İZMİR

1. измир (город в турции); 2. измирский;
İZLƏTDİRMƏK, İZLƏTMƏK
İZOLƏ: İZOLƏ ELƏMƏK (ETMƏK)
OBASTAN VİKİ
Bayındır (İzmir)
Bayındır (türk. Bayındır) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 50 km-dir. İlçənin şimalında Kamalpaşa, qərbində Torbalı, cənubunda Tirə, şərqində Ödəmiş ilçələri, şimal-şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 548 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 40,414 nəfərdir.
Bəydağ (İzmir)
Bəydağ (türk. Beydağ) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 102 km-dir. İlçənin qərbində və şimal-qərbində Ödəmiş, şimal-şərqində və şərqində Kiraz ilçeleri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 172 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 12,340 nəfərdir.
Kamalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Karaburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Kemalpaşa (İzmir)
Kamalpaşa (türk. Kemalpaşa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində Bornova və Buca, cənubunda Torbalı və Bayındır ilçələri, şimalında və şərqində isə Manisa ili yerləşir. İlçənin sahəsi 681 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 107,556 nəfərdir.
Kiraz (İzmir)
Kiraz (türk. Kiraz) — İzmir ilinin ilçəsi. İzmirin şərqində yer alır. İl mərkəzinə uzaqlığı 142 km-dir. İlçənin qərbində Ödəmiş, cənub-qərbində Bəydağ ilçələri, cənub-şərqində Aydın ili, şərqində və şimalında Manisa ili yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,925 nəfərdir.
Konak (İzmir)
Konak (türk. Konak) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-şərqində Bayraqlı, şərqində Bornova, cənubunda Buca və Qarabağlar, qərbində Balçova ilçələri, şimalında isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 24 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 351,572 nəfərdir.
Menderes (İzmir)
Menderes (türk. Menderes) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 18 km-dir. İlçənin qərbində Səfərihisar, şimalında Qaziemir və Qarabağlar, şimal-şərqində Buca, şərqində Torbalı, cənub-şərqində Səlcuq ilçələri, cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 777 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 97,123 nəfərdir.
Qarabağlar (İzmir)
Qarabağlar (türk. Karabağlar) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şərqində Buca və Qaziemir, cənubunda Menderes, qərbində Gözəlbağça və Səfərihisar, şimal-qərbində Balçova və Narlıdərə ilçələri yerləşir. İlçənin sahəsi 89 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 480,925 nəfərdir.
Qaraburun (İzmir)
Qaraburun (türk. Karaburun) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 60 km-dir. İlçənin cənubunda Urla ilçəsi; qərbində, şimalında və şərqində Egey dənizi yerləşir. İlçənin sahəsi 421 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 10,759 nəfərdir.
Qınıq (İzmir)
Qınıq (türk. Kınık) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 77 km-dir. İlçənin qərbində və şimalında Berqama ilçəsi, şərqində və cənubunda isə Manisa ili yerləşir. İlçənin sahəsi 479 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 28,802 nəfərdir.
Səlcuq (İzmir)
Səlcuq (türk. Selçuk) — İzmir ilinin ilçəsi. İzmirin cənubunda yer alır. İl mərkəzinə uzaqlığı 56 km-dir. İlçənin şimalında Menderes və Torbalı, şimal-şərqində Tirə ilçələri, şərqində və cənubunda Aydın ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 317 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 36,824 nəfərdir.
Tirə (İzmir)
Tirə (türk. Tire) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 64 km-dir. İlçənin şərqində Ödəmiş, şimalında Bayındır, qərbində Torbalı və Səlcuq ilçələri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 716 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 84,804 nəfərdir.
İzmir aqorası
Smirna aqorası və ya İzmir aqorası — Smirna şəhərində (indiki İzmir, Türkiyə) yerləşən qədim Roma aqorası. Eramızdan əvvəl 4-cü əsrdə yunanlar tərəfindən inşa edilmiş aqora eramızdan əvvəl 178-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Roma İmperatoru Mark Avreli onun yenidən qurulmasını əmr etmişdir. Tarixi məkanın qazıntı işləri 1933-cu ildə başlamışdır. 2020-ci ildə Smirna aqorası, "Tarixi liman şəhəri İzmir" proyekti çərçivəsində UNESCO ümumdünya irsi siyahısına əlavə olundu.
İzmir ili
İzmir ili — Türkiyədə il. == İqtisadiyyat == İzmir Türkiyənin kurort şəhərlərindən biridir. == Coğrafiyası == Əsasən dağlıq hissədə yerləşir. Hündürlüyü 2400 metrdir. İqlimi mülayim-istidir. Burada qızıl, gümüş, neft çıxarılır.
İzmir limanı
İzmir limanı və Alsancak limanı — Türkiyənin İzmir şəhərində yerləşən dəniz limanı. İzmir körfəzində yerləşir. == Tarixi == İzmir Osmanlı İmperiyasının əhəmiyyətli liman şəhəri idi və burada ilk tikintilər 1869-cu ildə inşa olunmağa başlandı. Limanın özü 1955-1959-cu illər arasında tikildi. Liman ilk öncə Türkiyə Dəmir Yollarına məxsus idi. 1960-cı ildə isə DenizBank (dəniz işlərinə cavabdeh olan dövlət bankı) tərəfindən alındı. 1 yanvar 1989-cu ildə Türkiyə Dövlət Dəmir Yollarına geri təhvil verildi. 2007-ci ildə limanı özəlləşdirmə prosesi getsə də, hüquqi səbəblərə görə özəlləşdirmə dayandırıldı. 2017-ci ilin mart ayında Mayami limanı ilə qardaşlaşmış olundular. 2018-ci ildə liman infrastrukturu Türkiyə Sərvət Fonduna (türk.
İzmir marşı
İzmir marşı — türk ordusunun Türkiyə İstiqlaliyyət müharibəsində İzmirə girişindən bəhs edən marş. Musiqisinin kimə məxsus olması müzakirəlidir.
İzmir metropoliteni
İzmir metropliteni- Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə fəaliyyət göstərən metro sistemidir. İzmir metropliteninin 20 kilometrlik tək xətt üzərində olan 17 stansiyası vardır. Sistemin ilk mərhələsi olan 10 stansiya Üçyol-Bornova xətti 22 May 2000-ci ildə istifadəyə verilmişdir. Metropolitenin 2016-cı ildə da 105 milyon sərnişini olmuşdur. Xətt üzərindəki son genişləndirmə 27 İyul 2014-cü ildə başa çatmışdır. == Tarixi == İzmir metroppliteninin tikintisinə 1994-cü ilin dekabr ayında başlanmışdır. 1996-cı ilin avqustunda ilk qatar yollarının qurulmasıbaşa çatmışdır. 2000-ci ilin aprel ayında Üçyol-Bornova arasındakı 10 stansiyalıq hissə 2000-ci il mayın 22-də istifadəyə verilmişdir. Qərb tərəfdəki 6 stansiya Üçyol-Fahrettin Altay xətti üçün ilk tender 2005-ci ilin mart ayında keçirilmiş və üç aydan sonra xəttin təməli atılmışdır. İki ildə tamamlanaması planlaşdırılan genişləndirmənin kazılma işlərinə 5 iyul 2005-də başlanmışdır.
İzmir parkı
İzmir parkı – Azərbaycanın Bakı şəhərinin Yasamal rayonunda yerləşən park. Parkda eyniadlı restoran da fəaliyyət göstərir. == Tarixi == Park keçmişdə xalq arasında Pojarnıy parkı kimi tanınırdı, çünki keçmişdə yanğından mühafizə xidmətinin bağçası idi. Bakı ilə İzmir şəhərləri qardaşlaşdıqdan sonra parka İzmir parkı adı verilmişdir. Keçmişdə parkın ərazisində ərik, alma, heyva, tut kimi meyvə ağacları da bitirdi. Meyvə ağaclarından bəziləri hələ də parkda qalıb. 2009-cu ilin fevral ayında İzmir parkında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib və park abadlaşdırılıb. Yenidənqurma işləri may ayında başa çatmışdır. == Xüsusiyyətlər == Bir hektara yaxın ərazini əhatə edən parkda hündürlüyü 8 metr, diametri 14 metr, çəkisi 10 ton olan qranit daşdan və çuqundan hazırlanmış fəvvarə yerləşir. Beş iş rejimi olan fəvvarə 300 lampa ilə işıqlandırılmışdır.
İzmir
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir. Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
Çeşmə (İzmir)
Çeşmə (türk. Çeşme) — İzmir ilinin ilçəsi. İzmirin qərbində yer alır. İl mərkəzinə uzaqlığı 90 km-dir. İlçənin şərqində Urla ilçəsi, şimalında, qərbində və cənubunda Egey dənizi yerləşir. İlçənin sahəsi 285 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 44,363 nəfərdir.
İzmir Körfəzi
İzmir körfəzi (türk. İzmir Körfezi) — Egey dənizinə daxil olan körfəz. Körfəzin cənub-şərq sahilində Türkiyənin ən çox məskunlaşdığı üçüncü şəhəri İzmir yerləşir. Geoloji cəhətdən İzmir çöküntüsünə aiddir. Körfəzdə bir çox ada vardır. Onlardan ən böyüyü Uzunada və Hekim adalarıdır. Urla yarımadası və Uzunada vastəsi ilə İzmir körfəzindən Gülbahçe körfəzi ilə ayrılmışdır. Türkiyənin ən böyük çaylarından olan Gediz şərqdən körfəzə tökülür. Antik dövrdə Germeia körfəzi kimi tanınırdı. Körfəzə giriş Yunanıstanın Lesbos adasından 30 kilometr cənubdandır.
İzmir şəhəri
İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir. Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
Şərafəddin İzmir
Şərafəddin İzmir (1889, Konstantinopol – 6 noyabr 1951, İstanbul) Türk əsgəri. Türk Qurtuluş Savaşının son mərhələsi olan İzmirin qurtuluşu dövründə ilk dəfə bayrağı İzmir Hökumət Sarayına sancdı. == Həyatı və hərbi xidməti == Krımdan kapitan İbrahim bəyin və Maçkalı Zülüfoğullarından Bahriyə Xanımın oğlu olaraq dünyaya gəldi. 1906-cı ildə Hərbi Akademiyaya daxil oldu və 1909-cu ildə leytenant rütbəsi ilə məzun oldu. Məzun olduqdan sonra, 1909–1911 arasında 4. Nümunə Süvari Alayı 4. Bölməyə təyin edildi. 1912-ci ildə süvari qazma təlimatçısı oldu. 1912-ci ildə Balkan müharibələri dövründə Çatalca döyüşlərində iştirak etmişdir. 1913-cü ildə Gelibolu, Lüləburgaz və Bolayırda xidmət etmişdir.
İzmir bombası
İzmir bombası (İzmir ləhcəsində qısaca bomba) və ya ingilis dilli mənbələrdə pralinli içli qurabiyə (ing. Praline Stuffed Cookies) — adətən şokolad yağı ilə doldurulan türk mətbəxinə aid qurabiyə. Qurabiyənin adı onun İzmir şəhərindən gəldiyini ifadə edir. O, ilk öncə İzmirdə yayımlanıb, halbuki Türkiyənin müxtəlif KİV-lərində onun mənşəyi haqqında fərqli məlumat verilir. Google Trends verdiyi məlumata görə, 2020-ci ildə İzmir bombası resepti Türkiyədə 6-cı ən çox axtarılan resept idi. == Tarixi == Şirniyyatın mənşəyi Osmanlı mətbəxində mövcud olan mürəbbəli məcidiyyə adlı ərik mürəbbə ilə doldurulmuş qurabiyədən gəlməsinin deyilir. İzmir bombası sosial şəbəkələrdə geniş şəkildə reklam olduğuna görə yayımlanıb. İzmirin Alsancak məhəlləsində yerləşən "Çelebi Unlu Mamulleri" adlı şirniyyat evi iddia edir ki, qurabiyənin orijinal resepti ona aiddir. == Növləri == Ənənəvi şokoladlı bombasından başqa həmçinin püstəli, kokoslu, karamelli, ağ şokoladlı, albalılı və s. növ bombalar mövcuddur.
Atatürk abidəsi (İzmir)
Atatürk abidəsi (türk. Atatürk Anıtı) — Türkiyənin İzmir şəhərininin Konak ilçəsindəki Cümhuriyyət meydanında yerləşən abidə. Mustafa Kamalın xatirəsinə inşa edilən abidə İstiqlaliyyət müharibəsinin bir simvoludur. Abidənin heykəli İtaliya heykəltəraşı Pyetro Kanonikaya 1929-cu ildə sifariş edilmişdir. 27 iyul 1932-ci il tarixində abidənin rəsmi açılış mərasimi keçirilmişdir.
Atatürk maskası (İzmir)
Atatürk maskası (türk. Atatürk Maskı) — İzmir şəhərində müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün başı formasında beton relyefdən düzəldilmiş heykəl. O, tarixi Kadifekale qalasının cənubunda yerləşir. Onun üzərində işlər 2009-cu ildə tamamlanmışdır. 42 m yüksəklikdə olan Atatürk Maskası Türkiyənin ən yüksək relyef heykəlidir və dünyada onuncu yüksək relyef heykəldir. Meşələr üzərində qurulmuş və ABŞ-da yerləşən Raşmor dağından fərqli olaraq dağın yamacına həkk olunmayıb. Daha dəqiq təsvir etmək üçün dağ kosmik truss sistemini ehtiva edən polad konstruksiyasından ibarətdir. Tamamlanma işləri üç il çəkən maska, Braziliyanın Rio-de-Janeyrodaki İsa Məsihin heykəlindən daha yüksəkdədir. Hava və iqlimin dağıdıcı təsiri ilə əlaqədar təmirçilər kömək üçün təcrübəli alpinistlərə müraciət etmişdilər, çünki kran abidənin bəzi yerlərinə qalxa bilmirdi.
Cucumis sativus var. izmir
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
İzmir Yüksək Texnologiya İnstitutu
İzmir Yüksək Texnologiya İnstitutu (türk. İzmir Yüksek Teknoloji Enstitüsü və ya İYTE) — Türkiyədə universitet; texniki sahə üzrə yüksək səviyyədə təhsil və tədqiqat fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan müasir ali təhsil ocağıdır. == Tarixi və fəaliyyəti == İnstitut 1992-ci ildə Türkiyənin İzmir şəhərində qurulub. Bu gün dünyada ən inkişaf etmiş texniki universitet modeli olan yüksək texnologiya institutlarının Türkiyədəki iki nümunəsindən biridir. Ali məktəbin fakültə və bölmələri, 1994-cü ildə əvvəlcə magistr proqramların açılması ilə fəaliyyətə başlayıb, 1998-ci ildə də isə bakalavr proqramları üzrə tələbə qəbuluna başlanılıb. İzmir Yüksək Texnologiya İnstitutu, qurulduğu gündən 1999-cu ilə qədər İzmir şəhərinin mərkəzində faəliyyət göstərib, 1999-cu ildən etibarən tədricən Urla-Gülbahçedəki şəhərciyə köçürülüb. Təxminən 3500 hektar sahəyə malik olan institutun 132.000 qədər m²-ə yaxın qapalı sahəsində tədris və elmi-tədqiqat işləri uğurla həyata keçirilir. Ali məktəbdə 10 bakalavriatura, 25 magistratura və 12 doktorluq proqramı üzrə kadr hazırlığı həyata keçirilir. Bütün proqramlar üzrə təqribən 1600 nəfəri bakalavr olmaqla 2200 tələbə təhsil alır. İnstitutda tədris ingilis dilindədir.
İzmir gey-paradı
İzmir prayd-paradı (türk. İzmir Onur Yürüyüşü) – hər il Türkiyənin İzmir şəhərində 2013-cü ildən keçirilən prayd-parad və festival. == Tarixi == İzmir prayd-paradı ilk dəfə 2013-cü ildə keçirilmişdir. 30 iyun 2013-cü ildə LGBT tərəfdarları Alsancak limanında toplaşaraq Kipr şəhidləri küçəsi boyunca yürüş etmiş və "Biz Zeki Mürenin əsgərləriyik", "Biz Freddi Merkyurinin əsgərliriyik" kimi şüarlar səsləndiriblər. Lakin 2019-cu ildə İzmir prayd-paradı İzmir hökuməti tərəfindən qadağan olunmuşdur. İzmir Advokatlığı məhkəməyə müaraciət edərək bu qadağanın qanunsuz olduğunu və ləğv olunmalı olduğunu bildirmişdir. Məhkəmə qadağanı qaldırmaq qərarına gəlmişdir. Bu qərardan sonra İzmir prayd-paradı 22 iyun tarixində yeddinci dəfə təşkil olunmuşdur. Buna baxmayaraq, polislərə parada müdaxilə etmiş və 20-dən çox şəxsi saxlamışdırlar.
İzmir prayd-paradı
İzmir prayd-paradı (türk. İzmir Onur Yürüyüşü) – hər il Türkiyənin İzmir şəhərində 2013-cü ildən keçirilən prayd-parad və festival. == Tarixi == İzmir prayd-paradı ilk dəfə 2013-cü ildə keçirilmişdir. 30 iyun 2013-cü ildə LGBT tərəfdarları Alsancak limanında toplaşaraq Kipr şəhidləri küçəsi boyunca yürüş etmiş və "Biz Zeki Mürenin əsgərləriyik", "Biz Freddi Merkyurinin əsgərliriyik" kimi şüarlar səsləndiriblər. Lakin 2019-cu ildə İzmir prayd-paradı İzmir hökuməti tərəfindən qadağan olunmuşdur. İzmir Advokatlığı məhkəməyə müaraciət edərək bu qadağanın qanunsuz olduğunu və ləğv olunmalı olduğunu bildirmişdir. Məhkəmə qadağanı qaldırmaq qərarına gəlmişdir. Bu qərardan sonra İzmir prayd-paradı 22 iyun tarixində yeddinci dəfə təşkil olunmuşdur. Buna baxmayaraq, polislərə parada müdaxilə etmiş və 20-dən çox şəxsi saxlamışdırlar.

Digər lüğətlərdə