Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ziba Qəniyeva
Ziba Qəniyeva (tam adı: Ziba Paşa qızı Qəniyeva; 20 avqust 1923, Şamaxı – 2010, Moskva) — İkinci Dünya müharibəsinin iştirakçısı, snayper, rabitəçi və kəşfiyyatçı. İkinci Dünya müharibəsindı o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib. Ziba Qəniyeva — ilk azərbaycanlı qadın snayperdir. 1941-ci il noyabrın 7-də 3-cü Moskva kommunist şöbəsinin həyətində Qırmızı Meydanda keçirilən paradda iştirak edib. O, düşmənin 21 hərbi qulluqçusunu snayperlə qətlə yetirib. == Həyatı == === Erkən illəri === Ziba Qəniyeva 1923-cü il avqustun 20-də doğulub. Bəzi mənbələrdə onun doğum yeri Şamaxı kimi qeyd olunsa da, "Xalqın şücaəti" layihəsi onun Qazaxıstanın Çimkənd şəhərində, Azərbaycan Sovet Ensiklopediyasında isə Özbəkistanın Gülistan şəhərində doğulmasının qeyd edir. Əslən azərbaycanlı olan atası Paşa Qəniyev müəllim və tərcüməçi idi. Anası isə özbək idi. O, 14 yaşında yetimə çevrilmişdi: 1937-ci ildə onun anasını repressiya etdilər, atası isə Zibanın həyatını xilas etmək üçün, ondan məcburi imtina etdi.
Ziba Ramazanova
Ziba Şaban qızı Ramazanova (1980, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Ziba Ramazanova 1980-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.
Zika virusu
Zika virusu — 1947-ci ildə müəyyən edilib. Onun daşıyıcısı "Aedes aegypti" adlı ağcaqanad növləridir. == Təhlükəsi == Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər. == Əlamətləri == Əlamətləri sırasına yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir. == 2016-cı ildə == Hazırda dünyanın 21 ölkəsində bu virusun qeydə alındığı bildirilir. Latın Amerikası ölkələrinin hökumətləri virusun yayılmasının qarşısını almaq üçün mübarizəyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq.
Birka
Björkö adasındakı Birka (orta əsr mənbələrində Birca) Viking dövründə Skandinaviya ilə Şərqi Avropa və Şərq arasında əhəmiyyətli bir ticarət mərkəzi idi. Björkö, müasir Stokholmdan 30 kilometr qərbdə, Ekerö bələdiyyəsindəki Mälaren gölündə yerləşir. Birka adasında və Adelsö yaxınlığındakı Hovgarden'in arxeoloji yerləri Viking Skandinaviyalıların ətraflı ticarət şəbəkələrini və Avropa tarixinə təsirlərini göstərən bir arxeoloji kompleks meydana gətirir. Ümumiyyətlə, İsveçin ən qədim şəhəri sayılan Birka 1993-cü ildə UNESCO tərəfindən Dünya mirası elan edilib. Birkadakı Vikinq türbəsindən gələn gümüş üzük, bu dövrün Skandinaviyada olan ərəb yazılı ilk üzüyüdür. == Tarix == Birka, ticarəti idarə etmək və genişləndirmək üçün bir padşah tərəfindən qurulmuşdu. Skandinaviyanın ən erkən şəhər yaşayış yerlərindən biridir. Birka, Ladoga (Aldeigja) və Novqorod (Holmsgard) yolu ilə Bizans İmperiyası və Abbasilər Xilafətinə gedən çay və portaj yolundakı Baltik bağlantısı idi. Birka, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən qurulan ilk məşhur xristian icmasının yeri kimi də əhəmiyyətlidir. Birka, həmçinin, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən təsis edilmiş xristian icması kimi tanınırdı.
Nibia
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. == Coğrafiya == Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Zebra
Zebr (lat. Hippotigris) — atlar fəsiləsinin atlar cinsinin Dağ zebri (Equus (Hippotigris) zebr), Səhra zebri (Equus (Hippotigris) grevyi) və Düzənlik zebri (Equus (Hippotigris) quagga) növlərini əhatə edən yarımcins. Zebr və əhliləşdirilmiş atların hibridindən alınan zebrlər zebroid, eşşəklərlə hibridindən alınan zebrlər isə zebrul adlanır. Dağ zebrları onların ən kiçikləridir. Hündürlükləri 118–132 santimetrə, çəkiləri 204–257 kiloqrama çatır. Zebra balaları doğulduqdan 20 dəqiqə sonra yeriyir, 45 dəqiqə sonra isə tullana bilirlər. 3 aylığına kimi bala zebrlar su içməyə getmirlər. Anaları su içməyə gedən zaman onlar erkək zebrların yanında qalırlar. == Adı == Azərbaycan dilindəki zebr sözü rus. зебра (zebra) sözündən gəlib, onnan əvvəl isə Avropa dillərinə qalis.
Ziona
Ziona — (20 iyul 1945 – 13 iyun 2021, Aidjal) Hindistanın Mizoram ştatındakı Baktavnq kəndində yaşayan Ziona Chananın 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var. == Həyatı == Ziona, 181 nəfərlik böyük ailəsi ilə 4 mərtəbəli və 100 otaqlı binada eyni dam altında yaşayır. Ailəsinin bütün kişi üzvləri dülgərliklə məşğuldur. Bir gün bütün dünyanı Hz.İsa ilə birlikdə idarə edəcəklərinə inanan və təxminən 4 min üzvü olan "Chana" adlı ailə məzhəbinin də lideri olan Ziona, "Babam tərəfindən qurulan öz məzhəbimizin varisiyəm. İnancımıza görə, istədiyimiz qədər qadınla evlənə bilərik. Atamın da 7 həyat yoldaşı vardı" deyir. İlk evliliyini 17 yaşında edən Ziona bir il içində 10 dəfə evlənib. Evdə adi bir qazanda 30 toyuq , 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur. Ev işlərinə liderliyi Chananın ilk və ən yaşlı arvadı 69 yaşlı Zathiangi edir. Evin ətrafında dülgər atelyeləri ilə yanaşı axırlar, hin, çəltik tarlası, tərəvəz bağçaları var.
Diuka
Diuka (lat. Diuca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinə aid heyvan cinsi.
Vışka
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. == Yaranma tarixi == 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
FIBA
Beynəlxalq Basketbol Federasiyası (Fransız dili: Fédération Internationale də Basketball Association), geniş şəkildə bilindiyi halıyla FIBA milli basketbol təşkilatların federasiyasındır. Beynəlxalq basketbol yarışmalarını rəhbərlik məsuliyyəti FIBAdədir. Daha əvvəl bilindiyi halıyla Fédération Internationale də Basketball Amateur (yəni FIBA), 1989-cu ildə rəsmi adından Amateur sözünü çıxartmış, ancaq qısaldılmış halını eynilə qorumuşdur. FIBA, beynəlxalq basketbol qaydalarını, istifadə ediləcək əkibməyin və məkanların xüsusiyyətlərini təyin edər, idmançıların ölkələr arası transferlərini nəzarət edər və beynəlxalq hakimlərin proqramlarını nəzarət edər. 200dən çox milli təşkilat federasiya üzvüdür. 1989-cu ildən sonra FIBA beş bölgəyə ayrılmışdır: Afrika, Amerika, Asiya, Avropa və Okeana. == Tarixçə == 1932-ci ildə Cenevrə də qurulmuşdur. İki il sonra Beynəlxalq Olimpiada Komitəsi tərəfindən tanınmışdır. Səkkiz qurucu üzvü bunlardır. Argentina, Çexoslovakiya, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya və İsveçrə.
Çiba
Çiba (yap. 千葉市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Çiba prefekturasının eyniadlı paytaxtı.
Çika
Çika (Zadar, XI əsrin I yarısında – 1095-ci ildən sonra Zadar; Latın: Chicca) – Xorvat mənşəli benedikt monax; Zadarda benedikt monastrı olan Müqəddəs Meri kilsəsinin banisi; Avropada şəxsi istifadə üçün olan ən qədim ibadət kitabı Çikanın dua kitabı adlanan əsərin müəllifi. == Haqqında == O, Dujam və Vekeneqanın qızı, Andrijanın həyat yoldaşı, prior Madinin qohumu idi. Madi tanınmış zadəgan ailəsi idi. Ərinin ölümündən sonra 1096-cı ildə Zadarda ailəsinin köməyi ilə Müqəddəs Meri monastrının əsasını qoydu. Kral Petar (Pyotr) IV Kreşimir monastrı kral müdafiəsinə verdiyinə görə onu öz bacısı adlandırdı. Belə bir genealogiya müzakirə mövzusudur. O Vekeneqanın anası idi.
İzba
İzba - Rusiya, Ukrayna, Belarusiyada meşə ərazilərində tirlərdən tikilən qədim ev. Çöl, gillə zəngin olan ərazilərdə isə mazanka (xata) adlı evlər tikirdilər. == Tarixi == XIII əsrə qədər izba özündə tirdən tikilmiş evləri özündə birləşdirirdi. Bu tirlər torpağın 3-4 metr dərinliyinə qədər basdırılırdı. İlk əvvəl qapılar olmasa da, onu balaca giriş deşiyi əvəz edirdi. Onlar ölçüsü təxminən 0,9-1 metr olan tir cütünün bir- birinə bitişdirilərək və üzərinə pərdə salınan formada idi. İzbanın içərisində daşlardan qurulmuş ocaq olurdu. Tüstünün evdən çıxması üçün deşik yox idi. Bunun belə edilməsinə səbəb ocağa qənaət etmək idi ki, bunun nəticəsində tüstünün istiliyi evdə qalaraq evi isti saxlayırdı. Döşəmə torpaqdan idi və üzərinə su tökülməsi ilə torpaq hamar olur və bərkiyirdi.
Aleksandr Rıbak
Aleksandr İqoreviç Rıbak (belar. Аляксандр Ігаравіч Рыбак; d. 13 may 1986, Minsk, Belorusiya SSR) — Belarus-Norveç müğənnisi, bəstəkarı, skripkaçısı və aktyoru. O, "Fairytale" mahnısı ilə Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və nəticədə 387 xalla ölkəyə müsabiqədə üçüncü qalibiyyətini qazandırmışdır. Avroviziyanın keçmiş səsvermə metodu ilə Rıbakın topladığı səs müsabiqədə rekord göstərici olmuşdur. Onun Fairytales adlı debüt albomu doqquz Avropa ölkəsində Top 20-yə daxil ola bilmiş, Rusiya və Norveçdə isə birincilikdə qərarlaşmışdır. Rıbak 2012 və 2016-cı illərdə Avroviziyada interval aktlarında yer almışdır. O, "That's How You Write a Song" mahnısı ilə Norveçi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Aleksandr Rıbak 13 may 1986-cı ildə Belarusun paytaxtı Minskdə anadan olmuşdur. Onun anası Nataliya Valentinovna Rıbak klassik pianoçu və atası İqor Aleksandroviç Rıbak isə klassik skripkaçıdır.
Babka gymnotrachelus
Çapar xul (lat. Babka gymnotrachelus) — Babka cinsinin bir nümayəndəsidir. == Yayılması == Qara, Azov və Xəzər dənizi hövzələrində yayılmışdır. Sonuncuda Neogobius gymnotrachelus macrophthalmus yarımnövü yaşayır. Şimal hissədə geniş yayılmışdır. Azərbaycan sahillərində Xaçmazdan Abşerona qədər azsaylı və seyrəkdir. == Morfoloji əlamətləri == D VI-VII I (14) 15-18, A I 12-15 (16)-dır. Əmgəyi, peysəri, boğazı, qəlsəmə qapaqlarının bir hissəsi çılpaqdır. Alt çənəsi qabağa çıxmır.Başı böyürlərdən sıxılmışdır və eni hündürlüyündən bir qədər çoxdur. Dodaqları, xüsusən, ağzın künclərində genişlənməmiş üst dodağı ətlidir.
Cephalophus zebra
Cephalophus zebr (lat. Cephalophus zebr) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Equus zebra
Dağ zebri (lat. Equus zebr) — Təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin at cinsindən növ. İki yarımnövə ayrılır: Hartman dağ zebri (Equus zebr hartmannae) və Equus zebr zebr. == Görünüşü == Düzənlik zebrindən qara zolaqlarının daha enli olması ilə fərqlənir. Ağ zolaqlar daha ensiz olduğundan bu zebrlər qara görsənir. Ayaqlarındakı zolaqlar dırnaqlara kimi davam edir. Kütləsi orta hesabla 260-dən 370 kq-a qədər, uzunluğu 2,20 m, kütləsi isə 1,2-1,5 m-ə qədər olur. Hartman dağ zebrinin bir qədər böyük olanlarında digər alt növə nisbətən daha dəqiq qara zolaqları ilə seçilir.
Futaba Kioka
Futaba Kioka (d. 22 noyabr 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 30 qol vurub.
Hinka Zeninay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Hippotigris zebra
Dağ zebri (lat. Equus zebr) — Təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin at cinsindən növ. İki yarımnövə ayrılır: Hartman dağ zebri (Equus zebr hartmannae) və Equus zebr zebr. == Görünüşü == Düzənlik zebrindən qara zolaqlarının daha enli olması ilə fərqlənir. Ağ zolaqlar daha ensiz olduğundan bu zebrlər qara görsənir. Ayaqlarındakı zolaqlar dırnaqlara kimi davam edir. Kütləsi orta hesabla 260-dən 370 kq-a qədər, uzunluğu 2,20 m, kütləsi isə 1,2-1,5 m-ə qədər olur. Hartman dağ zebrinin bir qədər böyük olanlarında digər alt növə nisbətən daha dəqiq qara zolaqları ilə seçilir.
Kiska adası
Kiska adası ((ing. Kiska, aleut. Qisxa) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan ada. Təxminən 35 km uzunluğa və 2,5 ilə 10 km enində malikdir. Adanın sahəsi 277,7 km²-dir. Adanın ən yüksək nöqtəsi Kiska vulkanıdır (1229,4 m). Vulkanda son püskürmə 1964-cü ildə müşahidə edilmişdir. Daimi əhali yoxdur. == Tarix == Ada 25 oktyabr 1741-ci ildə Georg Steller tərəfindən açılmışdır. 1758-ci ilin avqustunda "St.
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Lipka tatarları
Lipka tatarları — Litva tatarları, Lexistanlı tatarlar, Lipkovie, Lipcani və ya Müslimi olaraq da bilinən polşalı tatarlar. 6 əsrlik dövr ərzində hal-hazırkı Polşa, Litva və Belarusun sərhədləri daxilində yaşayan özünəməxsus adətlərə və həyat tərzinə sahib cəmiyyət. Tatarların ilk olaraq Avropa torpaqlarına köç etmələri Qızıl Ordu dövlətindəki qarışıqlıqlardan sonrakı dövrə təsadüf etməkdədir. Qızıl Ordu dövlətində yaşanan daxili çəkişmələr əticəsində tatarların çoxu Şərqi Avropa torpaqlarına köç edərək ilk yaşayış məskənlərini qurmuşdular. Qızı Ordu dövlətində yaşanan daxili çəkişmə nəticəsində Qızıl Ordunun dağılması ərəfəsində tatarlar 1392-1430-cu illər arasında Litva hersoqluğu tərəfindən Vilnus yaxınlarına məskun edilmişdirlər. XIV əsrin əvvəllərində Litvaya yerləşən tatar icmasının ilk üzvləri şamanist dinlərini qorumağa çalışmış v xristian olmayan litvalılar arasında mühacir olaraq yaşamışdırlar. XIV əsrin sonlarına doğru başqa tara köçü də yaşanmış, bu dəfə müsəlmanlar Vytautas tərəfindən Litvaya dəvət edilmişdirlərş Bu tatarlar Vilnus, Trakay, Qrodno və Kaunas çevrəsinə yerləşdirilmiş və sonrasında Reç Pospolitanın bir hissəsi olacaq Böyük Hesoqluğun digər bölgələrinə də yayılmışdırlar. XIV əsrdə başlayan tatar köçləri XVII əsrə qədər durmadan davam etmişdir. XVI əsrdən etibarən ana dillərini itirməyə başlamış olan Lipka tatarları belorusca, litvaca və polyakcanı mənimsəmişdirlər. Belorusiya, Litva və Polşada azınlıq halında yaşamaqda olan Lipka tatarları ABŞ-də da bır sıra yerlərdə yaşamaqdadırlar.