Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Hadaş
Hadaş (ivr. ‏חד"ש‏‎) və ya tam adı ilə Sülh və Bərabərlik Uğrunda Demokratik Cəbhə (ivr. ‏הַחֲזִית הַדֶּמוֹקְרָטִית לְשָׁלוֹם וּלְשִׁוְיוֹן‏‎, Ha-Hazit Ha-Demokrat Le-Şalom ul-Çivyon; ərəb. الجبهة الديمقراطية للسلام والمساواة‎, əl-Cəbhə əd-Dimukratiyyə lis-Səlam vəl-Musavat) — İsraildə solçu və qeyri-sionist siyasi partiya. "Hadaş" özünü yəhudi-ərəb partiyası kimi müəyyənləşdirir. Seçicilərinin və liderlərinin əksəriyyəti İsrailin ərəb vətəndaşlarıdır. Bununla belə, bir çox yəhudi də partiyaya səs verir: məsələn, 2009-cu il seçkilərində partiya Təl-Əvivdə 2,32% səs toplamış, Təl-Əviv meri seçkilərində isə partiyanın namizədi Dov Hanin 34% səs almışdır. Partiyanın İsrail parlamentində, "Knesset"də dörd nümayəndəsi var (onlardan üçü ərəb, biri yəhudidir).
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Adam Halas
Hakan Boyav
Hakan Boyav (10 yanvar 1964, Ödəmiş, İzmir ili) — Türkiyəli aktyor. == Həyatı və karyerası == Hakan Boyav 10 yanvar 1964-cü ildə İzmir ilinin Ödəmiş ilçəsində anadan olub. 1984-cü ildə Suphi Koyuncuoğlu Liseyini, 1987-ci ildə Doqquz Sentyabr Universiteti Gözəl Sənətlər Fakültəsini bitirdi. Universitet illərində yerli bir qəzetdə illüstrator və yumor yazarı kimi çalışıb. 1988-ci ildə Diyarbəkır Dövlət Teatrının quruluş heyətində yer aldı və 1988-ci ildən 1993-cü ilə qədər Diyarbəkır Dövlət Teatrında çalışdı. 1993–2003-cü illərdə Antalya Dövlət Teatrında çalışdı. 2003-cü ildən Ankara Dövlət Teatrında çalışır. Karikatura sahəsində Abdi İpekçi Sülh və Dostluq Mükafatı karikatura sahəsi mükafatı (1988) və Yunus Nadi Karikatura Mükafatı (1989) sahibidir.
Hakan Erol
Hakan Erol (10 avqust 1984, Ərzurum) — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. == Həyatı == 1984-cü il,10 avgustda Türkiyənin Ərzurum şəhərində doğulmuşdur. Əslən Qərbi Azərbaycan, Türkiyənin İğdır vilayətindəndir. Ana tərəfdən Əmirasan xan Qırxlı-Avşar (Təbriz xanı) soyundandır. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin İnstrumental İfaçılıq bölümünü bitirmişdir. 2014-cü ildən şairə, söz yazarı Leyli İsrafilova ilə evlidir. 2019-cu ildə Kaan adlı oğlu dünyaya gəlmişdir. 2018-ci ildə Türkiyə istehsalı "Dümdüzz Adam" filminin soundtrackini aranjiman etmişdir. == Karyerası == 2005-ci ildən musiqi sahəsində fəaliyyət göstərir. Peşəkar karyerasına isə 2010-cu ildən bəstəkar kimi fəaliyyətini davam etdirməkdədir.
Hakan Fidan
Hakan Fidan (17 iyul 1968, Ankara) — kürdəsilli Türkiyə hərbçisi, bürokrat, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri (2010–2023), Xarici İşlər Naziri (2023-cü ildən). == Həyatı və karyerası == Ata tərəfdən gimgimli kürddür. 1986-dan 2001-ə qədər Türkiyə Silahlı Qüvvələrində ehtiyat zabit olaraq çalışmışdır. Hərbçi peşəsini öz istəyiylə buraxan Fidan, ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" adlı tezisiylə magistr dərəcəsi almışdır. Eyni universitetdə 2006-da da "Məlumat Əsrində Diplomatiya: Müqavilələrin Təsdiqlənməsində İnformasiya Texnologiyalarının İstifadəsi" başlıqlı tezis ilə doktorluq müdafiə etdi. Viyanada Beynəlxalq Atom Enerjisi Təşkilatında, Cenevredə Birləşmiş Millətlər Silahsızlanma İnstitutunda və Londonda Verification Technologies Research Centerdə akademik işlərini davam etdirdi. Hacəttəpə və Bilkənt universitetlərində elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında da çalışan Fidan, 2001-dən etibarən iki il Avstraliyanın Türkiyə Səfirliyində Baş Siyasi və İqtisadi Məsləhətçi vəzifəsində çalışmışdır. 2003-də Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı təyin edildi.
Hakan Günday
Hakan Günday (d.29 may, 1976, Rodos) — Türk yazıçıdır. == Həyatı == 29 may 1976-cı ildə Rodosda doğulmuşdur. İlk təhsilini Brüsseldə tamamlamış, Ankaradakı Tofiq Fikrət Liseyini bitirdikdən sonra Hacettepe Üniversitetinin Fransız tərcüməçiliyi fakültəsində təhsil almışdır. Növbəti il Université Libre Brukselles-in siyasi elmlər fakültəsinə keçmişdir. Təhsilinə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində davam etmişdir. Hakan Günday Türkiyənin keçmiş millət vəkillərindən olan Faiq Gündayın nəvəsidir. == Yaradıcılığı == İlk romanı Kinyas və Kayranı 2000-ci ildə çap etdirir. Son romanı Daha isə 2013-cü il oktyabrın 23-də çıxmışdır.
Hakan Peker
Hakan Peker (5 fevral 1961, İstanbul) — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Ən yaxşı mahnıları sırasında "Bir Efsane" mahnısını göstərmək olar. == Həyatı == Sənət həyatına Seyyal Taner və Deniz Erkanatın yanında rəqqas olaraq başlayan Hakan Peker 1981-ci ildə Türkiyə Rəqs Çempionatında birinci yeri tutdu. TRT 1 kanalının əyləncə proqramlarında və müxtəlif yerli və xarici konsert təşkilatlarında iştirak etdi. 1989-cu ilin aprel tarixində ilk albomu işıq üzü gördü. "Bir Efsane" adını daşıyan albomla eyni adı daşıyan çıxış mahnısı hit oldu. 1990-cı ildə çıxardığı "Şüşədən Şüşəyə" (Camdan Cama) adlı albomu sənətçiyə istədiyi müvəffəqiyyəti qazandıraraq onu məşhurlaşdırdı. "Şüşədən Şüşəyə" mahnısı eyni il Sinan Özen tərəfindən də səsləndirilmişdi. Bu albomların ardından müxtəlif albomlar çıxarmış və Türkiyədə məşhur olmuşdur.
Hakan Utangaç
Hakan Utangaç 1965-ci ildə İstanbulda doğulmuşdur. Pentagram qrupunu qurmuşdur.
Hakan Yavuz
Hakan Yavuz (1964, Bayburt) — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi. O, müasir islam və Türk araşdırmaları üzrə ixtisaslaşmışdır. == Həyatının erkən dönəmi və təhsili == Hakan Yavuz 1964-cü ildə Türkiyədə dünyaya gəlmişdir. Atası Kazım Yavuz siyasi aktivist olmaqla birlikdə, Van Kənd İnistitutunu bitirmiş müəllim idi. Həmçinin o, kənd təsərrüfatı iqtisadiyyatını və infrastrukturunu inkişaf etdirmək üçün bir çox layihəyə rəhbərlik etmişdi. Yavuz bakalavr təhsilini 1987-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində bitirmişdir. Magistr dərəcəsini Viskonsin-Miluoki Universitetində almışdır. 1989-cu ildə bir semester boyunca öz magistr dissertasiyasına görə Yerusəlim Yəhudi Universitetində keçirmiş və Maykl Oakeşott və Maykl Velzerin əsərlərinin müqayisəli təhlilini etmişdir. Öz doktorantura təhsilini 1998-ci ildə Viskonsin-Medison Universitetində bitirmişdir. O, MakArtur Fondundan iki il təqaüd almaqla islamın Özbəkistanın Fərqanə vadisində və şərqi Türkiyədə yerliləşmə prosesini araşdırmışdır.
Hakan Çalhanoğlu
Hakan Çalhanoğlu (8 fevral 1994[…], Manhaym, Baden-Vürtemberq) — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçudur. == Karyerası == Hakan Çalhanoğlu yarımmüdafiəçi mövqeyində çıxış edir. 23 yaşlı futbolçu peşəkar karyerasına Almaniyanın "Karlsrue" klubunda başlayıb, daha sonra "Hamburq", "Bayer" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu "Milan" klubuna transfer olunub. Türkiyə milli komandasıyla 28 oyuna çıxan Hakan Çalhanoğlu 8 qolla yadda qalıb.
Hakan Ünsal
Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hazırda TRT 1 kanalında şərhçi kimi fəaliyyət göstərir. == Karyerası == Futbola Sinopun Ayancıq Gəncliksporda başlamışdır. 1991-ci ildə Həvəskar liqada oynayan Əmlak Bankı Eyüpspora transfer olmuş və 2 il bu klubun şərəfini qoruduqdan sonra 1993-cü ildə Karabükspora keçmişdir. 1994-cü ildə Qalatasaraya transfer olduqdan sonra 2002-ci ili Blekbern Roversdə keçirərək yenə Qalatasaraya qayıtmışdır. 2005-ci ildə Çaykur Rizəspora keçdikdən sonra karyerasını bitirmişdir. == Oyun tərzi == Bir hücuma meyilli müdafiəçi olan Hakan Ünsal sol cinah boyunca oyuna hakim ola bilən futbolçu olmuşdur. Fiziki gücünə görə və "vəhşi" oyununa görə fərdi mübarizələrdə çox ayaq üstə qala bilmişdir. Məsələn, 2000-ci ildə UEFA Avropa Superkuboku uğrunda oynanılan Qalatasaray-Real Madrid oyununda topu meydanın mərkəzindən cərimə meydanına gətirərək komandasına penalti qazandıra bilmişdir. == Karyerasından sonra == Karyerasına bitirdikdən sonra futbol şərhçisi kimi işləməyə başlamışdır.
Hakan Şükür
Hakan Şükür (1 sentyabr 1971[…], Adapazarı[d]) — Türkiyə futbolçusu, milliyyətcə albandır. Kosovadan Türkiyəyə köçən bir ailənin ilk övladı olan Hakan Şükür 1971-ci il iyul ayının 1-də Sakaryanın inzibati mərkəzi olan Adabazarında dünyaya gəlib. Futbol karyerasına doğulduğu Sakaryada başlayıb. 2007–2008 Türkiyə futbol sezonunda Qalatasaray-Manisaspor oyununda 241-ci qolunu vuraraq Türkiyə futbol tarixində ən çox qol vuran futbolçu olmuşdur. Hakan Şükür bir zamanlar Türkiyənin "TRT" telekanalı ilə əməkdaşlıq edirdi və bu kanlada yayımlanan "Stadyum" verilişindəki şərhçiliyinə görə ilə 700 min dollar alırdı. 2011-ci ildə televiziyada davam edən şərhçiliyi buraxaraq siyasətə girdi ve 12 iyun seçimlərinin ardından Adalet ve Kalkınma Partisi 'ndən İstanbul 3. bölgə millət vəkili seçildi. 16 dekabr 2013 günü mənsubu olduğu partiyasından istifa etməsinin ardından siyasi həyatını bitərəf millət vəkili olaraq davam etdirrdi. 2015 seçimlərində yenidən İstanbul 3. bölgədən, bu dəfə bitərəf namizəd oldu , ancaq seçilə bilmədi.
Kaçlar (Xakas)
Kaçlar — Rusiya Federasiyasının orta cənub bölgəsindəki Xakasiyada yaşayan Türk xalqlarından Xakasların bir tayfası. == Ümumi məlumat == Abakan vadisində əyləşirlər. Çat və Çulım civarında oturan tayfalarla bir qrup təşkil edirlər. Vaxtıyla Yeniseyin bir qolu olan Kas çayı boyunda oturmuş olduqlarından özlərinə Kaas tayfa adını vermişdilər. Gerçəkdən də daha XVII əsrin sonralarına doğru, İrtış hövzəsindəki bəzi Türk tayfaları, sırf buraları məzkunlaşdırmağa başlayan rusların təzyiqi ilə, Tomsk şəhərinin şimalındakı Yenisey çayına doğru sıxışdırılmış və sürülmüşdülər. Bu üzdən, bunların mühim bir qismi, Krasnoyarskdan xeyli uzaq olmaq üzrə, Kaç çayı sahillərində yerləşməyə məcbur olmuşdular. Qırğızlar, Abakan vadisindən çəkilincə, bu Türk tayfaları Yuxarı Yeniseydən cənuba doğru enmişdilər. Fəqət, əsas Türk kütləsi Abakanla Askısın şimalındakı Yüs arasında qalmışdılar. Bu Türk topluluğundan törəmiş olanlar, özlərinə Kaas adını vermişdilər. Matias Kastrenə görə kaçlar, vaxtıyla eyni adı daşıyan çay hövzəsində yaşayarkən, tərkiblərində mühüm yer almış olan Ara türkləri ilə birləşmişdilər.
Stefan Kakaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. == Həyatı == Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədi ilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Vakaş dilləri
Vakaş dilləri − Şimali Amerika hindi dilləri qrupu. Sakit okeanın sahillərində, Amerikanın Vaşinqton ştatının sərhəd rayonlarında və Kanadanın Britaniya Kolumbiyasında yayılmışdır. Təqribən bir milyondan artıq daşıyıcı vardır. Vakaş dilləri əsasən iki qrupa bölünürlər: kvakiutl və nutka, və yeddi dildən ibarətdir.
Xakas dili
Xakas (Xakas: Хакас тілі Xakas tili). Xakas köhnə Qırğız dövlətinin adıdır. İndiki Qırğız dili ilə demək olar ki, eynidir. Xakas dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Xakaslar özlərini Qırğız olaraq da görürlər. Xakas türkləri tərəfindən danışılmaqdadır. Xakaslar Xakasiya adı verilən ölkədə yaşayırlar. Xakasiya Cənubi Sibir bölgəsindədir. Xakas Respublikası və ya Xakasiya Rusiya idarəçiliyində muxtar respublikadır. Xakasların sayı 78.500 olub və bunun 60.168-a qədəri xakasca danışmağı bilir.
Xakas dilləri
Xakas dilləri və ya xakas-qırğız dilləri — qədim qırğız dilinin əsasında formalaşmış şərqi türk dilləri qrupu. Ehtimal olunur ki, qədim qırğız dili sarı uyğur, Fuyu qırğız, ədəbi xakas, şor və xakas altay idiomları əsasında formalaşmışdır ki, onlar bir-birini anlayan dialektlərdir. Ən çox təcrid olunmuş sarı uyğur dilidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Текин Т. Проблема классификации тюркских языков // Проблемы современной тюркологии: материалы II Всесоюзной тюркологической конференции.
Quercus haas
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Hakan Şeref Olgun
Hakan Şərəf Olgun (1967, Çay, Afyonqarahisar ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Hakan Şərəf Olgun 1967-ci ildə Afyonqarahisar ilinin Çay ilçəsində anadan olub. Baytar Sağlamlıq Peşə Liseyini bitirib. Daha sonra isə Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. 1984-1988-ci illərdə Ankara ilinin Çubuğ, Elmadağ və Mamağ ilçələrində Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyində baytar sağlamlıq işçisi olaraq çalışıb. Hüquq təhsili aldıqdan sonra hüquqşünas olaraq çalışıb. 1990-cı ildə Afyonqarahisar Bürosunda, 2003-cü ildə isə İstanbul Bürosunda çalışıb. Çay Ticarət və Sənaye Palatasının 2001-ci ildə Məclis üzvü, 2003-2009-cu illərdə isə Məclis İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində Ana Vətən Partiyası, Türkiyə Partiyası və İYİ Partiyanın üzvü olub. 1994-cü il bələdiyyə seçimlərində İl Məclisinin üzvü seçilib.
Hakan Şərəf Olgun
Hakan Şərəf Olgun (1967, Çay, Afyonqarahisar ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Hakan Şərəf Olgun 1967-ci ildə Afyonqarahisar ilinin Çay ilçəsində anadan olub. Baytar Sağlamlıq Peşə Liseyini bitirib. Daha sonra isə Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. 1984-1988-ci illərdə Ankara ilinin Çubuğ, Elmadağ və Mamağ ilçələrində Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyində baytar sağlamlıq işçisi olaraq çalışıb. Hüquq təhsili aldıqdan sonra hüquqşünas olaraq çalışıb. 1990-cı ildə Afyonqarahisar Bürosunda, 2003-cü ildə isə İstanbul Bürosunda çalışıb. Çay Ticarət və Sənaye Palatasının 2001-ci ildə Məclis üzvü, 2003-2009-cu illərdə isə Məclis İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində Ana Vətən Partiyası, Türkiyə Partiyası və İYİ Partiyanın üzvü olub. 1994-cü il bələdiyyə seçimlərində İl Məclisinin üzvü seçilib.
Haas (Formula-1 komandası)
Haas (ing. Haas F1 Team) — Formula 1 dünya çempionatında yarışmaq üçün yaradılan amerikalı avto yarış komandası, NASCAR seriyasında iştirak edən Stüart-Haas Reysinq komandasının həmtəsisçisi Cin Haasdır. Komanda 2014-cü ilin aprelində yaradılmış və 2015-ci ildə mövsümün başlanğıcında iştirak etməsi planlaşdırılsa da, 2016-cı il mövsümünə qədər təxirə salınmasına qərar verilmişdir. «Haas» sıx əməkdaşlıqda olduğu Ferrarinin motorları və ötürücü qutularını istifadə edir.. == Tarixi == Haas Formula 1-də iştirak etmək qərarına gələn ilk amerika komandasıdır, çünki 2010-cu ildə başlamağı planlaşdırılan uğursuz ABŞ F1 Team layihəsidir. Həm də çempionata çatmış ilk Amerika komandasıdır. 2014-cü ildə komanda Banberi şəhərində qərargahı satın almışdı və «Marusinin» əmlakının satılması zamanı hərraca çıxarılmışdı. Günther Ştayner komandanın lideri təyin edildi. 2015-ci ildə Rob Teylor komandanın baş dizayneri oldu. Komanda 2016-ci ilə Romen Qrojan ilə, 30 oktyabrda isə Esteban Qutyerres ilə müqavilə imzalamışdır.
Quercus brutia subsp. haas
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Quercus robur var. haas
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Akaşi
Akaşi və ya Akasi (yap. 明石市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Dadaş
Dadaş və ya Qardaş, bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. Bir və ya daha çox valideynləri digərləri ilə bölüşən kişi və ya oğlan.
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Hablas
Hablas (Piranşəhr)