Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pişi
Pişi və ya baursaq – Mərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var. == Hazırlanması == Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir. == Rekordlar == Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.
Alvars pisti
Alvars pisti — Ərdəbildə yerləşən Alvars kəndi yaxınlığında mövqe tutmuş qar pistidir və xizəksürmə idmanı üçün istifadə olunur.
Pippi Uzuncorablı
Uzuncorab Peppi (isveçcə tam adı "Pippilotta Viktualia Rullgardina Krusmynta Efraimsdotter Långstrump") – İsveç uşaq yazıçısı Astrid Lindqrenin üç cildlik uşaq hekayəsinin baş qəhrəmanı olan qız obrazıdır. Peppi nadinc, üzündə çilləri olan doqquzyaşlı bir qızdır. Onun qırmızı hörükləri hər iki tərəfdən burularaq yuxarıya baxır. Bundan əlavə, bu qızcığaz özündə bütün uşaqların xassiyyətini cəmləşdirir. Onun öz şəxsi atı var. O ən güclü qız olduğundan öz atını istənilən vaxt əl ilə yuxarıya qaldıra bilir. Peppi valideynlərsiz bir villada yaşayır və istədiyi hər şeyi etməyə qadirdir. Astrid Lindqrenin bu romanı 50-dən çox dilə tərcümə edilmişdir. Əsasən İnqer Nilsonun ifasında çəkilmiş film başqa dillərə çevrilərək böyük şöhrət qazanmışdır.
Le-Man (yarış pisti)
Le-Man — Fransanın Le Mans şəhərində yerləşən avtomobil yarışlarının yarış pistidir. Pist xüsusilə Le Mans 24 Saat yarışları ilə tanınır.
Bisti
Bisti — Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Hippi
Hippi — 1960-cı illərdə Amerika Birləşmiş Ştatlarında başlayan və digər ölkələrə yayılan cərəyana məxsus şəxs. Hippilərin narkotik maddələrdən istifadə, cinsi azadlıq və qadın hüquqları barədə özlərinəməxsus yanaşmaları var. == Mahiyyəti == Hippi həyat tərzi, əslində, bugünkü mütləq rədd etmənin təməllərini atan bir hərəkatdır. Dünyanın bütün bitki, heyvan və insanlara aid olduğunu qəbul edən apolitik bir yanaşmadır. Özlərinə əsla sərhəd qoymayan, var olan bütün qaydaları rədd edən, komu həyatını müdafiə edən azad bir hərəkatdır. 1960-cı illərdə dövrün kommunist və faşist idealogiyalarına qarşı çıxan, azadlığın fərdin öz içində olduğunu müdafiə edən, lakin anarxist düşüncə tərzindən ayrılan, düşüncə formasının gerçək həyata çevrildiyi bir həyat tərzidir. Bundan əlavə, hippi tərzi müasir dövrdə moda cərəyanıdır. Hippiliyi bir axın olaraq analiz edən psixoanalist Erik Fromm hippilyi gəlmiş-keçmiş ən təsirli hərəkat olaraq qəbul edir. Çünki "çiçək uşaqları" azad sevginin, sülhsevərliyin bütün tələblərini yerinə yetirərək, inandıqlarını yaşamaqdan heç bir zaman çəkinməmiş və ümumi əxlaqın bütün təzyiqlərinə qarşı çıxaraq, bu alternativ həyat tərzini davam etdirməyi bacarmışdılar. == Etimologiyası və tarixi == Hippi sözü ABŞ-də 1960-cı illərin ortalarında meydana çıxmışdır.
Jipsi
Jipsi (fr. Gipcy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03122. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 589 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kaspi
Kaspi (şəhər) — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. Kaspi bələdiyyəsinin inzibati mərkəzidir. Kaspi bələdiyyəsi — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kaspi şəhəridir. Kaspi (qəzet) — qəzet Kaspi (kurslar) — Bakıda hazırlıq kursları Kaspi vilayəti – Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 1840–1846–cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. Kaspilər – Kaspianada yaşamış qədim etnoslardan biridir.
Kirpi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. == Növləri == Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus == Qidalanması == Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Mişni
Mişni (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda kənd. Mişni (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (I) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (II) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (İran) — İranda kənd.
Nisli
Nisli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 126 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki nıso (quzey) sözünün təhrif olunmuş forması və lulli (yamac) sözünün birləşməsindən ibarət olub, "quzeydə yamac" mənasını bildirir. Kənd salındığı ərazinin adını daşıyır.
Pepsi
"Pepsi" — 1898-ci ildə ABŞ-də yaradılmış "PepsiCo" şirkətinə məxsus sərinləşdirici içki markası. == Tarixi == ABŞ-nin Şimali Karolina ştatında anadan olan Caleb Bradham tərəfindən tapılmışdır. 1898-ci ildə New Bern, Şimali Carolinada "Brad's Drink" ("Bradın içkisi") olaraq satışa çıxarıldı və Bradham, içkisini öz əczaxanasında (aptekində) düzəltdi. Bradham 1898-ci ildə rəqibindən 100 dollar qarşılığında "Pep Cola" ticarət adını satın alaraq istifadə etməyə başlamışdır. Daha sonradan 1909-cu ildə Pepsi markası coca-colaya satılaraq Pepsi Cola adını aldı və bir ehtimalla adı, istehsalında istifadə edilən həzm fermenti Pepsi ilə qola fındığından gəlməkdədir. Kimyaçı olan Caleb Bradham, Pepsi'ni həzmə köməkçi olması və enerji verməsi məqsədiylə inkişaf etdirmişdir. İlk Pepsi 1893-cü ildə satışa təqdim edilmişdir. 1906-cı ildə ABŞ Qida İnstitutunun içki içərisində zərərli bir maddə olmadığını görməsiylə satışı sərbəst buraxılmışdır. Artan tələbin də təsiriylə ilk qablaşdırma fabrikləri Şimali Karolina əyalətinin Durham və Charlotte şəhərlərində qurulmuşdur. Bu gün dünyanın bir çox ölkəsində qablaşdırma və istehsal fabriki olan Pepsi, demək olar ki, bütün ölkələrdə satılmaqdadır və böyük bir bazar payına malikdir.
Piaui
Piaui (port. Piauí) — Braziliyanın şimal-şərqində yerləşən ştat. Qərbdə Maranyan və Tokantins, cənubdan Baiya, şərqdən Seara və Pernambuku ştatları ilə sərhədlənir. Şimalı Atlantik okeanın sahilini təşkil edir. İnzibati mərkəzi Terezina şəhəridir. == Coğrafiya == Piaui ekvatorial iqlimə malikdir. Ərazisinin böyük qismi Savannadır. İnzibati mərkəzi Braziliyanın şimal-şərqində yeganə paytaxtdır ki, okean sahilində yerləşir. Şəhərdə ümumi ölkə ərazisinin ən yüksək orta temperaturu müşahidə edilir.. Ştatın sahil xətti 66 km-dir.
Pişik
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü) Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Pişin
Pişin (İran) — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi.
Pərpi
Pərpi (Parpi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. == Tarixi == İrəvan xanlığının Karbibasar mahalında kənd adı. Yerli tələffüz forması Parbi. XX əsrin əvvəllərinə aid mənbədə də Eçmiadzin qəzasında Parbi kimidir. V əsr erməni tarixçisi Lazar Parblının doğulduğu kənddir. İlk dəfə V əsrdə adı çəkilir. 1728-ci ilə aid mənbədə kəndin Abdulla Əhməd oğluna məxsus olduğu göstərilir.. XIX əsrdə Qars əyalətində Par-qadan (kənd), Parget (kənd), Naxçıvanda Pardıx (dağ) adları ilə ehtimal ki, mə'naca eynidir. Mə'nası mə'lum deyil. == Əhalisi == Orta əsrlərdə kənddə Azərbaycan türkləri yerləşdirmişdir.
Çipsi
Çipsi — kartofdan hazırlanan qızardılmış nazik delikates. İlk dəfə 24 avqust 1853-cü ildə bir müştərinin şikayətinə cavab olaraq zarafat kimi hazırlanıb. Müştəri qızardılan kartof hissələrinin çox qalın olduğunu bildirir. Sonra kartof zarafat məqsədi ilə çox nazik şəkildə doğranır Müştari kartof dilimlərinin çox dadlı olduğunu söyləyir illər keçir və Çipsinin Başqa Növləridə çıxır və Çipsi firma yeməyinə çevrilir.
İspik
Yaşayış məntəqələri Azərbaycanda İspik (Quba) — Quba rayonunda kənd. Rusiyada İspik (Dağıstan) — Dağıstanda kənd.
Adi kirpi
Adi kirpi (lat. Erinaceus europaeus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin meşə kirpisi cinsinə aid heyvan növü. Avropa, Kiçik Asiya, Qərbi Sibir, Qazaxıstanın şimal-qərbi, Amur vilayəti, Çinin şimalı və şimal şərqində geniş yayılmışdır. == Xarici görünüşü == Adi kirpinin bədəninin uzunluğu 20–30 sm, quyruğu isə 3 sm-ə qədər, kütləsi isə 700–800 q-dır.
And pişiyi
And pişiyi (lat. Leopardus jacobita) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Pişiklər fəsiləsinin Cənubi Amerikada yaşayan növüdür. Onun And dağlarının nisbətən əlçatmaz yerlərində yaşaması səbəbindən haqqında çox az elmi məlumat əldə edilmişdir. Məsələn, And pişiyinin yalnız 2000-ci ildən sonra videogörüntüləri əldə edilmişdir.
Ağdöş kirpi
Şərqi Avropa kirpisi (lat. Erinaceus concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin meşə kirpisi cinsinə aid heyvan növü. Adi kirpinin ən yaxın növ sayılır. == Xarici görünüş == Şərqi Avropa kirpisi demək olar ki, adi kirpiyə çox oxşardır. Ancaq omnları Şərqi Avropa kirpisinin başı və yan hissələri hiss ediləcək tərzdə tünd-bozdur. bel və yan hissələri iynələrlə örtülüdür. İynələrinin uzu ağdır. Orta hissəsi isə qara və boz rəngli zolaqlıdır. İynələrin uzunluğu 2,5—3,5 sm-dir. Xəzi qəhvəyidir.
Balıqtutan pişik
Balıqtutan pişik (lat. Prionailurus viverrinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.
Benqal pişiyi
Benqal pişiyi (lat. Prionailurus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. == Haqqında == Cənubi Afrika xallı pişikləri yarımcinsinin Rusiya faunasındakı yeganə nümayəndəsi. Ev pişiyindən iri (bədəninin uz. 90 sm-ədək; quyruğunun uz. 37 sm-ədək), rəngi kürəndir. Şərqi Asiyada, Rusiyada – ən çox Primorye və Xabarovsk diyarı və Amur vilayətinin cənub rayonlarında yayılmışdır. Alçaq dağların enliyarpaqlı (daha az iynəyarpaqlı-enliyarpaqlı) meşələrində yaşayır. Əsasən, kollu cəngəlliklərdə çox olur. Gecə həyatı keçirir, bəzən gündüz ova çıxır.
Birma pişiyi
Birma pişiyi - yarımuzuntüklü pişik cinsi. == Haqqında == Birma pişiyi 1920-ci illərdə Fransada yetişdirilmişdir. Bədəni əzələli, azca uzunsovdur; qüvvətli, qısa ayaqları var. Başı yumru, alnı bir qədər dikdir. Gözləri oval formalı, tünd-mavidir. Tükü Siam pişiyi tükü rəngində, ipək kimi yumşaq, boynunda, belində, yanlarında və quyruğunda daha uzundur. Birma pişiyinin rənginin fərqləndirici əlaməti bütün pəncələrinin simmetrik ağ "corab"da olması - ağ tüklə örtülməsidir. Sakit və insana tez alışandır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild.
Bulbophyllum pipio
Bulbophyllum pipio (lat. Bulbophyllum pipio) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.