Vahaqn Xaçaturyan

Vaaqn Qarniki Xaçaturyan (erm: Վահագն Գարնիկի Խաչատուրյան) (22 aprel 1959[1], Sisian) — Ermənistan siyasətçisi, 13 mart 2022-ci ildən bəri Ermənistan Respublilasının 5-ci Prezidenti. 2022-ci il martın 3-də yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan parlament tərəfindən ikinci turda Ermənistan Respublikasının 5-ci Prezidenti seçilib.[2]

Vaaqn Xaçaturyan
erm. Վահագն Խաչատրյան
Vəzifədədir
13 mart 2022-ci ildən
Baş nazirNikol Paşinyan
ƏvvəlkiAlen Simonyan (s.i.) Armen Sarkisyan
Yüksək texnologiyalar sənayesi naziri
4 avqust 2021 – 12 mart 2022
SonrakıHayk Çobanyan
Ermənistan Respublikası Milli Məclisinin Deputatı
1995 – 1999
İrəvanın icra başçısı
4 dekabr 1992 – 22 fevral 1996
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel 1959(1959-04-22)[1] (65 yaş)
Doğum yeri
Partiya
  • Ermənistan Milli Konqresi[d] (20132017),
  • partiyasız[d]
Təhsili
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Anahit Minasyan
Dini Erməni Həvari kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vahaqn Xaçaturyan 22 aprel 1959-cu ildə Qarakilsədə (Sisyan) anadan olub. 1975–1980-ci illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. 1980–1981-ci ildə Sovet ordusunda xidmət edib. 1981–1989-cu illərdə İrəvanda "Razdanmaş" İstehsalat Birliyində iqtisadçı işləyib. 1989–1992-ci illərdə "Mars" dövlət müəssisəsində şöbə müdiri, daha sonra baş direktor müavini olub.[3]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Vaaqn Xaçaturyan 1992–1996-cı illərdə Yerevan meri və Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri olub. Ter-Petrosyanın istefasından sonra iqtisadi məsələlər üzrə müstəqil ekspert kimi çıxış edib. 1996–1999-cu illərdə parlament deputatı olub. 2007-ci il Ermənistandakı parlament seçkilərində "İmpiçment" blokunu təmsil edib. Bu blokda birləşən partiyaların əsas tələbi həmin vaxt Ermənistan prezidenti olan Robert Köçəryan və baş nazir Serj Sarqsyanın istefası idi. Blokun seçki siyahısının ilk ismi hazırkı baş nazir Nikol Paşinyan olub. 2019-cu ildən 2021-ci ilə kimi V. Xaçaturyan Armekonombank idarə heyətinin üzvü olub. 2021-ci ildə Vaaqn Xaçaturyan yüksək texnologiyalar sənayesi naziri vəzifəsini tutaraq Paşinyan hökumətinin üzvü olub. 2022-ci ilin fevral ayına kimi V. Xaçaturyan Erməni Milli Konqresi Partiyasının üzvü olub, prezident vəzifəsi ona təklif edilən zaman partiyadan istefa verib.[4] 2022-ci ildə Ermənistan prezidenti Armen Sərkisyan istefa verdikdən sonra parlamentdə çoxlu təşkil edən Nikol Paşinyanın "Mənim müqaviləm" fraksiyası bitərəf olan Vaaqn Xaçaturyanı prezidentliyə namizəd kimi təklif edib. 13 mart 2022-ci ildə keçirilən seçkilərin ikinci turunda parlamentin 107 deputatından 71-i iştirak edib və onların hamısı Xaçaturyana səs verib. Beləliklə, Vaaqn Xaçaturyan Ermənistan Respublikasının 5-ci Prezidenti seçilib.[5]

Ermənistanda hansı siyasi proseslərin baş verməsindən asılı olmayaraq, Xaçaturyan həmişə vəzifə sahibi olub. Zamanı, şəraiti düzgün qiymətləndirməyi bacaran şəxs kimi tanınır. O, Qorbaçovun yenidənqurma siyasətinin Ermənistandakı parlaq, aparıcı gənc təbliğatçılarından olub. SSRİ-nin laxladığını hiss edən Xaçaturyan fürsəti əldən verməyərək, milli azadlıq hərəkatına qoşulub, Petrosyanla birlikdə işləyib. 1988-ci ildə Qarabağda erməni separatizmi baş qaldıranda Xaçaturyan seçim qarşısında qalıb. Ya Ermənistanda günü-gündən nüfuzu artan Qarabağ klanına qoşulmalı, ya da bölgədə ikinci erməni dövlətinin yaradılması ideyasını dəstəkləməyən Petrosyanın yanında olmalı idi. O, ikinci yolu seçdi. Vaaqn Xaçaturyan digər erməni siyasətçilərindən fərqli olaraq Azərbaycana qarşı irqçi çıxışlar etməyib, mədəni qonşuluğun tərəfdarı olub. Hətta 1998-ci ildə Petrosyan devriləndən sonra da Xaçaturyan "Qarabağ klanı" ilə əməkdaşlıq etməyib.

Vaaqn Xaçaturyan heç vaxt aktiv siyasi fəaliyyətlə məşğul olmayıb. İrəvanın meri olduğu zaman dövlət mülkiyyətinin özəlləşdirimləsində mühüm rol oynayıb. Odur ki, erməni oliqarxları arasında onun böyük nüfuzu var. Xaçaturyan prezident seçilənə qədər Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri idi. Nazir kimi onun qarşısına qoyulan əsas tələblərdən biri də Ermənistanda yeni hərbi PUA-lar və PUA-lardan müdafiə qurğuları yaratmaq idi. Lakin Ermənistanın milyonlarla dollara başa gələn PUA istehsalı proqramı tamamilə uğursuzluğa düçar olub.[3]

  1. 1 2 http://www.parliament.am/deputies.php?sel=details&ID=449&lang=eng.
  2. "Ermənistanın yeni prezidentinin andiçmə tarixi açıqlanıb". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
  3. 1 2 "Ermənilər yeni prezidentə niyə "İngiltərə kraliçası" deyir?". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
  4. "БErmənistanın yeni prezidenti Vaaqn Xaçaturyanın bioqrafiyası". TASS. 2022-03-03. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-05.
  5. "Ermənistanın yeni prezidenti: o kimdir və nə etmək niyyətindədir?". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.