Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləkər
Ləkər — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 206 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi həmin rayondakı Şiləvar kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimi ləkər/ləgər (dağ ətəyində çökəklik) və ya lüəkər (yarğanlı yer) sözləri ilə əlaqələndirirlər. Kəndin adı ərazidən axan eyniadlı çayın adından götürülmüşdür.
Meyer
Meyer dovşanalması
Məmər
Məmər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Adlandırmada yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi əsas rol oynamışdır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.
Məskər
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Peker
Pekər, Peker — ad, soyad.
Pekər
Pekər, Peker — ad, soyad.
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Alfred Meyer
Dr. Alfred Meyer (5 oktyabr 1891, Göttingen – 11 aprel 1945) nasist zabiti idi. Avropada İkinci Dünya Müharibəsinin sonunda, ölümünə qədər Staatssekretär və Reyx işğalı altındakı Şərq regionları Nazirliyinin (Reichministerium für die Besetzten Ostgebiete və ya Ostministerium) nazir idi. Həm də toponomiyanı öyrənən bir arxeoloq idi. == Gənclik == Meyer Göttingen şəhərində bir hökumət rəsmisinin oğlu olaraq anadan olub. 1911-ci ildə Soesti bitirib Gimnaziyada oxudu. 1912-ci ildə Infanterieregiment 68 (Koblenz) ilə bir Fahnenjunker (hərbi tələbə) oldu. 1913-cü ildə zabit imtahanından keçdi. Birinci Dünya Müharibəsi dövründə iki dəfə Dəmir Xaç medalı qazandı. Qərb cəbhəsində Infanterieregiment 363 qoşununun tərkibində döyüşdü.
Con Meyer
John Clayton M. (16 oktyabr 1977, Bricport, Konnektikut) — amerikan musiqiçi. Konnektikut kökənlidir. 1997-ci ildə Atlanta şəhərinə köçdü. Burada istedadını inkişaf etdirmə fürsəti tapdı və fanat kütləsi yığdı. İlk iki studiya albomu olan Room for Squares ilə Heavier Things böyük ajiotaj yaratdı və multi-platinum statusu əldə etdi. 2003-cü ildə "Your Body Is a Wonderland" ilə ən yaxşı pop vokalist nominasiyası üzrə Qremmi mükafatına layiq görüldü. Stand-up komediya, dizayner ve yazıçılıq fəaliyyəti də Meyerin karyerasının bir parçasıdır. Başda Esquire olmaqla bəzı jurnallarda məqalələr dərc edir. Eyni zamanda, "Back to You" dərnəyinə bağlı olaraq filantropik aksiyalarda ve qlobal istiləşmə ilə mübarizə tədbirlərində iştirak edir.
Cırıltılı Təkər
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Echinops meyer
Echinops meyer (lat. Echinops meyer) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Hakan Peker
Hakan Peker (5 fevral 1961, İstanbul) — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Ən yaxşı mahnıları sırasında "Bir Efsane" mahnısını göstərmək olar. == Həyatı == Sənət həyatına Seyyal Taner və Deniz Erkanatın yanında rəqqas olaraq başlayan Hakan Peker 1981-ci ildə Türkiyə Rəqs Çempionatında birinci yeri tutdu. TRT 1 kanalının əyləncə proqramlarında və müxtəlif yerli və xarici konsert təşkilatlarında iştirak etdi. 1989-cu ilin aprel tarixində ilk albomu işıq üzü gördü. "Bir Efsane" adını daşıyan albomla eyni adı daşıyan çıxış mahnısı hit oldu. 1990-cı ildə çıxardığı "Şüşədən Şüşəyə" (Camdan Cama) adlı albomu sənətçiyə istədiyi müvəffəqiyyəti qazandıraraq onu məşhurlaşdırdı. "Şüşədən Şüşəyə" mahnısı eyni il Sinan Özen tərəfindən də səsləndirilmişdi. Bu albomların ardından müxtəlif albomlar çıxarmış və Türkiyədə məşhur olmuşdur.
Lukas Meyer
Lukas Meyer (isv. Lukas Meijer; d. 21 avqust 1988, Stokholm, İsveç) — İsveç müğənnisi, rok musiqiçisi, gitaraçı və bəstəkar. O, polyak DJ Gromee ilə birlikdə "Light Me Up" mahnısı ilə Polşanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2013-cü ildən etibarən Lukas İsveçin No Sleep For Lucy rok qrupunda vokalist olaraq fəaliyyət göstərir. 2018-ci ildə qrupun Until the End adlı debüt albomu işıq üzü görmüşdür.
Meyer dovşanalması
Meyer dovşanalması (lat. Cotoneaster meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == 100-dən çox növü Avropa, Asiya, Şimali Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan, kənarları bütöv yarpaqlı kollardır. Çiçəkləri xırda, ağ və ya açıq çəhrayıdır. Meyvəsi çox xırda, unlu, qırmızı və ya qara, 2-4 toxumlu almadır. == Ekologiyası == Quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqazda, Talışda təbii halda rast gəlinir. == İstifadəsi == Canlı hasarların tərtibatında, yamacların bərkidilməsində, meşə-bağlarda peyvənd kimi istifadə edilir.
Meyer dəvəayağı
Limonium scoparium (lat. Limonium scoparium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinin dəvəayağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 40-80 (100) sm olan çılpaq çoxillik bitkidir. Kökü yoğun, odunlaşmış, qısa budaqlı kaudekslidir. Bozumtul-yaşıl rəngli yarpaqlarının hamısı kökyanı, uzunluğu 6-20 (35) sm, eni 4-7 (10) sm enli elliptik və ya tərs yumurtavaridir. Çoxsaylı çiçək saplaqları süpürgəvari-budaqlıdır. Qısa sünbülcüklər şəklində yığılan çiçəkləri, cəm olaraq süpürgəvari çiçəkqrupu əmələ gətirir. Sünbülcüklər xırda, 2-4 çiçəklidir. Tacı əlvan bənövşəyidir. Avqust-oktyabr aylarında çiçəkləyir və meyvə verir.
Meyer qaramurdarçası
== Ümumi yayılması == Qafqaz, Orta Asiya (Kopetdağ), Yaxın Şərq və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Talış zonasında yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir.NT. == Bitdiyi yer == Dağ yamaclarında və çayların kənarlarında bitir. == Təbii ehtiyatı == Təbiətdə arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Dairəvi çətirli, 5 m-ə qədər hündürlükdə ağac və ya koldur. Yaşlı budaqları bozumtul-qonur rəngdə olur. Yarpağın hər iki tərəfi xırda tükcüklüdür. Yarpaq saplaqları yarpaq ayasından 5-8 dəfə qısadır. Yarpaqlarının uzunluğu 3,5-9 sm, eni 1,3-4,5 sm olub, nazik, üstü parlaq yaşıl, alt tərəfi daha açıq, hər iki tərəfdən çıxıntılı, uzunsov-ellipsvarı və ya oval-ellipsvarıdır. Bitki işıq və susevəndir.
Meyer qızılçətiri
Qəşəng qızılçətir (lat. Centaurium pulchellum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü.
Meyer yemişanı
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 3–4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Meyer yulğunu
Meyer yulğunu (lat. Tamarix meyeri) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Хəzər dənizi ətrafında təsvir еdilib. İranda, Balkanda, Kiçik Asiyada, Qafqazda, Оrta Asiyada, Aralıq dənizi ölkələri ətrafında təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan iri kоldur. Gövdəsinin qabığı bоz və ya qоnur-bоz rəngdədir. Birillik zоğları yaşılımtıl rənglidir. Yarpağı хətvari-lansеtvaridir. Çiçəyi 4-5 üzvlü, ləçəkləri ağ və ya çəhrayı rənglidir. Еrkəkciyi 4-6 ədəddir, çiçək tacı ilə еyni səviyyədə yеrləşir.
Qolda Meyer
Qolda Meir (ivr. ‏גולדה מאיר‏‎; 3 may 1898[…], Ukrayna, Kiyev quberniyası, Rusiya imperiyası – 8 dekabr 1978[…], Qüds) — İsrailli müəllimə, siyasətçi, İsrailin Xarici işlər (1956–1966) və ilk Baş naziri. (1969–1974). O, İsrailin ilk və yeganə qadın hökumət başçısı, Yaxın Şərqdə ilk qadın hökumət başçısı və dünyada dördüncü seçilmiş qadın hökumət və dövlət başçısı idi. Meir həm də əmək naziri və xarici işlər naziri vəzifələrində çalışmışdır. O, İsrail siyasətinin "dəmir xanımı" kimi xarakterizə edilmişdir. O, sadəlövh və inandırıcı bir natiq kimi bir reputasiyaya sahib idi. Onun natiqlik bacarığı və ingilis dilini bilməsi onu yeni İsrail dövlətinin kritik ilk illərində son dərəcə uğurlu bir dövlət xadimi etdi. == Həyatı == Qolda Maboviç Meyer 1898-ci il dekabrın ayının 8-də Rusiya imperiyasının Kiyev şəhərində anadan olub. Atası Moşe İshaq Maboviç dülgər, anası Blyum Maboviç tibb bacısı idi.
Qəhvəyi şəkər
Qəhvəyi şəkər,patoka (melassa) olması səbəbiylə fərqli qəhvəyi rəng ilə saxaroza şəkəri məhsuludur.Qəhvəyi şəkər saflaşdırılmamış və ya qismən saflaşdırılmış yumşaq şəkər ki şəkər kristalları və qalıq melassa məzmunundan ibarətdir və ya saflaşdırılmış ağ şəkərə melassa əlavə olunması ilə istehsal olunur. == Xarici keçidlər == New Scientist. I'm Sweet Enough 21 January 2006.
Riçard Meyer
Riçard Meyer (12 oktyabr 1934-cü il) — ABŞ-lı memar. Fəaliyyətini hələ də davam etdirməkdədir. 1984-cü ildə Pritsker mükafatını qazanmışdır. == Həyatı == Riçard Meyer Nyu-Cersi ştatının Ntuark şəhərində doğuldu. Memarlıq təhsilini Kornell Universitetində aldı. 1959-ci ildə SOM (Skodmore, Ouings və Merrill) memarlıq firmasında qısa bir müddət çalışdıqdan sonra Marsel Breuer ilə üç il işlədi. 1963-ci ildə Nyu-Yorkda öz memarlıq ofisini açdı. Adı 1972-ci ildə "Nyu-York Quintet" qrupunun bir üzvü olduqdan və Kaliforniya ştatının Los-Anceles şəhərində inşa edilən Getti Mərkəzi ilə məşhurlaşdı. Riçard Meyerin dizaynlarının çoxunda XX əsrin ortalarından fəaliyyət göstərmiş memarların təsirləri müşahidə olunur. Riçard Meyerin dizaynlarında təsirlərini əks etdirdiyi digər memarlar arasında Miys Van der Roh, Frank Lyoyd Rayt və Luis Barraqandır (rənglərin istifadəsi istisna olmaqla).
Rəcəb Pekər
Mehmet Rəcəb Pekər (5 fevral 1889, Konstantinopol – 2 aprel 1950, İstanbul) — Türk hərbçi və siyasət adamı. Dağıstandan Anadoluya köçmüş bir Ləzgi olan Mustafa bəyin oğludur.1931–1936 illəri arasında Cümhuriyyət Xalq Partiyası Ümumi katibi qismində, Atatürk və İnönünün yanında rejimin "üçüncü adamı" olaraq seçildi Faşist İtaliya və Nazı Almaniyasına yaxın bir siyasəti müdafiə etdi. 7 Avqust 1946–10 Sentyabr 1947 tarixləri arasında baş nazirlik etdi.1 aprel 1950 tarixində İstanbulda vəfat etdi. Məzarı Ədirnəqapı Şəhidliyidir.Milliyəti ləzgidir..
Sedat Peker
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.