Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaktus
Kaktuskimilər (lat. Cactaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Təbii yayılması == Təbiətdə 3 mindən çox kaktus növü var. Əksəriyyəti 500 il yaşayır və iri ölçülərə malik olurlar( hündürlüyə 10 m və eni bir neçə metr) Hazırda təbiətdə olan kaktus növlərinin 2/3 hissəsinə Cənubi Amerikada rast gəlinir. Quraqlıq iqlimin əlverişsiz mühitinə dözmək üçün bunlarda min illər ərzində bir sıra uyğunlaşmalar əmələ gəlmişdir. Onların yarpaqları tikana çevrilmiş və üzəri mum maddəsi ilə örtülmüşdür. Kaktuslar quraqlığadavamlı, həm də işıqsevən bitkilərdir. Gün ərzində onlara 3-4 saat gün işığı düşməlidir. Lakin qızmar günəş kaktusun cavan zoğlarını yandırır, onlar üzərində sarı ləkələr əmələ gəlir. Daha da təhlükəli olan yaz günəşidir.
Kampus
Kampus — müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi və ya şəhərciyidir.
Kanopus
Kanopus spektral A9 tipli parlaq bir nəhəngdir, yəni vizual müşahidələrdə ağ rəngdə görünür. Uzaq cənub göyündə məskunlaşmışdır, 2000-ci ildə koordinatları, meyli − 52 ∘ 41 ′ 44 , ″ 38 {\displaystyle -52^{\circ }41'44,''38} , saat bucağı, 06 h 23 , m 57 , s 110 {\displaystyle 06^{h}23,^{m}57,^{s}110} . == Görünmə dərəcəsi == Cənub yarımkürəsində Kanopus və Sirius eyni zamanda göydə eyni yüksəklikdə müşahidə olunur və yalnız 21 dəqiqə fərqlə meridiana çatır. Daha parlaq olan Kanopus, erkən toranlıqda belə adi gözlə görünə bilir. Kanopus daha çox yay aylarında Cənub yarımkürəsində görünür , 27 dekabrda gecə yarı və 11 fevral saat 9 da kulminasiya edir. 37 ∘ 18 ′ {\displaystyle 37^{\circ }18'} Scənub enliyinə malik nöqtələrdə qütbə yaxın bir ulduz kimi görünür, məsələn, Victoria və Tazmanya, Avstraliya; Auckland və onun cənubu, Yeni Zelandiya; Bahia Blanca, Argentina; Valdivia və Şili, Cənubi Amerika. Kanopus indiyə qədər cənub göyündədir, heç vaxt orta və uzaq şimalda görünmür; nəzəri cəhətdən şimal enliyi 37 ∘ 18 ′ {\displaystyle 37^{\circ }18'} N-dir. Bu yalnız Afinanın cənubuna, Richmond (ABŞ), San-Fransisko, Sevilya və Argentinaya çox yaxındır. Mt Lick Rəsədxanasının demək olar ki, tamlığıdır. Hamilton, Kaliforniya, Kaliforniya, yüksəklik və atmosfer çatışmazlığı nəticəsində asanlıqla görünən və müəyyən dərəcədə müəyyən bir yüksəkliyə qatqı təmin edir.
Kanpur
Kanpur - Hindistanın Uttar Pradeş ştatında yerləşən şəhər. Bu ştatın Allahabad şəhərindən sonra ən böyük 2-ci şəhəridir. Dünyanın isə ən böyük 75-ci şəhəridir. Dəri istehsalında çox əhəmiyyətli yeri olduğundan "Hindistanın dəri şəhəri" və ya sədəcə "Dəri şəhəri" də adlandırılır. Başqa ləqəbi isə "Şərqin Mançesteri"dir.
Kanzas
Kanzas (ing. Kansas) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Topeka şəhəridir.
Kavkas
Kavkas (ing. Caucas) — Qafqaz salnamələrinə görə Qafqaz və ya Kavkasos (gürcü: კავკასოსი Kavḳasosi) adlanır. Bunların Çeçenlərin və İnquşların atası olduğu iddia edildi. Onun hekayəsi XI əsrdə Leonti Mroveli tərəfindən şifahi ənənədən götürülmüş orta əsr gürcü salnamələri "Kartlis tsxovreba" toplusunda izah edilmişdir. Əfsanəyə görə, o, Tarqamosun oğlu idi və buna görə də Xaosun qardaşı Movakos, Lekos (Lezgin xalqlarının əcdadı adlanır), Geros, Kartlos (gürcü xalqının əcdadı kimi tanınır) və Egros onların mənbəyini aldı. Qafqazın oğlu Durdzuk Çeçenlərin və İnquşların atası sayılır. == Şəcərəsi == == Nəvələri == Nax xalqları|Nax (Vaynaxlar) XI əsrin gürcü salnaməçisi Leonti Mroveli fikrinə görə, "Qafqaz" sözü Qafqazdakı Nax xalqlarının əcdadının adından gəlir.
Manaus
Manaus — Braziliyada yerləşən şəhər. Amazonas ştatına daxildir.
Mangus
Manqus
Rankuh
Rankuh — İranın Gilan ostanında yerləşən şəhər.
Şanrus
Şanrus (fr. Chamrousse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Domen və Viziy kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38567. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 1384 ilə 2440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
AUKUS
AUKUS — 15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı. Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, Ağ Evdəki anonim mənbələr bunun Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün hazırlandığını iddia edir. Ancaq İngiltərənin baş naziri Boris Conson daha sonra parlamentdə çıxış edərək, bu addımın Çinə qarşı məqsədli olmadığını söylədi. 17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni "arxadan bıçaqlanma" adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə Fransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbiylə daxili təhlükəsizlik problemləri ilə daha geniş izah etmək olar.
Banks
Banks (Banksın adası, ing. Banks Island) — Kanada Arktik arxipelaqının iri adalarından biri. İnzibati cəhətdən Kanadanı Şimal-Qərb əraziləri vilayətinə daxildir. == Tarixi == Ada 1820-ci Vilyam Parri tərəfindən Cozef Banksın şərəfinə adlandırılmışdır. Robert Mak-Klur bölgəni araşdırarkən (1850–1854) adanı xəritəsində "Berinq adası" adlandırmışdır. == Coğrafiya == Ada Viktoriya (ada)sından şərqdə Uels Şahzadəsi (boğaz), materikdən (cənub) Amundsen körfəzi ilə ayrılır. Onun qərb sahillərini Bofort dənizinin suları yuyur. Şimal-şərqdən Mak-Klur boğazı vastəsi ilə Şahzadə Patrik və Melvill adasından ayrılır. Ərazisi 70,028 km² təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasıda 24-cü yerdə gedir, Kanadanın isə 5-ci adasıdır.
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Kakuy
Kakuy-i Sülfa (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kakuy-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Qanku
Qanku Kişi və ya sadəcə Qanku (岸駒, 1749[…] və ya 1756, Kanazava – 19 yanvar 1839, Kioto) – Yaponiya rəssamı. Kişi rəssamlıq məktəbinin qurucusudur. == Həyatı == Qanku 1749-cu ildə Yaponiyanın Kanazava şəhərində doğulmuşdur. 1784-cü ildə Kioto şəhərində Arisuqava ailəsinin malikanəsində xidmət göstərməyə başlamışdır. Daha sonra imperiya sarayında işləməyə başlamış və həyatının son illərində "Eçizen kamisi" tituluna layiq görülmüşdür. Qanku özünü öyrədən rəssam olmuş və Kano məktəbinin texnikalarını öyrənmişdir. O, Çin rəssamı Şen Tsuandan və Maruyama-Şico məktəbindən təsirlənmişdir. Qankunun stili digər rəssamlıq məktəbləri ilə eklektik olmuşdur. Qankunun oğlu Qantay və onun kürəkəni Qanryo ilə yanaşı, Qanku tərəfindən övladlığa götürülmüş Renzan, Yokoyama Kazan və Şiray Kayo da Kişi məktəbinin rəssamları olmuşdurlar. Bütün bu rəssamlar quş və çiçək rəssamlığında, eləcə də, heyvan rəsmlərində ustalaşmışdırlar.
Akakus dağları
Akakus dağları və ya Tadrart Akakus (ərəb. تدرارت أكاكوس‎ :Tadrārt Akākūs) — Liviyanın qərbində, Böyük Səhranın bir hissəsi olan Qat rayonunun səhrasında bir dağ silsiləsi formalaşmasıdır. Bura Liviyanın Qat şəhərinin şərqində yerləşir və Əlcəzairlə sərhəddən 100 kilometr (62 mil) şimala uzanır. Ərazidə ibtidai icmaya aid qaya təsvirlərinin zəngin bir sırası var. == Tarix == === Etimologiya === Tadrart Bərbər dilində "dağ" ın qadın formasıdır (kişi forması isə adrar-dır). === Qaya təsvirləri === Ərazi qaya təsvirləri ilə tanınır və 1985-ci ildə bu rəsm və oymaların əhəmiyyəti səbəbiylə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Rəsmlərin tarixi e.ə 12000-ci ildən başlayır 100- cü ilə qədər dəvam edərək bölgədəki mədəni və təbii dəyişiklikləri əks etdirir. Təsvirlərdə zürafələr, fillər, dəvəquşular və dəvələr kimi heyvanların, eyni zamanda kişilərin və atların şəkilləri və oymalar var. İnsanlar gündəlik həyatda, məsələn, musiqi və rəqs edərkən təsvir olunmuşdur. === Süd lipidləri === Tadrart Akakus eyni zamanda günümüzdən 7500 il əvvələ aid olan və keramika üzərində emal edilmiş süd lipidlərinin ən erkən göründüyü yerdir.
Akantus (ornament)
Akantus (yun: Ἄκανθος) qədim yunan memarlığında sütun başlarını bəzəmək üçün istifadə olunan bitki fiqurudur. Azəricə adı “ayı pəncəsi” olan akantus, sıx, qalın, silindrik və dik çiçəkli, tikanlı, hündür, ot bitkilərindəndir. Çiçəkləri gözə çarpan olduğundan bəzək bitkisi kimi yetişdirilir. Akantus, ilk əsrlərdən bəri Roma və Bizans başda olmaqla müxtəlif dairələrin sənətinə daxil olan bir bitkidir. Sütun başlıqlarının ayrılmaz hissəsidir. Xüsusilə Aralıq dənizi mühitinin sənətində, müxtəlif materiallarla yarpaq, qıvırcıq və ya rozet formasında olan bir çox tikilidə rast gəlinir. Son antik dövr sənəti və barokko sənətində də tez-tez istifadə edilmişdir. Korinf və kompozit sütun başlıqlarında akantus yarpaqlı bəzək motivinin inkişafını müşahidə etmək mümkündür. Vitruvius bu kapitel janrının meydana gəlməsinin hekayəsindən belə bəhs etmişdir: “Korinfli azad bir qız evlilik yaşında bir xəstəlikdən ölür. Qızın süd anasy, qızın ölümündən sonra həmin qıza həyatda zövq verən bəzi kiçik əşyaları yığaraq, səbətə qoyub qızın qəbrinə aparır; məzarın üstünə qoyduğu səbətin içindəki əşyaların daha uzun müddət ərzində qalması üçün səbətin üstünə bir kafel qoyur.
Canluka Mankuso
Canluka Mankuso (3 fevral 1998-ci ildə Buenos-Ayresdə anadan olub) — Argentina Primyera Diviziyası təmsilçilərindən olan Velez Sarsfild klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Argentinalı futbolçudur. == Klub karyerası == === Velez Sarsfild === Mankuso Velez Sarsfild akademiyası vasitəsilə inkişaf etmişdir. Mankuso öz peşəkar karyerasında debütünü 26 may 2017-ci ildə Leandro Nikeforo klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Velez Sarsfild liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Argentina Superkuboku görüşləri daxildir.
Ceyms Markus
Ceyms Markus (ing. James Marcus) — Böyük Britaniya aktyorudur. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir. Ceyms Markus rejissor Stenli Kubrikin 1971-ci ildə çəkdiyi "Qurulan portağal" filmində Corci rolunu canlandırmış və böyük müvəffəqiyyət əldə etmişdir.
Danaus archippus
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Danaus menippe
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Danaus plexippus
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Erigeron mancus
Erigeron mancus (lat. Erigeron mancus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Jan Mankes
Jan Mankes (15 avqust 1889, Meppel – 23 aprel 1920, Eerbeek) — holland rəssam. İşlədiyi mövzular avtoportretlər, mənzərə, quş və digər heyvanlar olmuşdur. Təhsilini Haaqadakı Kral İncəsənət Akademiyasında almış, Kris Lebau, Jan Şouten və Herman Veldhuisin tələbəsi olmuşdur. Karyerası boyunca təqribən 200 tablo, 100 eskiz yaratmışdır. 30 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Əsərləri Hollandiya’dakı Şerinqa Realizm Muzeyi, Arnhem Müasir İncəsənət Muzeyi və Belveder Heerenven Muzeyində sərgilənir.