Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taz estuarisi
Taz estuarisi — Kara dənizində, Qdansk yarımadası ilə Tazov yarımadası arasında yerləşən körfəz. Körfəzin uzunluğu 330 km, eni 45 km təşkil edir. Taz və Pur çaylarının yatağını təşkil edir. Qabarmanın hündürlüyü 0,7 metrdir. Tazov estuarisinin bir hissəsi şirinsuludur. Dərinliyi elədə böyük deyildir. Maksimal dərinlik 9 metrdir. Dibi lil və qumludur. Sol sahili sıldırımlı, sağ sahili isə hamardır. Adalarının üzəri mamırla örtülür.
Taz çayı
Taz (nen. Тасу’ява) — Rusiyanın Qərbi Sibir ərazisindən axan çayı. Yamalo-Nenets Muxtar Dairəsinin ərazisi boyunca axır. Çayın uzunluğu 1401 km, hövzəsinin sahəsi 150.000 km², ağızdan 357 km yuxarıda orta illik axın sürəti 930 m³/s-dir. Taz çayı Tazovski qəsəbəsi ərazisindən başlayaraq Ob estuarisinə qədər uzanan ərazidə, təxminən 250 kilometr (160 mil) uzunluğunda olan Taz estuarisini əmələ gətirir. Onun əsas qolları arasında Bolşaya Şirta və sağdan Xudosey çayları, soldan Tolka və Çaselka çayları vardır. == Coğrafiyası == Öz başlanğıcını Sibir Uvalıdan götürü. Mənbənin hündürlüyü dəniz səviyyəsindən 139 m yuxarıdır. Qərbi Sibir düzənliyinin şimal-şərq hissəsi boyunca bataqlıqlar arasında axır. Vadisi genişdir, yatağı meandrlaşmışdır, çoxsaylı qollara bölünür.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Yuxarı Taz Dövlət Təbiət Qoruğu
Yuxarı Taz Dövlət Təbiət Qoruğu - 24 dekabr 1986-cı ildə təşkil olunmuşdur. Ümumi sahəsi 631,308 ha-dır. Qoruq Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyi tərəfdindən idarə edilir. == Coğrafiya == Qoruq Qərbi Sibir düzənliyində, Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Krasnoselkupski rayonunda yerləşir. Uzunluğu şimaldan cənuba 150 km, qərbdən şərqə 70 km-dir. Ərazi iki meşə bölgəsinə bölünür: Pokolskoye və Tazovskoye. Qoruq Yuxarı Taz yüksəklikləri daxilində yerləşir. Təpələrin hündürlükləri 50 m-ə çatır. Ərazisi kiçik çayların dərin vadiləri ilə parçalanmışdır. Dibi quru olan yarğanlar inkişaf edir.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Ayaz
Ayaz — kişi adı və təxəllüs.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
SeAZ
SEAZ (ru: ОАО «Сирпуховский автомобильный завод» -abr: Serpukhov Avtomobilny Zavod - az: Serpuxov Avtomobil Zavodu), Sovet Rus avtomobil istehsalçısı, 2010-cu ilə qədər OKA avtomobillərinin istehsalında ixtisaslaşmışdı. 2011-ci ildən etibarən avtomobil istehsalı dayandırıldı, yalnız OKA avtomobil markası üçün hissələr istehsal etmişdir. Serpuxov şəhərində (Moskva vilayəti, Rusiya) yerləşir. == Tarix == 1939-cu ildə Serpukhov Motosiklet Zavodu (“SMZ”) olaraq yaradılmışdır.
TRIZ
TRİZ və ya TRIZ (rus. теория решения изобретательских задач, teoriya resheniya izobretatelskikh zadatch, eynən:"İxtiraçılıq probleminin həlli nəzəriyyəsi") "qlobal patent ədəbiyyatında ixtira nümunələrinin öyrənilməsi nəticəsində yaranan problem həll etmə, təhlil və proqnozlaşdırma vasitəsi"dir. TRİZ texnikası, 1946-cı ildən başlayaraq rus ixtiraçısı və elmi-fantastik müəllif Genrix Altşuller (1926–1998) və həmkarları tərəfindən hazırlanmışdır.
Taiz
Taiz (ərəb. تعز‎) — Yəməndə şəhər.
Taraz
Taraz şəhəri (qaz. Тараз; до 1997 — Cambıl, 1993-ci ilədək — Cambul, 1938-ci ilədək — Mirzoyan, 1936-cı ilədək — Avliyé-Ata) — Qazaxıstan ərazisində yerləşir. == Tarixi == Mahmud Qaşqarlının Divani-lüğət-it-türk adlı əsərində Taraz şəhərinin Talas və Tıraz variantları mövcuddur. == İstinadlar == == Xarici keçidlər == Сайт Акимата Жамбылской области Электронная карта города Тараза Arxivləşdirilib 2011-05-09 at the Wayback Machine Объявления города Тараз Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine Город Тараз. Информационный портал Областная газета "Новый регион" Тараз на WikiMapia — аннотированные спутниковые снимки Путешествие по Казахстану: Тараз Гумилев Л. Н. Древние тюрки.
Toar
Toar (fr. Thoard, oks. Toard) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04217. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 415 nəfər (15-64 yaş) arasında 292 nəfər iqtisadi fəal, 123 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 71.3%). 292 fəal şəxsdən 257 nəfəri (131 nəfər və 126 qadın), 35 nəfəri işsizdir (14 kişi və 21 qadın).
Toau
Toau (fr. Toau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakaravadan şimalda yerləşir. == Coğrafiya == Atollun sahəsi 12 km²-dir. Daxilində laqun vardır. == Tarixi == Toau ilk dəfə 1774-cü ildə ingilis səyyah Ceyms Kuk tərəfindən kəşf edilmişdir. == İnzibati bölgüsü == İnzibati baxımından Fakarava kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Tsab
Tsab — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Tuat
Tuat (Touat) — Əlcəzairin cənubunda, Böyük Səhrada vahə qrupu. Saur vadisini suvarır. 120 minə yaxın insan yaşayır. Xurma, tütün, pambıq, arpa və buğda əkilir. Tuat mühüm kommersiya və strateji mövqeyə malikdir. Mərakeş və Əlcəzairdən Timbuktuya gedən marşrutların üzərində yerləşdiyinə görə əhəmiyyət kəsb edir. Tuat vahələri Tabezruft yolunun şimal ucunda yerləşdiklərinə görə transsəhra ticarətdə mühüm rol oynayırdılar. Regionda demək olar ki, yağıntı yoxdur, kənd təsərrüfatı qrunt sularından asılıdır. Tuat kontinental interkalyarın cənub-qərb kənarında yerləşir, burada sulu təbəqə səthdən cəmi 2–6 m aşağıda yerləşir.
Txal
Txal səhrası - Pakistanın Pəncab əyalətində yerləşir. Bu geniş ərazi Celam çayı ilə Hind çayı arasında yerləşir. Onun sahəsi Potxoxar platosunda yerləşir. Onun şimaldan cənuba uzunluğu 305 km, onun ən yenli yeri 112 km, ensiz yeri isə 32 km təşkil edir. Bu vilayət Bxakkar, Xuşab, Mianvali, Cxanq, Layya və Müzəffərqar. Coğrafi baxımından Çolistan və Tar səhrası ilə oxşarlıqları vardır. Txal səhrası qumluqlardan ibarətdir. Burada hündür dyunlara rast gəlinir. Bu xüsisiyyətlər baxımından Mərkəzi Asiyada yerləşən qumlu səhralara bənzəyir. Burada qum tufanlarına müşahidə edilir ki, bu hadisələr səhrada temperaturu aşağı salır.
Tyak
Dağdöşü (əvvəlki adı: Tyak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tyak kəndi Dağdöşü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dağdöşü kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrə aid sənədlərdə Tağ kimi qeydə alınmış bu kəndin adı XX əsrdə Tyak variantında işlənmişdir. Bəzi tədqiqatçılar bu coğrafi adı türk dillərində "sığınacaq", "köçəbə", "oba" mənasında işlədilən töyək sözü ilə əlaqələndirirlər. 1992-ci ildən coğrafi mövqeyinə görə Dağdöşü adını almışdır. == Tarixi == === Tarixi abidələri === Dağdöşü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdöşü kəndinin əhalisinin sayı 71 nəfər təşkil edirdi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Əzaz
Əzaz (ərəb. أعزاز‎ — Ə'zaz) — Suriyanın Hələb mühafəzəsində şəhər. Eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 4.945 ailədə 16.678 nəfəri kişi və 14.945 nəfəri qadın olmaqla 31.623 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əzaz şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
KrAZ
KrAZ (uk: Кременчуцький автомобільний завод; Rom: Kremençutski avtomobilni zavod; Az: "Kremençuk Avtomobil Zavodu") (АвтоКрАЗ AvtoKrAZ) Ukraynada yerləşən yük maşını istehsalçısıdır. Müəssisə 31 avqust 1945-ci ildə SSRİ dövründə yaradılmış və xüsusilə ağır yükdaşıyan yolsuzluq avtomobilləri və xüsusi avtomobillər istehsalı sahəsində ixtisaslaşmışdır.
Alaz Xan
Araz qəsəbəsi
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Araz vadisi
Araz vadisi — Araz çayı boyunca yerləşən vadi. == Coğrafiya == Araz vadisi Naxçıvan şəhəri və İmişli rayonu arasındakı Arazqırağı məkanı əhatə edir. == Tarix == Orta əsr ərəb səyyahları və coğrafiyaşünasları bu bölgəni əl-Vadi adlandırırdılar.
Araz yovşanı
Araz yovşanı (lat. Artemisia araxina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Hündürlüyü 50-80 sm-ə çatan kol bitkisidir. Aşağı yarpaqları 4-8 sm-dən az olmayıb, uc pulcuqları 4-12 mm-dir. Səbəti oturaq, dar silindrşəkilli olub, uzunluğu 4,5 mm-ə çatır. Örtüklə birlikdə çox ağımtıl qabarıq, qızılı tüklüdür. Gövdələri nazik, vegetasiyanın sonunda çılpaq olub tünd-qonur rəng alır. Sentyabr ayında çiçəkləyir, toxumları oktyabr-noyabr ayında yetişir. == Ekologiyası == Quraqlığadavamlıdır, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da rast gəlinir.
Araz çayı
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Araz İbadlı
Araz Babaəli oğlu İbadlı (25 oktyabr 1999; Lənkəran, Azərbaycan — 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz İbadlı 25 oktyabr 1999-cu ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Araz İbadlı 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz İbadlı oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.