundu. Müqavilənin ardından Apuliyaya geri dönən və burada ölən Boemundun Antioxiya knyazlığında naib olan qardaşı oğlu Tancred müqaviləsinin şərtlərini rədd etdi. Antioxiya 1137-ci ildə müvəqqəti Bizans hakimiyyəti altında olmasına baxmayaraq, 1158-ci ildə həqiqətən Bizans vassalı oldu.
Devon (ada)
Devon — (ing. Devon Island) — Kanada Arktik arxipelaqına daxil olan iri adalardan biridir. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktaanuk regionuna daxildir. == Coğrafiya == Devon adası Kraliça Yelezaveta adalarının tərkibinə daxildir. Dünyada ən iri yaşayışı olmayan adadır. Sahəsi 55 247 km², sahil xətdinin uzunluğu 3 589 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 27-ci, Kanadada isə 6-cı yeri tutur. Quruluşuna görə Latın "L" hərifinə bənzəyir. Şərqdən qərbə 503 km, şimaldan cənuba 289 km təşkil edir. Ada Lankaster boğazından şimalda yerləşir.
Devon (pornoaktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsi. == Həyatı == Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır. İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır.
Devon Aoki
Devon Aoki (10 avqust 1982, Nyu-York, ABŞ) — amerikalı aktrisa və model. == Filmoqrafiya == Bu Amerikalı aktrisa və top model bir çox filmlərdə çəkilib. Bunlara misal olaraq "Forsaj 2" (ingiliscə: 2 fast 2 furious), "Günahlar şəhəri" (ingiliscə: Sin city), "Müharibə (ing. War), "Mutantların xronikası" filmlərini göstərmək olar. Aktrisa bir çox məşhur müğənnilərin klip çəkilişlərində rol alıb. Qatillər adlı qrupun “Zibilxanalar” adlı mahnısının klipində , 2018-ci ildə - BTS qrupunun “Mənə sərf et” adlı mahnısının klipində rol alıb. == Şəxsi həyatı == Devon 2010-cu ilin iyun ayında Ceyms Beyli ilə nişanlanıb. Cütlüyün 4 uşağı var.
Devon dövrü
Devon dövrü - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövr. Davametmə müddəti ~50 mln. ildir. Əvvəlində kaledon qırışıqlığı nəticəsində yer qabığının geniş sahələrində qalxmalar baş vermiş və onlarda qədim qırmızı qumdaşı formasiyasının böyük qalınlıqlı qırmızı-rəngli laqun-kontinental çöküntüləri toplanmışdır. Orta və gec devonda isə platforma və geosinklinallarda çökəlmə və geniş dəniz transqressiyaları qeyd olunur, bütün dövr ərzində aktiv maqmatik (xüsülə effuziv) fəaliyyət baş vermiş və bəzi regionlarda isə halogen çöküntülər toplanmışdır. Dəniz hövzələrində tünd qırmızı yosunlar, habelə stromatoporatlar və mərcanlar (tabulatideyalar və dördşüalı mərcanlar) rif qurumları əmələ gətirmişdir. Devon dövrü braxiopodların inkişafı geniş vüsət almışdır. Bundan əlavə, qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nəhəng xərçəngəbənzərlər, balıqların bütün sinifləri də geniş yayılmışlar. Gec devonda suda-quruda yaşayanlar meydana gəlmişdir. Bitkilərdən psilofitlər inkişaf etmişdir.
Divok Oriqi
Divok Okot Oriqi (18 aprel 1995[…], Ostende[d], Flamand regionu[d]) — Belçikalı peşəkar futbolçu, İtaliyanın "Milan" klubunda və Belçika milli komandasında hücumçu kimi çıxış edir. == Klub karyerası == Oriqi futbolçu karyerasına "Lill"də başlayıb və 2013-cü ildə peşəkar karyerasında ilk qolunu vurub. Bir il yarım sonra futbolçunu, İngiltərə Premyer Liqa klubu "Liverpul" 10 milyon funt-sterlinq qarşılığında transfer edib və onu 2014–15 mövsümu üçün yenidən "Lill"ə icarəyə verir. Zədələrə görə "Liverpul"da möhkəmlənə bilmir və bir müddət və Almaniyanın "Volfsburg" klubunda da bir il icarədə olur. Oriqi 2018–19 mövsümündə kluba müxtəlif mühüm töhfələr verir və 2019 Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı geri dönüşdə iki qol vurur. O, həmçinin növbəti mövsümdə 2019–20 Premyer Liqasını qazanan "Liverpul"un son 30 il ərzində ilk liqa titulunu qazanan heyətində olur. "Liverpul"da 8 il keçirdikdən sonra, 2022-ci ilin yay transfer pəncərəsində daimi müqavilə ilə İtaliyanın "Milan" klubuna qoşulur.
Eleyalı Zenon
Elealı Zenon (yun. Ζήνων, m. ö. 490 – 430) — qədim yunan filosofu, Eleya məktəbinin təmsilçisi, Parmenidesin şagirdi olmuşdur. == Aporiaları == == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 39-40. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).