Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anklav
Anklav (ing. Enclave) — Bir dövlətin ərazisinin hamısı başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunmasına anklav deyilir, lakin sahib olduğu dövlətə münasibətdə bu eksklav adlandırılır. Misal üçün Naxçıvan Muxtar Respublikası bir dövlətlə əhatə olunmadığı üçün onu heç bir dövlətin anklavı adlandırmaq olmaz . Buna görə də Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının eksklavıdır. == Anklavda yerləşən dövlətlər == == Dünyada olan anklavların siyahısı == Anqola — Kabinda Azərbaycan — Naxçıvan Muxtar Respublikası, Kərki, Yuxarı Əskipara və Barxudarlı, Sofulu Banqladeş — Kook Behar Belçika — Baarle-Hertog Bruney — Temburong Şərqi Timor — Oecussi-Ambeno Hindistan — Cooch Behar İtaliya — Campione d'Italia Almaniya — Büsingen am Hochrhein Qırğızıstan — Barak Malavi — Likoma Adası Oman — Musandam və Madha Rusiya — Kalininqrad İspaniya — Ceuta, Llivia və Melilla Tacikistan — Vorukh və Kayragach BƏƏ — Nahva ABŞ — Alyaska , Alburgh , Vermont , Minnesota Şimali Kipr Türk Respublikası — Ərənköy Özbəkistan — Shohimardon, Qal'acha və Khalmion == Poluanklav == Okeana çıxışı olan və dövlətin əsas ərazisindən kənarda yerləşən ərazilər poluanklav adlanır. Rusiyanın Kalininqrad vilayəti, Anqolanın Kabinda əyaləti poluanklav hesab olunur.
Baqlad
Baqlad (mac. Baglad) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Daklar
Daklar, Daçiyalılar və ya Daçlar (İngiliscə tələffüz: [ˈdeɪʃənz]; Latınca: Daci, Yunanca: Δάκοι Δάοι, Δάκαι) — Tarakiyalılar ilə əlaqələrinin mövcudluğu bilinən, yaxud da Trakiyalılara mənsub olan qədim Hind-Avropa xalqı. Daklar Qara dənizin qərbindəki Karpat dağları ətrafında yerləşən Daçyan zonasının qədim sakinləridirlər. Bu əraziyə müasir Rumıniya və Moldova ərazilərindən əlavə olaraq, Ukraynanın bəzi hissələri, Şərqi Serbiya, Şimali Bolqarıstan, Slovakiya, Macarıstan və Cənubi Polşa da daxildir.
Laklar
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışlar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Naxlar
Vaynaxlar (rus. Вайнахи; çeç. вайн нах; inquş вей нах "bizim xalqımız") və ya Çeçen-İnquşlar — Şimali Qafqazın vaynax dillərində danışan xalqları- çeçenlər, inquşlar və kistlər və onlarla əlaqəli olan tarixi və az sayıda etnik azlıqlar bura daxildir. Naxlar - Sovet dönəmində nax dillərini daha böyük çərçivədə araşdırmaq üçün Gürcüstanda etnik azlıq olan batsların da vaynaxların tərkibinə qatılması nəticəsində ortaya çıxan termindir.
Pallad
Pallad (IV əsr, İsgəndəriyyə – V əsr, İsgəndəriyyə) — sonuncu bütpərəst şair-epiqrammatist. == Həyatı == Ellin mədəniyyətinin tərəfdarı və xristian intibahının əleyhdarı olan Pallad öz ideyalarının məhdudluğunu görür: "Xoşbəxtlik gətirən tale bədbəxt olmuşdur". Pallad dövrünün mükəmməl epiqrammçısıdır. Müasirləri onun xatirəsini əziz tutaraq ona "Meteor" təxəllüsü vermişdilər.
Saklar
Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri. == Etimologiyası == Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər».
Akkad
Akkad dövləti və ya Akkad padşahlığı — Cənubi Mesopotamiyanın(İkiçayarası) şimalında Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Akkad şəhəri İkiçayarasının zəngin şəhərlərindən, Akkad dövləti isə regionun qüdrətli dövlətlərindən idi. Babilin sami əhalisinin yaşadığı şəhərlərdən biri. == Tarixi haqqında == Akkad dövlətinin yaradıcısı I Şarri-kin (akkad:Şarrumkenu) olmuşdur. O, e.ə. 2316–2261 illərdə bu dövlətin çarı olmuşdur. Yunanlar ona Sarqon deyirdilər. O sami olmuşdur və Kiş şəhərinin çarı Ur-Zababanın bağbanı vəzifəsində çalışırdı. Ur-Zababa Umma şəhərinin çarı tərəfindən savaşda məğlub edildiyindən sonra, bilinməyən səbəblər nəticəsində (əfsanəyə görə tanrıca İştarın himayəçiliyinin nəticəsində Sarqon çarlığı ələ keçirmişdi. Çar olandan sonra o, Kişdən Akkad şəhərinə köçmüş və onu ölkəsinin baş şəhəri elan etmişdir.
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } == Sözün mənası == "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. == Kodlarda == Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
Baklan buxtası
Baklan buxtası, və ua Mançjur — Böyük Pyotr körfəzinə daxil olan çoxsaylı buxtalardan biri. Yapon dənizi akvatoriyasına daxildir. XIX əsrin 80–90-cı illərdən "Mançjur" kononer qayığının şərəfinə adlandırılmışdır. Hazırkı ad 1972-ci ildə Uzaq Şərqdə çin mənşəlli adların dəyşdirilməsi zamanı qoyulmuşdur. Su səthinin sahəsi 22,7 km² təşkil edir. == Coğrafiyası == Baklan buxtası Klerka yarımadasının sonucunda yerləşən burunla Bryusa yarımadasında yerləşən Çirok burnu arasında qəralaşır. Buxtanın çıxacağında iki ada yerləşir: Sibiryakov və Antipemko. Cənub-qərb sahillərini Klerka yarımadasının şimal-şərq sahilləri təşkil edir. Şimal-şərq sahilləri qumlu çimərlikdən ibarətdir. Burada Poyma çayının mənsəbi yerləşir.
Bican Pakzad
Bijən Pakzad (4 aprel 1944, Tehran, İran - 16 aprel 2011, Kaliforniya, ABŞ) — İran əsilli amerikalı dizayner. == Həyatı == Bijən Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-yə köçüb, Los-Ancelesdə məskunlaşıb. Dizaynerin Malib, Nyu-York, Milan və Florensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub. Bijən Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ-nin sabiq prezidentləri Barak Obama, Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsenegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bijən Pakzaddan Rusiya Prezidenti Vladimir Putin, Bruney Sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.
Bijən Pakzad
Bijən Pakzad (4 aprel 1944, Tehran, İran - 16 aprel 2011, Kaliforniya, ABŞ) — İran əsilli amerikalı dizayner. == Həyatı == Bijən Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-yə köçüb, Los-Ancelesdə məskunlaşıb. Dizaynerin Malib, Nyu-York, Milan və Florensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub. Bijən Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ-nin sabiq prezidentləri Barak Obama, Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsenegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bijən Pakzaddan Rusiya Prezidenti Vladimir Putin, Bruney Sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və "Microsoft" şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.
Ernesto Laklau
Ernesto Laklau (isp. Ernesto Laclau; 6 oktyabr 1935, Buenos-Ayres – 13 aprel 2014, Sevilya) — Argentinalı siyasi nəzəriyyətçi, postmarksist, həyat yoldaşı Şantal Muff ilə birlikdə yazdığı Hegemoniya və Sosialist Strategiya kitanının müəllifi. Hər ikisi 1960-cı illərin sosial və tələbə hərəkatlarının üzvü olmuşlar, ancaq öz nəzəriyyələrində ənənəvi marksizmin iqtisadi determinizmini və sinfi mübarizə üzərində siyasəti inkar etmişdirlər. Öz nəzəriyyəsini diskursiv və post-strukturalist ənənəyə əsaslandıraraq, yeni sol populist hərəkatlarına (o cümlədən də Türkiyədə HPD-yə) ideoloji təsir göstərmişdir. == Əsərləri == 1985-ci ildə yazdıqları Hegemoniya və Sosialist Strategiya kitabı yeni solçu hərəkatlar ilə sosial və gender hərəkatlarını birləşdirməyə çağırır. Sosialist inqilab əvəzinə radikal demokratiya və aqonistik plüralizm ideyalarını dəstəkləmişlər. Tarixi materializmin yerinə Laklau diskursiv və dil strukturlarını qoymuşdur. Öz nəzəriyyəsində Laklau Mişel Fukonun diskurs və güc nəzəriyyəsinə əsaslanırdı. Daha sonra Laklau öz kitablarında Jak Lakanın psixoanalizinə müraciət edir və siyasi subyektivliklər, kimlik kimi məsələlərdə fantaziyaların və hisslərin rolunu izah edir. Yeni sol populist hərəkatları neoliberal hegemoniyanı dağıtmaları üçün işçi sinfi və digər qrupların hisslərinə müraciət etməyin vacibliyini izah edir.
Hikari Nakade
Hikari Nakade (d. 6 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Narlar (Urmiya)
Narlar (fars. نرلر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (32 ailə).
Niklas Laustsen
Niklas Laustsen (30 avqust 1992) — Danimarkalı peşəkar kişi BMX velosipedçisi. Niklas Laustsen Danimarkanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Niklas Laustsen 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.404 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu.
Niklas Stierlin
Niklas Stierlin (22 yanvar 2000-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Stierlin Kayserlautern akademiyası vasitəsilə inkişaf etmişdir. Stierlin öz peşəkar karyerasında debütünü 26 iyul 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Brumanı əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 26 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Niklas Süle
Niklas Süle (3 sentyabr 1995, Frankfurt-Mayn, Hessen) — Bundesliqa təmsilçilərindən olan Bayern Münhen klubunda və Almaniya milli futbol komandasında müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar Almaniya futbolçusu. == Klub karyerası == Süle futbolçu karyerasına Rot-Veyb Valldorf klubunda start vermişdir. 2006-cı ildə Süle Ayntraxt Frankfurt klubuna transfer olmuşdur. 2008–09 mövsümünün sonunda Süle klubu tərk etmişdir. O, Darmştadt klubu ilə müqavilə imzalamış, yarım il sonra isə 1899 Hoffenhaym klubuna keçmişdir. 2017-ci ilin yanvar ayında Süle Bayern Münhen klubu ilə müqavilə imzalamışdır. Süle Hoffenhaym klubu ilə Bundesliqada debütünü 11 may 2013-cü ildə Hamburq klubuna qarşı oyunda etmişdir. O, görüşə ilk on birlikdə start vermiş və 81-ci dəqiqədə Andreas Lüdviq ilə əvəz olunmuşdur. Hoffenhaym həmin görüşdə 4–1 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Süle Almaniya U-17 millisi ilə 2012 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Paris-Saklay
Paris-Saklay İle-de-Fransada Saclay yaxınlığındakı texnologiya və elm parkıdır. Buraya tədqiqat institutları, ali təhsil müəssisələri (grandes écoles) olan iki böyük Fransa universiteti və həmçinin özəl şirkətlərin tədqiqat mərkəzləri daxildir. 2013-cü ildə Technology Review Paris-Saclay-ı dünyanın ən yaxşı 8 tədqiqat qrupu sırasına daxil edib. 2014-cü ildə o, Fransanın elmi tədqiqat potensialının demək olar ki, 15%-ni təşkil edirdi. İlk yaşayış məskənləri 1950-ci illərə təsadüf edir və 1970–2000-ci illərdə ərazi bir neçə dəfə genişlənir. Hazırda bəzi obyektlərin köçürülməsi də daxil olmaqla bir neçə kampus inkişafı layihələri həyata keçirilir. Ərazidə hazırda Avropanın ən böyük yüksək texnologiyalı şirkətlərinin bir çoxu, həmçinin iki ən yaxşı Fransa universiteti, Paris-Saclay Universiteti (CentraleSupélec, ENS Paris-Saclay, …) və Paris Politexnik İnstitutu yerləşir. (Fransa Politexnik Məktəbi, Télécom ParisTech, HEC Paris …). ARWU 2020 reytinqində Paris-Saclay Universiteti riyaziyyat üzrə dünyada 14-cü, fizika üzrə dünyada 9-cu yerdədir (Avropada 1-ci). Məqsəd Silikon Vadisi və ya Kembric, MA kimi digər yüksək texnologiyalı rayonlarla rəqabət apara biləcək beynəlxalq elm və texnologiya mərkəzi yaratmaq üçün klasteri gücləndirmək idi.
Klad
Klad — əcdadın və nəslin davamçılarının təşkil etdiyi qrupdur. == Xarici keçidlər == Evolving Thoughts: Clade DM Hillis, D Zwickl & R Gutell. "Tree of life". An unrooted cladogram depicting around 3000 species.
Akkad (şəhər)
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor ), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Akkad dili
Akkad dili – Mesopotamiya və Assuriyanın qədim yerli əhalisinin dilidir. E.ə. III minillikdə Orta-aşağı və Aşağı Mesopotamiyada şumer dili ilə bərabər yayılmışdır. E.ə. II minillikdə Dəclə çayının sahilboyu-nun və Mesopotomiyanın bütün əhalisi assiriya dilindən istifadə etmişlər. Diaxronoloji və coğrafı baxımdan akkad dilləri 5 dialektə bölünür: köhnə akkad (E.ə. III minillik), köhnə Vaviliyon və köhnə Assiriya (b.e.ə. II minillik), yeni vavilion (e.ə. 10–5-ci əsrlər), yeni assiriya (E. ə. 10–7-ci əsrlər), Vavilyondan sonrakı dövr (E.ə.
Mustafa Akkad
Mustafa Akkad (ərəb. مصطفى العقاد‎, ing. Moustapha Akkad; 1 iyul 1930, Hələb – 11 noyabr 2005[…], Amman) — Suriya əsilli ABŞ kinorejissoru və kinoprodüseri. == Həyatı == Mustafa Akkad 1930-cu ildə anadan olmuşdur. 19 yaşında Kaliforniya Universitetində teatr təhsili almaq üçün Los-Anceles-ə getmişdir. Tanınmış ABŞ kinorejissorlarının yanında təcrübə keçmişdir. Dünyada ən çox "Allahın elçisi Məhəmməd" və "Səhra aslanı Ömər Muxtar" filmlərinin rejissoru, "Hellovin" ("İfritələr bayramı" silsiləsinin 8 filmin) prodüseri kimi tanınmışdır. Ən tanınmış filmi olan "Allahın elçisi Məhəmməd" Məhəmməd peyğəmbərin həyatından bəhs edir. Filmdə baş rol olan Həmzə roluna tanınmış Hollivud aktyoru Entoni Kuinn çəkilmişdir. Mustafa Akkadın "Allahın elçisi Məhəmməd" filmi qədər uğur qazanan ikinci filmi Ömər Muxtar haqqında çəkdiyi "Çöl aslanı" olmuşdur.
Nahad Əliyev
Nahad Əliyev - 1966-1993-cü illərdə Azərbaycan Sovet Ensiklopediyasında məsul katib və Universal ensiklopediyalar üzrə baş redaktor vəzifəsində çalışıb.1994cü ildən “Azərbaycan” nəşriyyatının baş redaktoru. == Həyatı == Əliyev Nahad Məmməd Bağır oğlu - 1942-ci il noyabr ayının 15-də Bakı şəhərində anadan olub. 1959-cu ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetin geoloji-coğrafiya fakültəsinə daxil olub, 1964-cü ildə bitirib. Həmin ilin dekabrında təyinatla Xaçmaz rayonunun Qusarçay orta məktəbində müəllimlik edib. 1966-cı ilin yanvar- may aylarında Hidromeliorasiya institutunda kiçik elmi işçi, həmin ilin avqustundan isə Azərbaycan Sovet Ensiklopediyasında kiçik redaktor işləyib. 1966-cı ilin noyabrından 1967-ci ilin dekabrınadək ordu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra, 1968-ci ilin yanvarından yenidən Azərbaycan Sovet Ensiklopediyaya işə qəbul olunaraq redaktor ,”Qeoloqiya və coğrafiya ”şöbəsinin elmi redaktoru, böyük elmi redaktor,“İllüstrasiya və kartoqrafiya” redaksiyasının müdiri, məsul katib, Universal ensiklopediyalar üzrə baş redaktor vəzifəsində çalışıb. 1993-cü ilin may ayından Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Öyrətmən” nəşriyyatında redaksiya müdiri, 1994-cü ildən “Azərbaycan” nəşriyyatının baş redaktoru olub. 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası yaradılıb. R.Rzanın baş redaktorluğu dövründə işıq üzü görən "Yaşıl ensiklopediya" (1970 il) böyük mübahisə doğurduğundan, qısa zaman ərzində ləğv olunub.