Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bess Trumen
Bess Trumen (ing. Bess Truman; 13 fevral 1885[…], İndependens[d], Missuri – 18 oktyabr 1982[…], İndependens[d], Missuri) — ABŞ-nin 45-ci Prezidenti Harri Trumenin həyat yoldaşıdır.
Harri Trumen
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Sent-Trüden
Sent-Trüden - Belçika şəhəri.
Trumen Kapote
Trumen Qarsiya Kapote (ing. Truman Garcia Capote [ˈtruːmən kəˈpoʊtiː], doğum adı — Trumen Strekfus Persons (ing. Truman Streckfus Persons), 30 sentyabr 1924[…], Nyu-Orlean, Luiziana – 25 avqust 1984[…], Los-Anceles, ABŞ) — amerikalı romantist, teatr və kino dramaturqu, aktyor.
Trumen doktrinası
Trumen doktrinası (ing. Truman Doctrine) — ABŞ Prezidenti Harri Trumen tərəfindən İkinci Dünya Müharibəsindən sonra irəli sürülmüş xarici siyasət proqramı. İlk dəfə 12 mart 1947-ci ildə bəyan edilib. Əsas mahiyyəti Sovet İttifaqının dünya üzrə ifəallığının dayandırılmasıdır. Doktrina dünyanın siyasi-iqtisadi birliyinin təmin edilməsi vəzifəsini qarşıya qoyur. ABŞ prezidenti Trumenin müşayiəti ilə Çerçil 1946-cl il martın 5-də Fulton şəhərində Vestminster kollecində nitq söylədi. O, dünya dövlətlərini yeni dünya müharibəsi təhlükəsi gözlədiyini və bu təhlükənin əsas səbəbkarının SSRİ olduğunu bəyan etdi. Çerçil SSRİ-yə qarşı ən qəddar siyasətin yeridilməsinə çağırdı, SSRİ-yə qarşı böyük dövlətlərindən ibarət ittifaqın yaradılmasını təklif etdi. Çerçilin Fultondakı nitqinin nəticələri dərin idi. 1946-cı ilin ikinci yarısından ingilis-amerikan danışıqları başladı.
Ruten Qaqloyev
Ruten Qaqloyev (12 (24) fevral 1888 – 19 iyul 1937, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı və şairi, mühəndis və ictimai xadim. oset. Музукк Сидæйнаг təxəllüsü ilə əsərlərini yazmışdır. Gələcəkdə Transqafqaz avtomagistralı olacaq Roki keçidindən keçən bir tuneli olan Zaramaq - Uanel yolunun bir hissəsinin layihəsi ona məxsusdur. == Bioqrafiyası == 12 fevral 1888-ci ildə Sidan kəndində Cav dərəsindəki çoxuşaqlı Qıbi və Saba Qaqloyevlərin ailəsinə anadan olmuşdur. Dzau kəndində ibtidai məktəbi bitirdikdən sonra, Tiflisdəki 3-cü gimnaziyaya daxil olur. Gimnaziyanı gümüş medalla bitirir. Sonra gimnaziya direktorunun məsləhəti ilə 1906-cı ildə Mokovo Universitetinin Fizika və Riyaziyyat fakültəsinə daxil olur və burada üç il oxuyur. Sonra 1913-cü ildə mühəndis-mexanik dərəcəsi ilə bitirdiyi Moskva Ali Texniki Məktəbinin birinci kursuna daxil olur. Tələbə ikən ədəbi fəaliyyətlə məşğul olmağa başlayır.
Düqye-Truen (1800)
Düqye-Truen (fr. Duguay-Trouin), sonralar ing. HMS Implacable (1805) - “Əlahəzrətin gəmisi İmplaseybl (Yorulmaz)” — Trafalqar döyüşündə iştirak etmiş 74 toplu fransız III ranq xətt gəmisi. Gəmi 1788-ci ildə fransız admiralı Rene Düqye-Truenin şərəfinə adlandırılmışdır. Gəmi Tulonun alınması zamanı yanğın nəticəsində ciddi zədələnmişdir.
Brucen
Bürucin-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Bürucin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 49,077 nəfər və 12,828 ailədən ibarət idi.
Qlüten
Qlüten — suda şişərkən xəmirdə əlaqəli elastik kütlə əmələgətirmə qabiliyyətinə malik zülal maddələri kompleksindən ibarətdir. Bu zülallar demək olar ki, bütün taxıl bitkilərinin dənlərində, xüsusən də buğdada miqdarca daha çoxdur. Ona görə keyfiyyətli çörək istehsalı üçün buğda unu əsas xammaldır. ABŞ, Türkiyə, İngiltərə, Fransa, İtaliya və başqa avropa dövlətlərində "qlüten" terminindən, Almaniyada "kleber" terminindən, Rusiyada və onunla qonşu olan respublikalarda "kleykovina" terminindən istifadə edilir. Suda həll olmayan buğda zülallarını ilk dəfə 1728-ci ildə italyan alimi Yakopo Bartolomeo Bekkari ayırmışdır. Qlüteni yaş və quru qlütenə ayırd edirlər. Yaş qlüteni xəmiri su ilə yumaqla, quru qlüteni isə yaş qlüteni qurutmaqla alırlar. Müəyyən miqdar buğda unu və sudan hazırlanan xəmirdən su ilə yuyularaq alınmış yaş qlüten hidratlaşmış hel şəklində olur. Qlütenin kimyəvi tərkibi (quru maddəyə görə %-lə) belədir: zülallar 75–99, nişasta 0,01–2,4, şəkərlər 1,2–2,1, lipidlər 0,7–8,0, mineral maddələr 0,5–2,0. Yaş qlütendə quru maddələrin kütləsinə görə 150-dən 250%-ə qədər su olur.
Triton
Triton (lat. Triturus) — quyruqlular (Caudata) dəstəsindən suda-quruda yaşayanlar cinsi.Tritionların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artıran daraqlar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında gizli həyat keçirir.
Trizen
Trizen (alm. Triesen‎) – Lixtenşteyn knyazlığında bir əyalət == Ümumi məlumat == 2010-cu ilin məlumatlarına görə əhalinin sayı- 4826 nəfər, sahəsi isə 26,477 km²-dir. Rəsmi kodu 7002, poçt indeksi 9495. == Coğrafi mövqeyi == Trizen şəhəri şimaldan paytaxt Vadus şəhəri ilə, şimal-şərqdən Trizenberq, cənubunda isə Qraubyunden kantonu ilə (İsveçrə), cənub-qərbdən Balçers və qərbdən Sankt-Qallen (İsveçrə) ilə sərhədlənir.
Rügen
Rügen — Baltik dənizində adadır. Almaniyanın daxilində ən böyük adadır (ümumi ərazi 926 km²). Meklenburq-Ön Pomeraniya federativ vilayətinin tərkibinə daxildir. Əhalisi təxminən 77 min nəfər təşkil edir. == Coğrafiyası == Adanın ümumi forması kifayət qədər əcaibdir, sahillər güclü kəsik-kəsik edilmişdir, onların əyrilikləri bir çox körfəz, körfəz, yarımada və burun yaradır. Rügenin cənub sahili Pomeraniyanın sahilləri boyunca uzanır. Cənubda adanın eni 41 kilometrə çatır, şimaldan cənuba maksimal uzunluğu 52 kilometrdir. Rügenin şimal-şərqində Yasmund (Jasmund) yarımadasında 1990-cı ildə əsası qoyulmuş 3000 hektar sahəsi olan eyni adlı milli park yerləşir. Tabaşirli qayalar Yasmundun ən məşhur simvoludur. Rügenin ən yüksək nöqtəsi — Pikberqdir (161 metr).
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Tütək
Tütək – ağacdan hazırlanmış nəfəsli musiqi aləti. == Tarixçə == İnsanlar tarixin müxtəlif dövrlərində qarğı, qamış, sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Ən qədim nəfəsli musiqi aləti tütək hesab edilir. Belə güman edilir ki, tütəyi çobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər. Etnoqrafik axtarışlardan aydın olur ki, hələ də Azərbaycanın kənd yerlərində daxili boşluğu olan bəzi bitkilərin, xüsusilə taxıl və qamışın özəyini əl ilə dartıb çıxarır, buğum hissəsini qırdıqdan sonra deşiyin ağzını azacıq əzərək bəsit çalğı aləti düzəldirlər. Onu üfürdükdə nazik cır səs alınır, hətta bəzən onların üzərində kiçik dəliklər açılıb müxtəlif havalar çalınır. Kim bilir, bəlkə də nəfəslə çalınan musiqi alətlərinin yaranmasında belə sadə xalq təcrübəsinin müəyyən rolu olmuş, sonralar ağac və qarğı zoğundan tütək düzəltmişlər. Sadə tütəklərin düzəldilməsi o qədər də çətin deyildir. İçərisi novlu olan quru qarğını kəsib ucunda dil, üzərində isə səslənməni nizama salan dəlik açırlar. Nizami Gəncəvinin məlumatından aydın olur ki, naməlum bir çoban qamışlıqdan keçərkən bir qamış kəsib ondan tütək duzəldir və ürəyinin kədərini onunla dağıdır.
Ruter
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. == İş prinsipi == Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Ruben
Ruben — ad. Ruben Vardanyan — erməni biznesmen. Ruben Stepanyan — erməni sovet bəstəkarı və dirijoru. Ruben Ayrapetyan — Ermənistan parlamentinin deputatı (2007–2012) Ruben Sənəmyan — Ermənistan hərbçisi, kapitan, Ermənistanın Milli Qəhrəmanı. Ruben Orbeli — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Ruben Rubenov — sovet partiya və dövlət xadimi. Ruben Fleyşer — Amerika kinorejisoru, kino prodüseri, televiziya prodüseri Ruben Arado — Kubanı təmsil edən stolüstü tennisçi. Ruben Roka — Kubalı keçmiş üzgüçü. Ruben Madsen — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Berrios — Puerto-Riko siyasətçisi, vəkil Ruben Yanyes — "Real Madrid"" futbol klubunun qapıçısı.
Adi triton
Adi triton (lat. Lissotriton vulgaris), (Salamandridae) — fəsiləsinin (Caudata) dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədənin uzunluğu 110 mm-ə (adətən 80 mm-ə yaxın) çatır. Dərisi hamar və ya xırda ziyillidir. Bədənin bel hissəsinin rəngi zeytuni-qonur, qarınaltı hissə isə sarımtıl olub, xırda tutqun xallara malikdir. Başında olan tünd uzununa zolaqlardan biri gözlərindən keçir və yaxşı nəzərə çarpır. Çoxalma dövründə erkəklərin rəngi daha parlaq olur və peysərdən quyruğunun ucuna qədər daraq əmələ gəlir. Adətən bu hissədə narıncı haşiyəsi və parlaq rəngli göy zolağı olur. Bu üzgəcvari qırış quyruğun əsasında kəsilmir.
Aleksandr Rutven
Aleksandr Rutven (d. 12 yanvar 1580 – ö. 5 avqust 1600) - İngiltərə, İrlandiya və Şotlandiya kralı I Ceymsə qarşı sui-qəsd tərtib edən Şotlandiyalı əsilzadə.
Brucen şəhristanı
Bürucin şəhristanı- İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bürucin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 113,795 nəfər və 27,963 ailədən ibarət idi.
Caragana frutex
Kolvari xostək (lat. Caragana frutex) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Daraqlı triton
Daraqlı triton (lat. Triturus cristatus), (Salamandridae) fəsiləsindən (Caudata) dəstəsindan suda-quruda yaşayanlar növü. Status. Azərbaycanda Triturus cristatus carelini (Strauch, 1870) yarımnövü yaşayır. Nadirdir. Yayılması. Respublikanın cənub-şərqində (Lənkəran rayonunda) və Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində (Şamaxı və İsmayıllı rayonlarında) tək-tək hallarda təsadüf edilir. Yaşayış yeri. Gündüz həyat tərzi keçirir. Adətən meşəlik, meşə-bozqır və dağ-səhra rayonlarında dəniz səviyyəsindən təxminən 500-600 metrdən 2200 metrə qədər hündürlükdə müşahidə edilir.
Epidendrum frutex
Epidendrum frutex (lat. Epidendrum frutex) — səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü.
Harri Truman
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.