Perilla (lat. Perilla) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Perilla | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Perilla |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Perilla toxumlarında 40-54% tez quruyan (yod ədədi 181-206) texniki yağ və 28 %-ə qədər zülal vardır.Perilla yağının quruma qabiliyyəti kətan yağına nisbətən yüksək-dir. Ona görə də boya və lakların hazırlanmasında istifadə edilir. Tətbiq olunduğu sahədə elastiklik yaradır və çatlar əmələ gətirmir. Perilla yağı aviasiya, gəmiqayırma, avtomobil, elektrotexnika, poliqrafiya və b. sənaye sahələrində işlədilir. Perilla yağı çox yaxşı izolyasiya xüsusiyyətinə malikdir. Perilla yağı hopdurulmuş parça və kağızdan sukeçirməyən plaş və başqa şeylər hazırlanmasında istifadə edilir. Perilla yağı əczaçılıqda və işıqlandırmada lampa yanacağı kimi (his vermədiyinə görə) istifadə edilir. Çində, Yaponiyada və Koreya yarımadasında perilla yağı təmizləndikdən sonra qida kimi istifadə edilir. Perilla jmıxının tərkibində 37%-ə qədər zülal vardır. O heyvandarlıqda qiymətli konsentrat yem kimi istifadə edilir. Yarpaqlarından alınan efir yağlarından qənnadı sənayesində (Yaponiyada) istifadə edilir. Yarpaqları təzə halda salatlarda istifadə edilir. Yaxşı bal verən bitkidir.
Perilla şərqi Asiya mənşəlidir. Onun ən çox yabanı növləri burada yayılmışdır. Perilla ən çox Yaponiyada, Cində və Koreya yarımadasında yayılmışdır. Rusiyada perilla səpinləri birinci dəfə uzaq Şərqdə aparılmışdır. 1926-ci ildən isə onu Ukrayna və Şimali Qafqazda öyrənməyə başlamışlar. Perilla çoxda böyük olmayan sahələrdə Primorski diyarında da becərilir. Toxum məhsuldarlığı 0,8 - 1 ,5 ton /ha -dır.