Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Makaron
Makaron (it. pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyanca maccherone sözündən keçmişdir. == İstehsalı == 2015–2016 illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln.
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Maxaon
Maxaon (mifologiya) — qədim yunan mifologiyasında məşhur təbib, təbabət tanrısı Asklepin və Epionun oğlu, Apollonun nəvəsi. Maxaon (kəpənək) — əsl yelkənqanadlı cinsinə aid heyvan növü.
Mahan
Mahan — İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,787 nəfər və 4,138 ailədən ibarət idi.
Makaron şirniyyatı
Makaron (fr. macaron, /makaʁɔ̃/) —Yumurtanın ağından, şəkər tozundan, ovulmuş badamlardan hazırlanmış Fransız şirniyyatıdır. == Hazırlanması == Adətən peçenye formasında olub, ikisinin arasına krem və ya cem qoyulur. İtalyanca makaron "dağıtmaq, parçalamaq" mənasındadır. Onun əsas inqrediyenti badam ovuntusudur. Hazır şirniyyatlar yumşaq olub, üzəri hamar olur, ağızda əriyir, müxtəlif dadda olurlar. == Tarixi == Makaronun resepti üzərində daima münaqişələr mövcuddur. Belə ki, elə düşünürlər ki, makaron məhz İtaliyanın Venesiya bölgəsində yaradılıb. Bəzi fərziyyələrdə isə 791-ci ildə Fransanın Kormeri bölgəsində meydana gəlmişdir. Bəzi rəvayətlərə görə şirnini Fransaya İtaliyalı aşbazlar tərəfindən Yekatirina Mediçinin II Henrix ilə nikahından sonra gətirilmişdir.1830-cu ildə makaronları likör ilə təqdim edirdilər.
Marafon döyüşü
Marafon döyüşü — e.ə. 490-cı ilin 12 sentyabrında Afinadan təxminən 42 km uzaqlıqda olan Marafon şəhərində, plateyalıların dəstək verdiyi afinalılarla Datis və Artafernin komandanlıq etdikləri fars qoşunu arasında baş vermiş döyüş. Döyüş farsların şah I Daranın hakimiyyəti zamanı Yunanıstanı özünə tabe etmək cəhdlərinin kulminasiyası idi. Yunan ordusu çoxsaylı farslar üzərində qətiyyətlə qələbə qazandı, bu da Yunan-İran müharibələrində dönüş nöqtəsi oldu. Farsların ilk hücumlarının səbəbi afinalıların İoniya üsyanına müdaxilə etməsi ilə bağlı idi. Afina və Eretriya, fars hakimiyyətini devirməyə çalışan İoniya şəhərlərinə dəstək göndərirdilər. Afinalılar və eretriyalılar Sardis şəhərini ələ keçirmək və yandırmağa nail oldular, lakin sonra onlar böyük itki ilə geri çəkilməyə məcbur oldular. Bu hücuma cavab olaraq, Dara Afina və Eretriyanı yandırmağa and içdi. Herodotun sözlərinə görə, Dara öz yayını götürərək, göyə ox atdı və söylədi: "Zevs! Afinalılardan intiqam almağıma icazə ver!".
Marafon vuruşması

Marafon şəhəri
Marafon (yun. Μαραθών ή Μαραθώνας, q.yun. Μᾰρᾰθών) — Yunanıstanda qəsəbə. Dəniz səviyyəsi yüksəkliyi 33 metrdır, Pendelikonun ətəyi, eyniadlı düzənlikdə, Afinadan 32 kilometr şimal-şərqdə yerləşir. Bura Attika periferiyasının Şərqi Attika periferiya vahidində yerləşən eyniadlı icmanın inzibati mərkəzidir. 2011-ci il əhalinin siyahıyaalınmasına görə əhalisi 7170 nəfərdir. == Tarixi == Qədim Marafon şəhəri dörd şəhər birliyinin hissəsi idi; dem Leontis filasına məxsus idi. Pavsaniyə əsasən, şəhər Marafon adlı qəhrəmanın şərəfinə adlandırılmışdır. Dikearxusa görə, Marafon Arkadiyadan olan Marafın şərəfinə adlandırılmışdır. Miflərdə Marafon, Teseyin tutduğu marafon öküzü ilə tanınır.
Maranon çayı
Maranyon (isp. Marañón) — Peru ərazisindən axan çay. Uzunluğu 2000 km təkil edir, hövzəsinin sahəsi 350 000 km²-dir. Amazon çayının sol qoludur. Çay onda ilk dəfə onda naviqasiyanı təşkil etmiş kapitan Maranyonun şərəfinə adlandırılmışdır. kəşf etmiş mənbəyi Boliviyada Mərkəzi Andın şərq ətəklərində yerləşir. Orta axarlarda axının sürəti 340 m³/san təkil edir. Başlanğıcını Patkoca gölündən götürür, Mərkəzi və Şərqi Andın dərin dərələri ilə axaraq Amazon ovalığına çıxır. Orta su sərfiyyatı 15 600 m³/s təşkil edir. 1000 km məsafədə naviqasiyaya yararlıdır (astanalara qədər).
Marağan (Sərdəşt)
Marağan (fars. مراغان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər. yaşayır (78 ailə).
Marta Sahagun
Marta Sahagun de Foks (Marta María Sahagun Jiménez; Doğum tarixi:10 aprel 1953-cü il) — 2 iyul, 2001 ildə Meksikanın prezidenti Visente Foks ilə evlənəndən sonra, 2006-ci ilə qədər ki prezident ofisi tərk etdi,Meksikanın birinci xanımı oldu.
Papilio machaon
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. == Yayılması == Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Pataqon tinamusu
Pataqon tinamusu (lat. Tinamotis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Typhlodromus machaon
Typhlodromus machaon (lat. Typhlodromus machaon) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus machaon Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Şərif Mahalov
Şərif Mahalov (1939, İlisu, Qax rayonu – 18 dekabr 2020)— həkim, professor. O, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş nevroloqu Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti olmuşdur. == Həyatı == Şərif İslam oğlu Mahalov 15 sentyabr 1939-cu ildə anadan olub. 1964-cü idə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Mahalov 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda "Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1989-1991-ci illərdə kafedranın professoru vəzifəsində çalışıb. Professor Ş. Mahalovun elmi maraq dairəsi çoxşaxəlidir və onun fəaliyyətinin elmi istiqamətinin əsasını neyrogenetika, baş beynin damar xəstəlikləri və epilepsiya təşkil edir. O, Azərbaycanda sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin klinikasını, epidemiologiyasını, genetikasını, biokimyasını və neyrofiziologiyasını hərtərəfli öyrənmişdir. Professor Şərif Mahalov 10 mindən çox insan haqqında məlumat toplamışdır. O, həmçinin unikal xəstələr üzərində müşahidələr aparılmasına nail olub.
Aharon Katsir
Aharon Katsir-Kaçalski (ivr. ‏אהרן קציר‏‎; 15 sentyabr 1913, Lodz, Varşava general-qubernatorluğu[d] – 30 may 1972, Ben-Qurion Beynəlxalq Hava Limanı[d], Mərkəz dairəsi) — biopolimerlərin elektrokimyası üzrə tədqiqat aparan ilk İsrail alimi. 1972-ci ildə Lod Hava Limanında qırğın zamanı həlak olub. == Həyatı == 1914-cü ildə Polşanın Lodz şəhərində anadan olan Aharon Katsir 1925-ci ildə Fələstinə köçür. Burada Yerusəlim Yəhudi Universitetində təhsil alır və ivrit dilində Katsir soyadını götürür. Rexovotda Veysman Elmi İnstitutunun, eləcə də Berkli Kaliforniya Universitetinin tibbi fizika və biofizika departamentinin əməkdaşı kimi fəaliyyət göstərir. 1972-ci ildə Ben-Qurion Hava Limanında 26 nəfərin ölümü, 80 nəfərin yaralanması ilə nəticələnmiş terror aktında həlak olur. Kiçik qardaşı Efrayim Katsir 1973-cü ildə İsrail Prezidenti seçilmişdir. == Mükafatları və xatirəsi == 1961-ci ildə tələbəsi Ora Kedem ilə birlikdə İsrail Mükafatına (təbiət elmləri üzrə) layiq görülmüşdür. İsrail dövləti Katsirin xatirəsinə poçt markası buraxmışdır.
Araqon dili
Araqon dili — İspaniyanın Araqon Muxtar Bölgəsində təxminən 10.000 nəfər tərəfindən danışılan latın dilidir. Dil Ribaqorça bölgəsində Katalon dili ilə qarşılıqlı təsirə məruz qalmışdır. Araqonca Bölgədə İspan dili təsirində qaldığı üçün yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. İkinci dil olaraq bu dildən istifadə edənlərin sayı 30.000 nəfərdir.
Lui Araqon
Lui Araqon (3 oktyabr 1897[…], XVI arondisman (Paris)[d] – 24 dekabr 1982[…], VII arondisman (Paris), Fransa) — fransız yazıçısı, şair, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1957). Sorbonna Universitetində tibb elmini öyrənmiş, Birinci Dünya müharibəsinin (1914–18) iştirakçısı olmuşdur. Fransa KP MK-nın üzvü, müqavimət hərəkatının liderlərindən biri idi. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərmiş ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq etmişdir("Anise…" povesti, 1921). Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası",1924) yazmışdır. "Qırmızı cəbhə" (1931) poemasının, "Ura, Ural" (1934) şeir toplusunun müəllifidir. "Real dünya" (1934–51), "Kommunistlər" (1949–51;1967 ildə yenidən işlənmişdir) romanlarında sosializm ideyalarını təbliğ etmişdir. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirmişdir. "Tamamlanmamış roman" (1956) Lui Araqon yaradıcılığının zirvəsidir.
Mahlon Lumis
Mahlon Lumis (ing. Mahlon Loomis; 21 iyul 1826 – 13 oktyabr 1886) — yer atmosferində yüklü təbəqələrin olması ideyasına əsaslanaraq simsiz rabitə və elektrik enerjisi istehsal edən sistem təklif etməklə tanınan amerikalı diş həkimi və ixtiraçı. == Həyatı == Mahlon Lumis 26 iyul 1826-cı ildə Amerikanın Nyu-York şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Mahlon Lumis simsiz teleqrafiyanın ilk tədqiqatçılarından biridir. Lumis 1872-ci ildə naqilsiz əlaqə üçün dünyada ilk patenti almışdır. Təəssüflər olsun ki, onun aparatlarının çertyojları günümüzə qədər saxlanmayıb. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Maxaon (dəqiqləşdirmə)
Maxaon (mifologiya) — qədim yunan mifologiyasında məşhur təbib, təbabət tanrısı Asklepin və Epionun oğlu, Apollonun nəvəsi. Maxaon (kəpənək) — əsl yelkənqanadlı cinsinə aid heyvan növü.
Maxaon (kəpənək)
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. == Yayılması == Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Maxaon (mifologiya)
Maxaon (yun. Μαχάων) — qədim yunan mifologiyasında məşhur təbib, təbabət tanrısı Asklepin və Epionun oğlu, Apollonun nəvəsi. Dövrünün cərrahı, Yelenanın nişanlısı. O, qardaşı Podaliriylə birlikdə, 30 gəmi ilə Troya uğrunda döyüşə qatılmış, həm döyüşçü, həm də təbib kimi böyük şücaətlər göstərmişdir. Sağlamlıq ilahəsi Higeyanın qardaşı. Aleksanora, Sfira və Polemokratın atası. Karl Linney onun şərəfinə yelkənlilər ailəsindən olan kəpənəyə onun adını - Papilio machaon, 1758 - vermişdir.
Maxaon yelkənciyi
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. == Yayılması == Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Vahaqn Xaçaturyan
Vaaqn Qarniki Xaçaturyan (erm: Վահագն Գարնիկի Խաչատուրյան) (22 aprel 1959, Sisian) — Ermənistan siyasətçisi, 13 mart 2022-ci ildən bəri Ermənistan Respublilasının 5-ci Prezidenti. 2022-ci il martın 3-də yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan parlament tərəfindən ikinci turda Ermənistan Respublikasının 5-ci Prezidenti seçilib. == Həyatı == Vahaqn Xaçaturyan 22 aprel 1959-cu ildə Qarakilsədə (Sisyan) anadan olub. 1975–1980-ci illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. 1980–1981-ci ildə Sovet ordusunda xidmət edib. 1981–1989-cu illərdə İrəvanda "Razdanmaş" İstehsalat Birliyində iqtisadçı işləyib. 1989–1992-ci illərdə "Mars" dövlət müəssisəsində şöbə müdiri, daha sonra baş direktor müavini olub. == Siyasi fəaliyyəti == Vaaqn Xaçaturyan 1992–1996-cı illərdə Yerevan meri və Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri olub. Ter-Petrosyanın istefasından sonra iqtisadi məsələlər üzrə müstəqil ekspert kimi çıxış edib. 1996–1999-cu illərdə parlament deputatı olub.