Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cennifer Parilla
Cennifer Parilla (d. 9 yanvar 1981; Nyuport-Biç, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən batut gimnastı. Cennifer Parilla, 2000 və 2004-cü illərdə Birləşmiş Ştatları Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Cennifer Parilla, 2000-ci ildə Birləşmiş Ştatların bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Parilla, 60.70 xal topladı və 12 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Cennifer Parilla növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Parilla, 52.70 xal topladı və 16 idmançı sırasında 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Paprika
Paprika (Amerika ingiliscəsində daha çox /pəˈpriːkə/, ingilis ingiliscəsində daha çox /ˈpæprɪkə/) qurudulmuş və üyüdülmüş qırmızı bibərdən hazırlanmış ədviyyat. Ənənəvi olaraq çili bibərini də əhatə edən Lonqum qrupunda saplaqlı bibər sortlarından hazırlanır, lakin qırmızı bibər üçün istifadə edilən bibərlər daha yumşaq olur və daha incə ətlidir. Bəzi dillərdə, lakin ingilis dilində deyil, paprika sözü ədviyyatın hazırlandığı bitki və meyvəyə, həmçinin Qrossum qrupuna daxil olan bibərlərə (məsələn, bolqar bibəri) aiddir.
Perilla
Perilla (lat. Perilla) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Perilla toxumlarında 40-54% tez quruyan (yod ədədi 181-206) texniki yağ və 28 %-ə qədər zülal vardır.Perilla yağının quruma qabiliyyəti kətan yağına nisbətən yüksək-dir. Ona görə də boya və lakların hazırlanmasında istifadə edilir. Tətbiq olunduğu sahədə elastiklik yaradır və çatlar əmələ gətirmir. Perilla yağı aviasiya, gəmiqayırma, avtomobil, elektrotexnika, poliqrafiya və b. sənaye sahələrində işlədilir. Perilla yağı çox yaxşı izolyasiya xüsusiyyətinə malikdir. Perilla yağı hopdurulmuş parça və kağızdan sukeçirməyən plaş və başqa şeylər hazırlanmasında istifadə edilir. Perilla yağı əczaçılıqda və işıqlandırmada lampa yanacağı kimi (his vermədiyinə görə) istifadə edilir.
Varilla
Varilla (lat. Varilla) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Parik
Parik (fr. perruque) — parçaya tikilmiş süni taxma saç == Haqqında == Pariklərdən teatr incəsənətində və şou-biznesdə geniş istifadə olunur. == Tarixi == Dəb tarixində parik sivilizasiyanın gəlişi ilə praktik olaraq yaranır. Qədim şərq dövlətlərində onun istifadəsi haqqında Qədim Misir, Assiriya, Babilistan, Səhnədə səs effektləri yaradan işçi, Akkad və s. O, hakimiyyətin atributu idi. Pariklərin birinci məlum təsvirləri Qədim Misirin sülaləsinin III (3-cü) əsrin sonuna aiddir. Təxminən 2600-cü ilə qədər. Qədim Misirdə pariklər təmiz qırxılmış başlarda olurdu. Pariklərin istehsalı üçün xurma palmasının lif ilə cildlənmiş insan saçları istifadə olunurdu.
Parla
Parla — İspaniyanın Madrid rayonunda yerləşən şəhərdir. Şəhərin ümumi əhalisi 164182+ nəfərdir.
Gennadiy Padalka
Kolşəkilli perilla
Kolşəkilli perilla (lat. Perilla frutescens) - perilla cinsinə aid bitki növü.
Nataliya Partıka
Nataliya Dorota Partıka (pol. Natalia Dorota Partyka, 27 iyun 1989-cu il Qdansk, Polşa) — Polşa stolüstü tennisçisi, Avropa çempionatının üçqat qalibi, Paralimpiya Oyunlarının beşqat çempionu (2004, 2008, 2012 və 2016), Paralimpiya oyunları arasında dəfələrlə dünya və Avropa çempionu. 2008-ci ildə 5-ci dərəcəli Polşanın İntibah Ordeninə, 2013-cü ildə isə 4-cü dərəcəli ordeni ilə təltif edilmişdir. Sağ qolu, dirsəkdən aşağısı olmadan anadan olmuşdur və adi yarışlara birgə (yaş və ya digər məhdudiyyət olmadan) əlil idmançılar üçün yarışlarda iştirak edir. Üç Olimpiya Oyunlarının (2008, 2012 və 2016) və beş Paralimpiya Oyunlarının (2000, 2004, 2008, 2012, 2016) iştirakçısıdır. == Bioqrafiyası == Partıka stolüstü tennis üzrə ilk beynəlxalq medalını 1999-cu ildə Əlillər üçün Dünya Çempionatında qazandı. 11 yaşında ikən 2000-ci ildə Sidneydə keçirilən Paralimpiya Oyunlarında iştirak edərək Paralimpiya Oyunlarının ən gənc iştirakçısı oldu. 2004-cü ildə Afinada keçirilən Paralimpiya Oyunlarında komanda hesabında gümüş, tək kateqoriyada isə qızıl medal qazandı. Elə həmin il Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) təşkil etdiyi Yeniyetmələrin Avropa çempionatında iki qızıl medal qazandı. Son yarış əmək qabiliyyətlərini itirən üçün nəzərdə tutulmuşdu.
Olmo Parrilya
Paprika (anime)
Paprika (パプリカ, Papurika) — 1993-cü ildə Yasutaka Tsutsui tərəfindən yazılmış eyniadlı kitabın əsasında çəkilmiş 2006-cı il istehsalı tammetrajlı animesi. == Məzmun == Yaxın gələcəkdə ixtira edilmiş yuxu maşını insanlara bir birinin yuxularına girmək imkan verir. Bu maşın oğurlanır və onu qaytarmaq lazım. == Qəbulu == === Mükafatları və nəmizədləri === Paprika aşağıdaki mükafatları və nəmizədləri almış: == Film adaptasiyası == 2010-cu ildə Volfqan Petersen rejessorluğu ilə animenin film adaptasiyası hazırlanırdı. Fəqət, həmin il oxşar məzmunlu Başlanğıc filmi üzə çıxandan sonra filmin hazırlanması haqqında hər hansı sa yeni məlumat olmayıb.
Paprika (dəqiqləşdirmə)
Paprika — tozlu ədviyyat; "Paprika" — film; "Paprika" — tammetrajlı anime.
Parıldaq arılar
Parıldaq arılar lat. Chrysididae-Hazırda dünya faunasında 200-ə yaxın növü məlumdur (Tobias, 1978). == Biologiyası == Chrysidoidea fəsiləüstü İki fəsilədən ibarətdir: Cleptidae və Chrysididae. Birinci fəsilə Azərbaycanda qeydə alınmamışdır.Parıldaq arılar fəsiləsi – Chrysididae. Hazırda dünya faunasında 200-ə yaxın növü məlumdur (Tobias, 1978). Onlar başlıca olaraq isti ölkələrdə yayılmışdır. Dişilərin qarıncığı xaricdən görünən üç seqmentdən ibarətdir, qalan seqmentlər isə nazik hərəki boruya - yumurtaqoyana çevrilmişdir. Bədəni metal rənglərində – mavi, yaşıl, qırmızı, parlaqdır. Parlaq arılar arıkimilərin sürfələrində parazitlik edir. Onların sahiblik dairəsi genişdir və bəzən bir növ hüdudlarında çox rəngarəngdir.
Parıltı süzgəci
Parıltı süzgəci - (ing. glare filter, ru. противобликовый фильтр) – şüşədən, şəffaf polimerdən və ya tordan hazırlanmış və elektron-şüa borusunun şüşə səthinin əks etdirdiyi parıltıları azaltmaq və ya yox etmək məqsədilə displeyin ekranının qabağına quraşdırılan süzgəc. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Perilla frutescens
Kolşəkilli perilla (lat. Perilla frutescens) - perilla cinsinə aid bitki növü.
Dieqo Karioka
Dieqo Karioka — (6 fevral 1998) Azərbaycan Premyer Liqasında çıxış edən Sumqayıtda icarə əsasında çıxış edir.
Gennadi Padalka
Gennadi İvanoviç Padalka (doğ. 21 iyun 1958-ci il, Krasnodar) — rusiyalı kosmonavt, Rusiya Hərbi Hava Qüvvələrinin polkovniki. 12 sentyabr 2015-ci ildə dəqiqləşdirilən məlumatına görə Padalka açıq kosmosda keçirtdiyi ümumi günlərin sayına görə birinci yerdədir — 878 gün 11 saat 29 dəqiqə 51 saniyə. == Həyatı == 1979-ci ildə Yeysk Ali Hərbi Aviasiya İnstitutunu (Cənubi Sudan) bitirib. Ailəlidir, üç qız atasıdır: böyük — iqtisadçı, orta — hüquqşünas, kiçik - videoblogger. Boş vaxtlarında teatr, dayvinq və Paraşüt idmanı ilə maraqlanır == Faktlar == Bir dəfə, zarafatyana deyib ki, yadplanetlilərlə görüş üçün xüsusi davranış təlimatı var. Bu məlumatı tezliklə jurnalistlər yaydılar. Qırmızı dənizdə istirahət etməyi üstün tutur və dayvinqlə maraqlanır. Kosmosda saç kəsimi etmir.
Aythya marila
Dəniz qaraördəyi (lat. Aythya marila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
Jozef Karika
Jozef Karika Slovakiyalı yazıçı və publisistdir. O, ən çox satılan kitablardan olan Mafiyanın kölgəsində(V tieni mafie) əsərinin müəllifidir. Karika Ədəbiyyat Fondu Mükafatı ilə təltif olunmuşdur.
Marika Qombitova
Marika Qombitova (12 sentyabr 1956, Tarani nad Ondava[d]) — Slovakiya müğənnisi.
Pariya yarımadası
Pariya yarımadası (isp. Paria) — Cənubi Amerikanın şimal-şərqində, Venesuela ərazisində yerləşən yarımada. Karib Andının davamını təşkil edir. Karib dənizi suları ilə əhatələnir. Eyni adlı körfəzi isə şimal hissədən əhatələyir. Trinidad adasından Bokas del Draqon boğazı ilə ayrılır. Uzunluğu 120 km-dir. Şimal hissəsi dağlıq (1254 m), cənubu isə alçaqdır. İqlimi subekvatorialdır. Dağların şimal ətətlərində kserofit bitki və kollar, cənubda meşələr, cənub-qərbdə isə kakao təsərrüfatları yayılmışdır.
Parıltı (film, 1980)
Parıltı (ing. The Shining) — rejissor Stenli Kubrikin Stiven Kinqin eyniadlı romanı əsasında 1980-ci ildə çəkdiyi film. Filmdə Cek Torensi Cek Nikolson, Torensin arvadını isə Şelli Dyuval canlandırır. Filmin büdcəsi 19 milyon dollardır. Filmdən təxminən 44 milyon dollar gəlir əldə edilmişdir. Uzun müddət steadicam istifadə edən ilk film "Parıltı" olmuşdur. Ən çox çəkiliş təkrarı edən filmdir. Stenli Kubrik Cek Nikolsonun tualetə balta ilə girməyə çalışdığı səhnənin 127 dublunu etmişdir. == Rollarda == Cek Nikolson Shelley Duvall Danny Lloyd Scatman Crothers Barry Nelson Philip Stone Joe Turkel Tony Burton Anne Jackson Lisa & Louise Burns == İstinadlar == == Xarici keçidlər == Parıltı — Internet Movie Database saytında.
Parik ağacı
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. == Mənşəyi və yayılması == Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.