Riçard Meyer

Riçard Meyer (12 oktyabr 1934[1][2][…], Nyuark, Nyu-Cersi) — ABŞ-lı memar. Fəaliyyətini hələ də davam etdirməkdədir. 1984-cü ildə Pritsker mükafatını qazanmışdır.

Riçard Meyer
Richard Meier
Şəxsi məlumatlar
Doğum tarixi (90 yaş)
Doğum yeri Nyuark, Nyu-Cersi, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Təhsili
  • Kornell Universitetinin Memarlıq, İncəsənət və Planlaşdırma Kolleci[d]
İşləri və nailiyyətləri
Əsas tikililəri Yüksək İncəsənət Muzeyi, Getti Mərkəzi
Üzvlüyü
Mükafatları
Pritsker mükafatı
Pritsker mükafatı
, AMİ qızıl medalı.
www.richardmeier.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riçard Meyer Nyu-Cersi ştatının Ntuark şəhərində doğuldu. Memarlıq təhsilini Kornell Universitetində aldı. 1959-cu ildə SOM (Skodmore, Ouings və Merrill) memarlıq firmasında qısa bir müddət çalışdıqdan sonra Marsel Breuer ilə üç il işlədi. 1963-cü ildə Nyu-Yorkda öz memarlıq ofisini açdı. Adı 1972-ci ildə "Nyu-York Quintet" qrupunun bir üzvü olduqdan və Kaliforniya ştatının Los-Anceles şəhərində inşa edilən Getti Mərkəzi ilə məşhurlaşdı.

Riçard Meyerin dizaynlarının çoxunda XX əsrin ortalarından fəaliyyət göstərmiş memarların təsirləri müşahidə olunur.

Riçard Meyerin dizaynlarında təsirlərini əks etdirdiyi digər memarlar arasında Miys Van der Roh, Frank Lyoyd Rayt və Luis Barraqandır (rənglərin istifadəsi istisna olmaqla). Dünya memarlıq tarixində, xüsusilə Aralıq dənizi bölgəsində, İspaniyada, cənubi İtaliyadaYunanıstanda olduqca məşhur istifadə edilən ağ rəng Riçard Meyerin ən çox istifadə etdiyi rəngdir.

1984-cü ildə Pritzker mükafatını qazanan Riçard Meyer 2008-ci ildə Amerika Memarlar İnstitutunun verdiyi qızıl medal ilə mükafatlandırıldı.

Riçard Meyer eyni zamanda Nyu-York Beşliyindən biri olan memar və nəzəriyyəçi Peter Eysenmanın ikinci dərəcədə əmi oğlusudur.

Tanınmış layihələri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Richard Meier // Kunstindeks Danmark (dan.).
  2. Richard Meier // Encyclopædia Britannica (ing.).