Lui Araqon (3 oktyabr 1897[1][2][…], Parisin 16-cı dairəsi[d][5] – 24 dekabr 1982[1][3][…], VII arondisman, Fransa[5]) — fransız yazıçısı, şair, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1957). Sorbonna Universitetində tibb elmini öyrənmiş, Birinci Dünya müharibəsinin (1914–18) iştirakçısı olmuşdur. Fransa KP MK-nın üzvü, müqavimət hərəkatının liderlərindən biri idi. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərmiş ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq etmişdir("Anise…" povesti, 1921). Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası",1924) yazmışdır. "Qırmızı cəbhə" (1931) poemasının, "Ura, Ural" (1934) şeir toplusunun müəllifidir. "Real dünya" (1934–51), "Kommunistlər" (1949–51;1967 ildə yenidən işlənmişdir) romanlarında sosializm ideyalarını təbliğ etmişdir. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirmişdir. "Tamamlanmamış roman" (1956) Lui Araqon yaradıcılığının zirvəsidir. Həyatının son illərində "Blanş, yaxud Unutma" (1967), "Anri Matiss" (1971) romanlarını yazmışdır. "Fəxri legion" ordeni ilə təltif edilmişdir (1981). 2Sovet ədəbiyyatları" (1955) kitabının "Şərq-Qərb divanı" zəruriyyəti haqqında" fəsli Azərbaycan ədəbiyyatına həsr olunmuşdur.[6]
Lui Araqon | |
---|---|
fr. Louis Aragon | |
Təxəllüsü | Arnaud Saint Romain[4], Arnaud de Saint-Roman[4], François la Colère[4], Témoin des martyrs[4], Albert de Routisie |
Doğum tarixi | 3 oktyabr 1897[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 dekabr 1982[1][3][…] (85 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | həkim-yazıçı[d], jurnalist, siyasətçi, şair, romançı, incəsənət tənqidçisi[d], Fransa Müqavimət Hərəkatı üzvü, tarixçi |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | dadaizm, sürrealizm |
Janr | poeziya |
Mükafatları |
|
Lui Araqon Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |