Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İzübr
İzübr (lat. Cervus canadensis xanthopygus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinin kanada maralı növünə aid heyvan yarımnövü. Yarımnöv ilk dəfə 1869-ci ildə Pekin ətrafında qeydə alınmışdır. Bu yarımnövə əsasən Rusiya (İrkutsk vilayəti, Zabaykal diyarı, Uzaq Şərq), Çin (Şimali Mancuriya) və Koreya ərazisində yayılmışdır.
Zubr
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. == Etimologiya == XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. == Xüsusiyyətləri == Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
İzabo
İzabo — İsraili Avraviziya 2012-də "İzabo" rok qrupu "Time" mahnısı ilə təmsil etdi. Qrup 4 musiqiçidən-Ran Shem-Tov (vokal və gitara), Shiri Hadar (klavir), Jonathan Levy (bas gitara) və Nir Mantzurdan (baraban) ibarətdir.
İzmir
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir. Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
Zebr
Zebr (lat. Hippotigris) — atlar fəsiləsinin atlar cinsinin Dağ zebri (Equus (Hippotigris) zebr), Səhra zebri (Equus (Hippotigris) grevyi) və Düzənlik zebri (Equus (Hippotigris) quagga) növlərini əhatə edən yarımcins. Zebr və əhliləşdirilmiş atların hibridindən alınan zebrlər zebroid, eşşəklərlə hibridindən alınan zebrlər isə zebrul adlanır. Dağ zebrları onların ən kiçikləridir. Hündürlükləri 118–132 santimetrə, çəkiləri 204–257 kiloqrama çatır. Zebra balaları doğulduqdan 20 dəqiqə sonra yeriyir, 45 dəqiqə sonra isə tullana bilirlər. 3 aylığına kimi bala zebrlar su içməyə getmirlər. Anaları su içməyə gedən zaman onlar erkək zebrların yanında qalırlar. == Adı == Azərbaycan dilindəki zebr sözü rus. зебра (zebra) sözündən gəlib, onnan əvvəl isə Avropa dillərinə qalis.
İcub
ICub — humanoid robot konsorsiumu tərəfindən hazırlanmış ing. The RobotCub Project. Əsas elmi məqsədlər kimi, idrak (öyrənilmiş) manipulyasiya (jest, hərəkət simulyasiyası, jest qarşılıqlı təsir), ətraf mühitin, hərəkətin, insan danışmasının birləşmə qavrayışının öyrənilməsi seçilmişdir. Bu roboton yaradılma məqsədi olaraq bütün elm ictimaiyyəti üçün ümumi bir humanoid platformanın yaradılması təklif edilmişdir. Avropa ölkələri, ABŞ, Türkiyə və Yaponiya kimi ölkələrin hər birində müxtəlif laboratoriyalarda təxminən iyirmi iCub var. Hər bir robotun dəyəri versiyaya görə təxminən 250.000 avrodur. == Texniki xüsusiyyətlər == ICub'un hündürlüyü 104 santimetrdir və çəkisi 22 kiloqramdır. Son versiyada robotun 53 dərəcə azadlıq hüququ vardır: Hər əlində 7 ədəd; Hər biləkdə 9; Başında 6; Gövdədə 3; Hər ayağında 6 ədəd.
İzba
İzba - Rusiya, Ukrayna, Belarusiyada meşə ərazilərində tirlərdən tikilən qədim ev. Çöl, gillə zəngin olan ərazilərdə isə mazanka (xata) adlı evlər tikirdilər. == Tarixi == XIII əsrə qədər izba özündə tirdən tikilmiş evləri özündə birləşdirirdi. Bu tirlər torpağın 3-4 metr dərinliyinə qədər basdırılırdı. İlk əvvəl qapılar olmasa da, onu balaca giriş deşiyi əvəz edirdi. Onlar ölçüsü təxminən 0,9-1 metr olan tir cütünün bir- birinə bitişdirilərək və üzərinə pərdə salınan formada idi. İzbanın içərisində daşlardan qurulmuş ocaq olurdu. Tüstünün evdən çıxması üçün deşik yox idi. Bunun belə edilməsinə səbəb ocağa qənaət etmək idi ki, bunun nəticəsində tüstünün istiliyi evdə qalaraq evi isti saxlayırdı. Döşəmə torpaqdan idi və üzərinə su tökülməsi ilə torpaq hamar olur və bərkiyirdi.
Abdullah Zubir
Abdullah Zubir (fr. Abdellah Zoubir, ərəb. عبدالله زوبير‎; 5 dekabr 1991, Lill) — Mərakeş əsilli Fransa futbolçusu, "Qarabağ" klubunun yarımmüdafiəçisi. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynamışdır. == Karyera == === Futzal === Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olan Zubir 6 yaşında futzal oynamağa başlamışdır. === Qrenobl Fut 38 === O, 2011-ci ildə "Qrenobl Fut 38" FK ilə bir müqavilə imzalamışdır. Zubir bu dövrdə 14 oyun keçirmiş və 7 qol vurmuşdur. === İstr və Hibernian === Abdullah Zubir 2013-cü ildə "İstr" FK ilə bir müqavilə imzalamışdır. Zubir həmin ilin avqust ayında Şotlandiyanın "Hibernian" FK-na icarəyə verilmişdir. O, Şolandiya Liqa Kubokunda debütünü 24 sentyabrda "Stranraer" FK-a qarşı keçirmişdir.
Bayındır (İzmir)
Bayındır (türk. Bayındır) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 50 km-dir. İlçənin şimalında Kamalpaşa, qərbində Torbalı, cənubunda Tirə, şərqində Ödəmiş ilçələri, şimal-şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 548 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 40,414 nəfərdir.
Bəydağ (İzmir)
Bəydağ (türk. Beydağ) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 102 km-dir. İlçənin qərbində və şimal-qərbində Ödəmiş, şimal-şərqində və şərqində Kiraz ilçeleri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 172 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 12,340 nəfərdir.
Kamalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Karaburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Kemalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Kiraz (İzmir)
Kiraz (türk. Kiraz) — İzmir ilinin ilçəsi. İzmirin şərqində yer alır. İl mərkəzinə uzaqlığı 142 km-dir. İlçənin qərbində Ödəmiş, cənub-qərbində Bəydağ ilçələri, cənub-şərqində Aydın ili, şərqində və şimalında Manisa ili yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,925 nəfərdir.
Konak (İzmir)
Konak (türk. Konak) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-şərqində Bayraqlı, şərqində Bornova, cənubunda Buca və Qarabağlar, qərbində Balçova ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 24 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 351,572 nəfərdir.
Masanobu İzumi
Masanobu İzumi (d. 8 aprel 1944) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Menderes (İzmir)
Menderes (türk. Menderes) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 18 km-dir. İlçənin qərbində Səfərihisar, şimalında Qaziemir və Qarabağlar, şimal-şərqində Buca, şərqində Torbalı, cənub-şərqində Səlcuq ilçələri, cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 777 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 97,123 nəfərdir.
Miyuki İzumi
Miyuki İzumi (d. 31 may 1975) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Qafqaz zubru
Qafqaz zubru (lat. Bison bonasus caucasicus) — 1927-ci ilə qədər Baş Qafqaz silsiləsinin şimal-qərb meşəliklərində yayılmış, Avropa zubrunun bir yarımnövü. Düzənlik zubrundan nisbətən ölçülərinin kiçikliyinə görə fərqlənir. Buynuzu əyilmə, tüklərinin daha uzun və tünd olması onlar üçün xarakterikdir. Bu yarımnöv insan tərəfindən tükədilmişdir. Onlar əvvəllər şimal-qərbi İran ərazisinə qədər yayılmışdılar. XIX əsrin ortalarında ancaq Kuban çayı ətrafə ərazilərdə 2000 baş olaraq qalmışdı. Sayları insa tərəfindən ovlanması səbəbindn azalırdı. Birinci Dünya müharibəsi sonrası cəmi 500 baş zubr qalmışdı. 1927-ci ilin yayında sonuncu zubrun brakonerlər tərəfindən Aloud dağı ətrafında ovlanması qeydə alınmışdır.
Qarabağlar (İzmir)
Qarabağlar (türk. Karabağlar) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şərqində Buca və Qaziemir, cənubunda Menderes, qərbində Gözəlbağça və Səfərihisar, şimal-qərbində Balçova və Narlıdərə ilçələri yerləşir. İlçənin sahəsi 89 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 480,925 nəfərdir.
Qaraburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Qınıq (İzmir)
Qınıq (türk. Kınık) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində və şimalında Berqama ilçəsi, şərqində və cənubunda isə Manisa ili yerləşir. İlçənin sahəsi 479 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 28,802 nəfərdir.
Siqetiyo İzumi
Şiqeçiyo İzumi (29 iyun 1865 – 21 fevral 1986) — Dünyanın ən uzunömürlü sakinlərindən biri. Şiqeçiyo İzumi 120 il 237 gün yaşayıb. İzumi dünyanın ən çox işləyən insanı adını daşıyır. O, 98 il işləyib. 1986-ci ildə sətəlcəm xəstəliyindən ölüb.
Səlcuq (İzmir)
Səlcuq (türk. Selçuk) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 56 km-dir. İlçənin şimalında Menderes və Torbalı, şimal-şərqində Tirə ilçələri, şərqində və cənubunda Aydın ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 317 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 36,824 nəfərdir.
Time (İzabo)
Time — Eurovision 2012 Mahnı Müsabiqəsində İsraili təmsil edən İsrailin rok qrupu Izabonun mahnısı.