Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miskal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. == Ümumi məlumat == Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Mokap (Mortal Kombat)
Mokap (ing. Mokap) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Mokap personajı Conni Keycin yaxın dostudur.
Dioskal
Dioskal (mac. Dióskál) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Meşkan
Meşkan — İranın Fars ostanının Neyriz şəhristanının Poştkuh bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,630 nəfər və 1,196 ailədən ibarət idi.
Meşkat
Meşkat — İranın İsfahan ostanının Kaşan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,960 nəfər və 1,299 ailədən ibarət idi.
Misqal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. == Ümumi məlumat == Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Moskva
Moskva (rus. Москва) — Rusiya Federasiyasının paytaxtı, ölkəsinin federal əhəmiyyətli şəhəri, Mərkəz Federal Dairəsinin inzibati mərkəzi və Moskva vilayətinin (tərkibinə aid olmasa da) mərkəzi. (2019) əhalisi ilə bu göstəriciyə görə Rusiyanın ən böyük şəhəri və subyektidir. Ərazisi bütövlüklə Avropada yerləşən şəhərlər içərisində ən çox əhaliyə maikdir, əhalisinin sayına görə dünya şəhərlərin onluğuna daxildir, dünyanın ən böyük rusdilli şəhəridir. == Adı == Müasir Azərbaycan dilində işlənən Moskva sözü ruscada işlənən eyni tələffüzlü alınmadır. Şəhər Moskva çayının adına qoyulub. Tarixi Azərbaycan mənbələrində isə Məsko, Məskov (az-əbcəd. مسکو‎), Mosqov (az-əbcəd. مسقو‎), Mosqova (az-əbcəd. موسقوا‎) şəkillərində qeyd olunmuşdur.
Mossad
Mossad (ivritcə: המוסד למודיעין ולתפקידים מיוחדים) — kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən İsrail xüsusi xidmət orqanı. İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad dünyanın ən effektiv və peşəkar işçi heyətlərindən birinə malikdir. 1949-cu il 13 dekabr tarixində yaradılmış, mərkəzi ofisi Təl-Əviv şəhərində yerləşir. İşçilərinin sayı 1200 nəfərə çatır. Rəhbərlərinin adı əvvəllər məxfi saxlanılsa da, XX əsrin 90-cı illərindən etibarən rəsmi şəkildə elan olunur. 2005-ci ildən etibarən Mossadın rəhbəri Meir Daqandır. Rəhbər birbaşa Malik Ab məruzə edir. İsrailin digər xüsusi xidmət orqanları: AMAN-hərbi kəşfiyyat xidməti (Rəis - Aharon Zeevi) Şin Bet (Şabak adı ilə də tanınır, (Şerut bitahon klali - "ölkədaxili təhlükəsizlik xidməti") ölkədaxilində təhlükəsizlik işlərinə cavabdehdir. == Struktur quruluşu == Dəqiq məlum olmasa da səkkiz şöbədən ibarət olması güman edilir: Toplanış bölməsi — ən böyük bölməsidir. Bütün casusluq əməliyyatları məhz bu şöbədən idarə olunur.
Mostar
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Məşkül
Məşkül (fars. مشكول‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (36 ailə).
Kokal
Kokal (q.yun. Κώκαλος) — yunan mifologiyasında personaj. Mikena kitabələrində ko-ka-ro (Kokal) adına rast gəlinir. Kokal Siciliyada Kamik və ya İnikanın hakimi olmuşdur. O, siklopların məhv edilməsindən sonra Siciliyanı idarə etmişdir. O,sikanların padşahı olmuşdur. Kokal padşah Minos səbəbilə Kritdən qaçan Dedalı qəbul etmişdir. Aristofanın "Kokal" komediyasının baş qəhrəmanıdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === «Мифы Древней Греции. Словарь-справочник.» EdwART, 2009 год.
Masal
Masal — İranın Gilan ostanında yerləşən şəhər. Masal əhalisinin əksəriyyətini talışlar təşkil edir.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədi ilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsi ilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Mokap
Mokap (ing. Mokap) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Mokap personajı Conni Keycin yaxın dostudur.
Mosul
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. == Tarixi == Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. == Ümumi məlumat == Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Abraham Foksal
Abraham Foksal (ing. Abraham Foxall; 1874 – 1950) — hücumçu mövqeyində oynamış İngiltərə futbolçusu. == Karyerası == 1899-cu ildə "Liverpul" komandasında "Derbi Kaunti" klubuna qarşı 1 oyunda meydana çıxmışdır, oyun "Liverpul"un 2–0 hesablı məğlubiyyəti ilə bitmişdir.
Arbat (Moskva)
Arbat — Moskvanın tarixi mərkəzində təxminən 1 km uzunluqlu piyada küçəsidir. Arbat küçəsi XV əsrin sonlarında salınıb və bu da onu Moskvanın bu günə gəlib çıxmış ən qədim küçələrindən biri edir. Moskvanın Arbat rayonunun mərkəzi hissəsini təşkil edir. Əvvəllər küçə ticarət yolunun bir hissəsi idi və bir çox sənətkarlar burada yaşayırdı. XVIII əsrdə rus zadəganları Arbatı Moskvanın ən nüfuzlu yaşayış sahəsi hesab edirdilər. Napoleonun Moskvanı işğalı ilə əlaqədar 1812-ci ildə baş vermiş böyük yanğınla, demək olar ki, tamamilə məhv edildi və bundan sonra küçənin yenidən qurulmasına ehtiyac yarandı. XIX əsrin sonu və XX əsrdə kiçik zadəganların, sənətkarların və alimlərin yaşadığı yerə çevrildi. Sovet dönəmində isə bir sıra yüksək vəzifəli dövlət məmurları Arbatda yaşayırdılar.
Blez Paskal
Blez Paskal (19 iyun 1623[…] – 19 avqust 1662[…], Paris, Fransa krallığı) — fransız dahisi, riyaziyyatçısı, fiziki, filosofu və yazıçısı. Eyni zamanda böyük bir riyaziyyatçı olan Torriçelli (Torricelli) təxəllüsü ilə əsərlər yazan və ilk hesab maşınını icad etmiş olan Paskalın ən məşhur əsəri ölümündən sonra yayımlanmış olan "Düşüncələr"dir. 1642-ci ildə fransız fiziki, riyaziyyatçı və filosof Blez Paskal (Blaise Pascal) tərəfindən ilk mexaniki hesablama qurğusu yaradılmışdır. Ədədlərin üzərində toplama əməliyyatı aparan bu cəmləyici maşın Paskalina (Pascalina) adlanırdı. Paskal bu qurğunu vergi işçisi olan atasının hesablama işlərini asanlaşdırmaq üçün hazırlamışdı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == "Düşüncələr" əsəri == O 1654-cü ildə dini bir təcrübə yaşamış, hayatının bundan sonraki dövrünə, elmi fəaliyyətdən çox, din və Allah haqqında mübahisələr aparmışdır. Başqa sözlə, Paskal deist bir hümanizmin, rasional bir şübhəciliyin ve sərbəst düşüncənin hakim olduğu bir zamanda və cəmiyyətdə, Allahın və İlahi qüvvənin gərəkliyini və gücünü göstərmək istəmişdir. Descartes'ı həm qəbul edən həm də təkmilləşdirən, Dekardın riyazi üsulun istifadə sahəsini genişləndirmək istədiyi yerdə, riyazi üsulun digər sahələrə uyğunlaşdırılması ve yararı mövzusunda şübhəci bir münasibət sərgiləyən Paskal, bu üsulun teolojiyle də, metafiziklə də bir əlaqəsi olmadığını demişdir. Soyut, analitik ve tümdengelimsel düşünen ağıl, Paskala görə, Allahın varlığını sübut edə bilməz.
Cessika Muskat
Cessika Muskat (ing. Jessika Muscat; 27 fevral 1989) və ya sadəcə Cessika — Malta müğənnisi və aktrisası. O, Cenifer Breninq ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Cessika Muskat daha öncə 2009-cu ildən 2016-cı ilə kimi hər il Maltanın Avroviziya üçün təşkil etdiyi milli seçim turlarında iştirak etmiş, lakin heç vaxt qələbə qazana bilməmişdir. O hal-hazırda Maltada yayımlanan Dostlar və düşmənlər (malta Ħbieb u Għedewwa) teleserialında Emma rolunu canlandırır.
Emi Paskal
Emi Bet Paskal (ing. Amy Beth Pascal) — amerikalı biznesmen və film istehsalçısı. 2006-cı ildən 2015-ci ilə qədər Sony şirkətində işləmişdir. Paskal 2016-cı ildə Pascal Pictures şirkətini qurmuşdur. == Şəxsi həyatı == Paskal keçmiş müxbir Bernard Ueinraub ilə 1997-ci ildə evlənmişdir. Oğulları ilə birlikdə Los-Anceles şəhərinin Brentvud ərazisində yaşayırlar.
Eten Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Etyenn Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Fiskal kəsir