Taz[1] (nen. Тасу’ява) — Rusiyanın Qərbi Sibir ərazisindən axan çayı. Yamalo-Nenets Muxtar Dairəsinin ərazisi boyunca axır. Çayın uzunluğu 1401 km, hövzəsinin sahəsi 150.000 km², ağızdan 357 km yuxarıda orta illik axın sürəti 930 m³/s-dir[2]. Taz çayı Tazovski qəsəbəsi ərazisindən başlayaraq Ob estuarisinə qədər uzanan ərazidə, təxminən 250 kilometr (160 mil) uzunluğunda olan Taz estuarisini əmələ gətirir. Onun əsas qolları arasında Bolşaya Şirta və sağdan Xudosey çayları, soldan Tolka və Çaselka çayları vardır.
Taz çayı | |
---|---|
nen. Тасу’ява | |
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 139 m |
Mənsəbi | Kara dənizi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 1401 km |
Su sərfi | 930 m³/s |
Hövzəsinin sahəsi | 150000 km² |
|
|
DSR[ru] | 15050000112115300063280 |
Vikianbarda əlaqəli mediafayllar |
Öz başlanğıcını Sibir Uvalıdan götürü. Mənbənin hündürlüyü dəniz səviyyəsindən 139 m yuxarıdır. Qərbi Sibir düzənliyinin şimal-şərq hissəsi boyunca bataqlıqlar arasında axır. Vadisi genişdir, yatağı meandrlaşmışdır, çoxsaylı qollara bölünür. Mənsəbdə dayaz bar əmələ gətirir. İqarkadan və Norilsk və Novıy Urengoya gedən avtomobilkər qışı çayın üzəri ilə hərəkət edir.
Qidalanmasının əsasını qar (54%), bir hissəsini isə (27%) yeraltı sular təşkil edir. Yuxarı axarlarda gursululuq aprelin sonundan sentyabr ayına, aşağı axınlarda isə mayın sonundan sentyabr ayına qədər davam edir. Üst və orta axarlarda səviyyə dalğalanma diapazonu təqribən 6 m, aşağı axaralarda təqribən 3 m-dir. Mənsəb hissədə (200 km-ə qədər) səviyyə dalğalanması 2 m-ə qədərdır. Ortıq illik su axınının sürəti ağızdan 357 km aralıda 930 m³/s (ağızda - təxminən 1450 m³/s), ən böyüyü - 6630 m³/s, ən kiçiyi - 157 m³/s-dir. Yazda yağıntı ehtiyatının 60%, yaz və payızda 21 %, qışda isə 19 %-ni alır. Ən gursulu ay iyun ayıdır (illik axının 40% -i). Oktyabr ayında dondurur, mayın sonu - iyunun əvvəlində isə donu açılır.
Çayın sahilində Krasnoselkup kəndi, ağızın yaxınlığında isə Tazovski kəndi yerləşir.
Çay aşağı axarlarda gəmişilik üçün yaralıdır. Tolka kəndindən çayın ağzına qədər olan 798 km-lik hissə Rusiya Federasiyasının su yolları siyahısına daxil edilmişdir.
Muksun, peled, siqi, çir, Coregonus albula (az sayda Sibir nərəsi və nelma) kimi balıqların ovu gerçəkləşdirilir.
Rusiya Dövlət Su Reyestrinə və Rusiya Federasiyası ərazisindəki su idarəçiliyinin coğrafi informasiya sisteminə görə (Su Resursları üzrə Federal Agentlik tərəfindən hazırlanmışdır): Hövzə dairəsi - Nijneobski
Çay hövzəsi - Taz
Alt çay hövzəsi - yox
Su sahəsi - Taz
Su obyektinın kodu - 15050000112115300063280.