Zebra

Zebr (lat. Hippotigris) — atlar fəsiləsinin atlar cinsinin Dağ zebri (Equus (Hippotigris) zebr), Səhra zebri (Equus (Hippotigris) grevyi) və Düzənlik zebri (Equus (Hippotigris) quagga) növlərini əhatə edən yarımcins. Zebr və əhliləşdirilmiş atların hibridindən alınan zebrlər zebroid, eşşəklərlə hibridindən alınan zebrlər isə zebrul adlanır.

Zebr
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Hippotigris

Dağ zebrları onların ən kiçikləridir. Hündürlükləri 118–132 santimetrə, çəkiləri 204–257 kiloqrama çatır. Zebra balaları doğulduqdan 20 dəqiqə sonra yeriyir, 45 dəqiqə sonra isə tullana bilirlər. 3 aylığına kimi bala zebrlar su içməyə getmirlər. Anaları su içməyə gedən zaman onlar erkək zebrların yanında qalırlar.

Azərbaycan dilindəki zebr sözü rus. зебра (zebra) sözündən gəlib, onnan əvvəl isə Avropa dillərinə qalis. ezebra (vəhşi eşşək, yabanı eşşək) kökündən. Qeyd etmək olar ki, XX əsrdə bu söz Azərbaycan dilinə keçərkən daha çox zebra şəkilində istifadə olunub, amma Azərbaycan dili yazılış qaydaları islahatlarına görə bəzi avropa mənşəli sözlərdən sondaki "a" hərfini yığışdırdılar. Tarixi azərbaycandilli yazılarda isə gurəxər (az-əbcəd. گوره خر‎) sözü işlənirdi, bu da zebra sözü kimi farsca vəhşi eşşək, yabanı eşşək deməkdir.

Zebr ağ zolaqlı atdır.[1] Ümumi ağ-qara zolaqlara malik olmasına baxmayaraq hər üç növ bir-birinə digər atlarla müqayisədə o qədər də yaxın hesab olunmur.

Zebrların zolaqları insanların barmaq izləri kimi bir-birlərindən tam fərqlidir.

İlk əvvəl zebrlər bütün Afrikada yayılmışdılar. Şimali Afrikada hələ qədimdən onlar insanlar tərəfindən qırılmışlar.

Bu gün düzənlik zerblərinə daha çox Sudan, Həbəşistan, Şərqi Afrika savannalarında materikin cənubuna qədər olan ərazilərdə rast gəlinir.

Səhra zebrləri isə Şərqi Afrika, Keniyada, HəbəşistanSomalinin quru savannalarında rast gəlinir.

Dağ zebrləri daha çox yayılmış növdür. O NamibiyaCAR-ın dağlarında bəzən 2000 m-ə qədər yüksəkliklərə qədər hissələrində yayılmışdır.

  1. "Arxivlənmiş surət". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-29.