Ernesto Laklau

Ernesto Laklau (isp. Ernesto Laclau; 6 oktyabr 1935, Buenos-Ayres13 aprel 2014[1], Sevilya) — Argentinalı siyasi nəzəriyyətçi, postmarksist, həyat yoldaşı Şantal Muff ilə birlikdə yazdığı Hegemoniya və Sosialist Strategiya kitanının müəllifi. Hər ikisi 1960-cı illərin sosial və tələbə hərəkatlarının üzvü olmuşlar, ancaq öz nəzəriyyələrində ənənəvi marksizmin iqtisadi determinizmini və sinfi mübarizə üzərində siyasəti inkar etmişdirlər. Öz nəzəriyyəsini diskursiv və post-strukturalist ənənəyə əsaslandıraraq, yeni sol populist hərəkatlarına (o cümlədən də Türkiyədə HPD-yə) ideoloji təsir göstərmişdir.

Ernesto Laklau
Doğum tarixi 6 oktyabr 1935(1935-10-06)
Doğum yeri
Vəfat tarixi 13 aprel 2014(2014-04-13)[1] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Təhsili
Fəaliyyəti filosof, universitet müəllimi[d], sosioloq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1985-ci ildə yazdıqları Hegemoniya və Sosialist Strategiya kitabı yeni solçu hərəkatlar ilə sosial və gender hərəkatlarını birləşdirməyə çağırır. Sosialist inqilab əvəzinə radikal demokratiya və aqonistik plüralizm ideyalarını dəstəkləmişlər. Tarixi materializmin yerinə Laklau diskursiv və dil strukturlarını qoymuşdur. Öz nəzəriyyəsində Laklau Mişel Fukonun diskurs və güc nəzəriyyəsinə əsaslanırdı.

Daha sonra Laklau öz kitablarında Jak Lakanın psixoanalizinə müraciət edir və siyasi subyektivliklər, kimlik kimi məsələlərdə fantaziyaların və hisslərin rolunu izah edir. Yeni sol populist hərəkatları neoliberal hegemoniyanı dağıtmaları üçün işçi sinfi və digər qrupların hisslərinə müraciət etməyin vacibliyini izah edir.

  • Politics and Ideology in Marxist Theory (NLB, 1977)
  • Hegemony and Socialist Strategy (совместно с Шанталь Муфф) (Verso, 1985)
  • New Reflections on the Revolution of our Time (Verso, 1990)
  • The Making of Political Identities (редактор) (Verso, 1994)
  • Emancipation(s) (Verso, 1996)
  • Contingency, Hegemony, Universality (совместно с Джудит Батлер и Славоем Жижеком) (Verso, 2000)
  • On Populist Reason (Verso, 2005)
  • Elusive Universality (Routledge, 2008)
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.